9saylimekteb.tk
 TEHSIL MILLETIN GELECEYIDIR .

 


BOLMELER



Keçidlər
» azerin85.TK

Sorğu
Məktəbə aid hansı bölmələri daha çox görmək istərdiniz?

Ümumi tanışlıq.
Pedoqoji heyət.
Məktəbin fəxri kitabı.
Hərbi vətənpərvərlik.
Şəhid məzunlarımız.
Qaliblər.
Ümumi fənn bloku.


Son şərhlər
elcz0d3 (13 may 2014 09:32)
» AZERBAYCAN DILI - FONETIKA BEHSI .

el005hy (7 may 2014 08:35)
» AZERBAYCAN DILI - FONETIKA BEHSI .

elhy004 (3 may 2014 20:24)
» AZERBAYCAN DILI - FONETIKA BEHSI .

Esma Kazimova (16 mart 2013 17:01)
» Şəhid Aqil Natiq oğlu Məmmədovun Anım günü (I hissə)

Lale (2 mart 2013 13:33)
» Şəhid Aqil Natiq oğlu Məmmədovun Anım günü (I hissə)

mlatka (17 fevral 2013 22:15)
» Azərbaycan dilindən test

nika (19 yanvar 2013 12:33)
» BUNLARI BİLİRSƏN?

davud (29 mart 2012 00:31)
» ƏDƏBİYYAT fəninə aid test nümunələri

qaladagli (11 mart 2012 00:37)
» Coğrafiyadan test

hafiz (26 noyabr 2011 00:20)
» Coğrafiyadan test


Çox oxunan

Arxiv
Aprel 2014 (1)
May 2013 (1)
Aprel 2013 (2)
Mart 2013 (1)
Fevral 2013 (2)
Yanvar 2013 (1)

Təqvim
«    İyul 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

           

SALAM ƏZİZ İSTİFADƏÇİLƏRİMİZ, SAYTDAKI MƏQALƏLƏRİMİZİ OXUYUB FİKİRLƏRİNİZİBİLDİRMƏYİ UNUTMAYIN, SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN VACİBDİR

Azərbaycan dilindən test
Bölmə: Ümumi fənn bloku ( testlər )

1.       Vergülləri buraxılmış cümlələrdən hansılarda «o, bu» əvəzliklərindnən sonra vergül işlənməlidir?

1. O bilir ki, mən bilirəm. 

2. Bu mənim ən çox sevdiyim bədii əsərdir.

3. O da bizim həmyerlimizdir.

4. Bu yəqin sənin qardaşındır.

5. Bu işi görmək sənə yaraşmaz.

A) 2,4     B) 2,5     C) 1,3    D) 1,4      E) 3,5  

 

2.       Təyini əvəzlik hansı cümlədədir?

A) Dünən  biz gələndə onu gördük.

B) Hər gözəlin bir eybi var.

C) Birdən o bina uçdu.

D) Dünən axşam  atamı yuxuda görürəm.

E) Hər kəs öz vəzifəsini bilməlidir.

 

3.       Baş alıb getdim ədalət arayım,

    Taparaq Allahı ondan sorayım,

    Ki, nədir bu? Niyə qəmdən yarayım?

    Dedilər kafir imişsən, demə, sən. (Ş.Sadiq)

  Yuxarıdakı şeir parçasında neçə əvəzlik var?

A) 3           B) 4         C) 5         D) 6           E) 2

 

4.       Könül, bu gün nağıl danış,

Dünənimə qaytar məni.

Ələnməmiş, üyünməmiş

Öz mənimə qaytar məni. (M.Araz)

Şeir parçasında neçə təyini əvəzlik var?

A) 3         B) 4          C) 2         D) 5        E) 1


5.       Aşağıdakı cümlələrdəki əvəzliklərdən hansı feli əvəz etmişdir?

A) Mən Vətənimi-Azərbaycanı çox sevirəm.

B) Kim deyir ki, bu ölkədə qonağam mən.

C) Belə şirin balanı, görəsən, sevməyən var?

D) Özüm özümdəki qüdrətə heyran qaldım.

E) Mən sizə nə etmişəm ki, siz mənə belə baxırsınız?


6.        Hansı əvəzliklər əvəzliyin özünü də əvəz edir?

A) sual əvəzlikləri                B) işarə əvəzlikləri

C) şəxs əvəzlikləri                D) təyini əvəzliklər  

E) qeyri-müəyyən əvəzliklər

 

7.        Təyini əvəzliklərdən ibarət cərgəni göstərin.

A) öz, hər          B) mən, o              C) hər, hərə

D) öz, özüm      E) bütün, hamı


8.        «Elə, belə» əvəzlikləri hansı nitq hissələrinin yerində işlənə bilər?

