Ali Huseynli...
 Saytimiza xos gelmisiz!

 
Bölmələr
» Mentiqi suallar
» Edebiyyat
» Game
» Tehsilimiz
» Inşalar toplusu
» Music mp3
» Aşk testi
» New game 2
» a
» Canli TV izle
» Maraqli statuslar
» Proqramlar

Son xəbərlər
» -Saytlarin acilmasi ve dizayn
» Xaqani Şirvani (haqqinda)
» Facebookda Statuslariviza ""like"" yigma ABONE ART ...
» Xocali Faciesi haqqinda (englis version axtaranlar ucun ...
» Bayraq haqqinda
» Mentiqi sual buyurun tapin coox cetindi
» Hansı peşə daha yaxşıdır
» Müstəqil Azərbaycan
» Ana haqqı - Tanrı haqqı
» Xocali faciesini unutmuruq

Təqvim
«    Noyabr 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Çox oxunan





Sayğac
Cəmi:
İstifadəçilər: 84
Məqalələr: 29
Şərhlər: 70

Bu ay:
İstifadəçilər: 0
Məqalələr: 0
Şərhlər: 0



Sitede registration olmaq ucun bura tiklayin -
yeni version2012



           







Myspace Layouts
Axtardiginiz butun insalar burdadi saytimiza daxil oldugunuz ucun tesekkurler



Məqalələrin sıralanması: tarix | populyar | çox oxunan | şərh sayı | əlifba sırası

Xaqani Şirvani (haqqinda)
Bölmə: Inşalar toplusu

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir.

Yaradıcılığı [redaktə]

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şerlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şerləri və "Töhfətul-İraqeyn" poeması daxildir. "Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsrdə Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.

İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.

Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani ŞirvaniŞamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı TəbrizinSürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.!!!

 

                                                                                                                                       muellif:ALI HUSEYNLI 

                                                                     elaqe facebook adresim www.facebook.com/ali.huseynlee.3

Oxunub: 201 Müəllif: alihuseynlifan 12 iyun 2013 Şərhlər (0) Davamı...

Xocali Faciesi haqqinda (englis version axtaranlar ucun yaxwi secim)
Bölmə: Inşalar toplusu

he genocide in one of the most ancient settlements of Hojali during the first stage of the conflict in Nagorny Karabakh, which started between Armenia and Azerbaijan in 1988, is one of the most terrible, tragic and unprecedented events in human history. The tragedy of Hojali stands in the same level as the most terrible and cruel tragedies carried out in Xatin, Hiroshima.
Hojali is situated 14 km to north-west from Hankendi.
Hojali had a population of 7 thousand before the tragedy in 1992. This was also a home to refugees who were forced during that period from Armenia and IDPs from neighboring Hankendi, as well as to Meskheti Turks, who were forced from Fergana in 1989.
On 26 February night of 1992 the Armenians deployed their forces in Hankendi and with the help of the 366th shooting military regiment of former USSR attacked defenseless and helpless Xojali.
It started with Armenian forces surrounding the town from the four directions and opening heavy and ceaseless fire from artillery and salvo launchers. Within a short time, the city was enveloped in flames of fire. The defending army and local population had to leave town. Hojali was occupied by the Armenian invaders by 5 AM.
Within one night the town was razed to the ground.
The population left town to escape in the mountains and forests. Armenian armed forced were firing peace civilians from all sides and jeered at them cruelly. Many young girls were taken hostages that cold snowy night. Many of those who tried escaping from Armenian forces in the forests and mountains, froze to death. As a result of Armenian invasion, 613 residents of Hojali were killed, 478 heavily injured. 1275 peace civilians, including elderly persons, children and women, were taken hostages and suffered heavy insults and offences from the Armenians. The fate of 150 of these persons is still remaining unknown. That was a true genocide. Out of 613 civilians killed in Hojali, 106 were women, 63 children and 70 elderly persons.
During the Hojali tragedy, 8 entire families were annihilated, 24 children lost both parents, and 130 children lost one of the parents.
56 persons were killed with special cruelty. They were burnt to death, had their heads cut off, face skin taken off, eyes pricked out. Armenians also did violence to pregnant women and profaned the dead bodies.
The nation and the state of Azerbaijan do not forget the Hojali tragedy.
Heydar Aliyev, the President of the Republic of Azerbaijan, issued a special decree regarding the Hojali genocide on March 1st 1994. According to an appropriate decree of the Milli Majlis of the Republic of Azerbaijan, the 26th day of February was declared as the national mourning day in memory of the Hojali genocide. The corresponding notifications were sent to all international organizations.
On February 26th 1997, the President of the Republic of Azerbaijan issued a decree on the announcement of a minute of silence in memory of the Hojali genocide victims. The President of Azerbaijan makes a speech addressed to the nation of Azerbaijan in connection with the Hojali genocide on February 26th every year.