A) isim, sifət           B) sifət, say          C) sifət, zərf

D) fel, zərf              E) isim, say


9.        Cərgələrdən birində əvəzliklər nə hallanır, nə də mənsubiyyətə görə dəyişir.

        A) hamı, bəzi                  B) birisi, kimsə      

        C) hərə, kimisi                D) özün, hər       

        E) kim isə, nə isə


10.     Təyini əvəzliklər hansılardır?

1. Mən     3. Kimsə    5. Öz       7. Necə   9. Filan

2. Birisi   4. Hər şey   6. Bütün  8. Hər

A) 1,2,4,6            B) 2,3,4,8          C) 5,6,8,9   

D) 3,4,8,9            E) 2,3,6,7,8



11.     Hansı əvəzliklər əvəzliyin özünü də əvəz edir?

A) şəxs əvəzlikləri                 B) işarə əvəzlikləri

C) sual əvəzlikləri                 D) təyini əvəzliklər  

E) qeyri-müəyyən əvəzliklər


12.     İşarə əvəzlikləri olan cərgəni göstərin.

A) o, elə, hərə               B) biri, birisi

C) kimsə, hər, filan       D) öz, hər, bütün

E) həmin, elə, bu



13.    «Şagirdlər bütün kitabları rəfə yığdılar» cümləsində əvəzliyin hansı məna növü işlənib?

A) işarə əvəzliyi            B) qayıdış əvəzliyi  

C) sual əvəzliyi              D) təyini əvəzlik  

E) inkar əvəzliyi


14.    «Rəna dünən bizə gəlmişdi» cümləsindəki «Rəna» sözünü aşağıdakı sözlərdən hansıları ilə əvəz etmək olmaz?

1. o         2. bu       3. hərə      4. mən        5. kim

A) 1,2,4                  B) 3,4                     C) 2,4,5

D) 1,5                     E) 3,5


15.    Verilmiş cümlələrdən hansında «o» əvəzliyindən sonra vergül qoyulmalıdır?

A) O qız məni görcək qaçdı.

B) O hamını öz məclisinə dəvət etmişdir.

C) O da gələcək, mən də.

D) O ki sənə bunu demişdi.

E) O kitabı götürüb mənə ver.


16.    «Görüşdü» sözündə işi görən neçənci şəxsdir?

A) III şəxsin təki                  B) II şəxsin təki   

C) I şəxsin təki                     D) III şəxsin cəmi 

E) II şəxsin cəmi

 

 

 

 

 

  Variant  C.

 

1.  “ Rəqs ”  sözünün fonetik təhlilindəki səhvi göstərin .

 

A) Dörd hərf, dörd səsdən ibarətdir . 

B)  Ə – incə, açıq, dodaqlanmayan saitdir . 

C)  R – cingiltili samitdir, kar qarşılığı yoxdur .

D)  Q –  cingiltili samitdir, kar qarşılığı Kl - samitidir.

E)   S – kar samitdir, cingiltili qarşılığı Z- samitidir .

 

2.  Hansı sözlərin yazılışı ilə deyilişi fərqlənmir ?

     1. haqlı     2.  hakim     3. xəyanət      4. xeyirli     5. növbə     6. nəzarət

 

A) 1,2,3          B) 2,4,6           C) 2,3,6             D) 4,5,6           E) 3,5,6

 

3.  Hansı sıradakı sözlərdə ahəng qanunu pozulmamışdır ?

 

A)  Köməkçi, müstəntiq, müəllim

B)  Müəllim, vətən, müavin

C)  Səfalı, sədaqətli, mehriban 

D)  Alim, Hüseyn, qəhrəmanlıq

E)  Cəsarətli, dostluq, Lalə

 

4.  Hansı sıradakı sözlərdə kar qarşılığı olmayan samitlərin hamısı var ?

 

A)  limon, darçın            C)  xiyar, portağal

B)  püstə, badam            D)  moruq, böyürtkən      E) darçın, moruq

 

5.  “ İncə ”  sözü hansı sırada məcazi mənada işlənmişdir ?

 

A)  incə yumor     B) incə bel      C)  incə dəri     D)  incə səs     E) incə naxış

 

 

6.  “ Arıçılıqda ” sözünün tərkibinə görə təhlilindəki səhvi göstərin :

 

A)  “ Arı ”  sözün kökü; -çı, -lıq, -da  isə şəkilçilərdir .

B)   Sözün başlanğıc forması “ arıçı ” – dır . 

C)   - da qrammatik şəkilçıdır, yerlik halın şəkilçisidir .

D)   - lıq sözdüzəldici şəkilçidir, müxtəlif mənalı isimlər düzəldir .

E)   - çı şəkilçisi sözdüzəldicidir, sənət, peşə bildirən isimlər düzəldir .

 

7.  Terminlər hansı sıradadır ?

 

A)  yazı, məktəb, qələm    B)  mahnı, kitab, sərgi    C)  fonetika, leksika,orfoepiya                                 D)   kərpic, dəmir, qum     E)  rəssam, şəkil, dəftər

 

 

8.   “ Qanad açıb uçmaq ” frazeoloji birləşməsinin antonimi :

 

A) burnunun ucu göynəmək      B)  döşünə döymək   

C) qəm dəryasına batmaq          D)  dəridən – qabıqdan çıxmaq        E) könlü açılmaq

 

 

9. Mənsubiyyət şəkilçiləri ilə bağlı fikirlərdən biri yanlışdır ?

 

A)  III şəxsin təki və cəminin mənsubiyyət şəkilçisi eynidir .

B)  Mənsubiyyət şəkilçili isimlər hallana bilir .

       C)  Bütün mənsubiyyət şəkilçiləri əşyanın yalnız insana mənsubluğunu bildirir .

       D)  Əşyanın hansı şəxsə mənsubluğunu, aidliyini bildirir . 

       E)  Mənsubiyyət şəkilçili isimlər özündən əvvəl gələn əvəzlik və isimlə bağlı olur.

 

10.  Hansı sıradakı isimlər quruluşca düzəltmədir ?

 

A) yanaq, damaq, çıraq                B) qonaq, otaq, bayraq      

C)  dalaq, balaq, sazaq                 D)  sancaq, yataq, sınaq     E) bulaq, ocaq, oraq

 

 

11.  “ Gün ” ismi hallandıqda hansı halda deyilişi yazılışından fərqlənir ?

 

A) adlıq     B)  yiyəlik     C) yönlük      D) yerlik       E) çıxışlıq

 

12. Hansı cümlədə topluluq bildirən isim işlənmişdir ?

 

A) Gənclərlə oturub söhbət etdik .                 B)  Sürülər qarışdı .

C) Quzular mələşdi .                                      D)  Çaylar aşıb – daşdı .  

E)  Şagirdləri tətilə buraxdılar .

 

13.   Sifətin çoxaltma dərəcəsində olan söz hansı cümlədədir ?

 

A)  Uşaq yavaşca anasına dedi .           B) Körpə sakitcə oturmuşdu .     

C)  Dostum ehmalca mənə toxundu .   D) Ağaclar yenicə çiçəkləyirdi . 

        E)  Süfrəyə körpəcə xiyarlar qoyulmuşdu .

 

14.  Say haqqındakı hansı fikir səhvdir ?

 

A) Düzəltmə saylar bütün əsas nitq hissələrindən düzəlir .  

B) Müəyyən miqdar saylarından sonra gələn  isimlər cəmdə işlənir . 

C) Mürəkkəb saylar yalnız ayrı və ya defislə yazılır .   

D) Say cümlədə isimləşə bilir .    

E) Sayın sifətlə oxşar xüsusiyyətləri vardır .

 

15.   Məsdər, feli sifət və feli bağlama üçün ortaq olan əlamət hansıdır ?

 

A)  Təsirli və təsirsiz olmaq, növ bildirmək, şəxsə və kəmiyyətə görə  dəyişməmək ;

B)   İsimləşmək, qoşmalarla işlənə bilmək ;

C)   Əlamət bildirmək, isimdən əvvəl işlənmək ;

D)   Mənsubiyyətə görə dəyişmək, hallanmaq ;

E)   Hərəkətin zamanını, tərzini bildirmək ;

 

 

16.  Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat üçün ortaq əlamətlər hansılardır ?

 

1.   Ağızdan – ağıza keçərək yayılmaq .

2.   Həyatı bədii şəkildə əks etdirmək .

3.   Xalq təfəkkürünün məhsulu olmaq .

4.   Xalqın mənəviyyatını əks etdirmək .

 

Zəhmət olmasa sistemə daxil olun və ya qeydiyyatdan keçin.
 (səs sayı: 1)
Oxunub: 1531 Müəllif: Admin 1 aprel 2010 Çap et Şərhlər (4)

#1 Müəllif: IDRAK (1 aprel 2010 22:25)
ELA EHSEH INGILIS FILI DE OLSA YAXSI OLAR
Qeydiyyat: -- [sitat]

#2 Müəllif: Elnur Admin (4 aprel 2010 19:26)
Ba st drak mllim
Qeydiyyat: -- [sitat]

#3 Müəllif: mlatka (17 fevral 2013 22:15)
twk)))
Qeydiyyat: 17.02.2013 [sitat]

Şərh əlavə et


Giriş
İstifadəçi adı
Şifrə

Axtarış



Qan Yaddaşımız




Çox oxunan

       
 

     9saylimekteb.tk