                                                                                                                                         

                                             muellif:Ali Huseynli

Oxunub: 919 Müəllif: alihuseynlifan 11 fevral 2013 Şərhlər (2) Davamı...

Bayraq haqqinda
Bölmə: Inşalar toplusu

Bayraq haqqinda insa


Milli bayrağımızdakı göy räng – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadä edir

Yüz ilä yaxın bir müddätdir ki, üçrängli dövlät bayrağımız insanlarımız üçün müqäddäs ideal rämzinä çevrilmişdir. Mövcudluğunun 18 ayı dövründä (1918-ci ilin 9 noyabrı) än istäkli bir varlıq kimi sevilmiş, äzizlänmiş, adına vä hüsnünä şeirlär yazılmış, mahnılar bästälänmişdir.

Sovetlär Birliyinin rejimi üçrängli bayrağımızın başımız üzärindän asılmasını vä hätta täsvirini belä qadağan etsä dä onu üräklärindä yaşadan insanlar istiqlal şairimiz Ähmäd Cavadın bu sözlärini täkrarlayırdılar:

Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, män yoruldum,
Bu gizli ağlamaqdan.

Bäs xalqımızın başı üzärindä 93 il ävväl dalğalanmış vä bu gün dä mövcud olan bayrağımızın yaranma tarixini, onun mänasını, ağ ayparanın vä säkkiz guşänin nä olduğunu, hansı ideyalardan qaynaqlandığını düzgün bilirikmi? Aparılan sorğular, ortaya çıxan häqiqätlär sübut edir ki, bu sahädä hälä dä mälumatsızlıq vä tarixi bilgisizlik ucbatından yanlış täsävvür vä fikirlär mövcuddur. Mähz bu yazıda hämin o sualları cavablandırmağa çalışacağam.

1918-ci il mayın 28-dä tarixdä sayca 114-cü türk dövläti olan Azärbaycan Xalq Cümhuriyyäti quruldu. Bu Cümhuriyyät özündän ävvälki 113 dövlätdän ideoloji äsaslarına görä tam färqlänirdi. Belä ki, ilk däfä idi ki, bütün müsälman vä türk dünyasında milli kültür änänälärinä, demokratik prinsiplärä söykänän Avropa sistemindä bir dövlät qurulurdu. Azärbaycan Milli Qurtuluş Häräkatının böyük ideoloqu M. Ä. Räsulzadä “Milli Azärbaycan Häräkatının xarakteri” adlı mäqaläsindä yazırdı: “Milli ideoloji mänşäyi etibarı ilä Azärbaycan häräkatı Şärqdäki milli qurtuluş ideyaları ilä, Qärbdä demokratiya cäräyanlarını özündä birläşdirän bir häräkatdır”.

alt

Azärbaycan bayrağı

M. Ä. Räsulzadä belä bir häräkatdan yaranan dövlätin isä mähz “Cümhuriyyät” olacağını hälä 1917-ci ildä “Açıq Söz” qäzetindä (1917-ci il, N 426, 17-30 mart) eyni adlı mäqalädä “Cümhuriyyätdän-Cümhuriyyätä färq var” deyäräk yazırdı: “Mähkum sinif vä millät gözü ilä baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, mäşrutiyyät-işıqlı istibdaddan, cümhuriyyät-mäşrutiyyätdän, Cümhuriyyäti-änam da (Xalq Cümhuriyyäti dä) Cümhuriyyäti-xasdan (imtiyazlı Cümhuriyyätdän) daha faydalı vä daha müvafiq mäqamdır… Var olsun Cümhuriyyäti-änam!” (Yäni Xalq Cümhuriyyäti – N. Y.).

M. Ä. Räsulzadänin äsaslandırdığı Xalq Cümhuriyyäti 1918-ci ildä mayın 28-dä yarandıqdan sonra onun äsas rämzi olan bayraq haqqında da hämin ilin iyun ayının 21-dä hökumätin qärarı verildi. Hämin qärardan: “Üstündä qırmızı fonda ağ säkkizguşäli ulduz vä aypara täsviri olan qumaş Azärbaycanın bayrağı kimi täsdiq edilsin”.

Hämin dövrdä bayrağımız Osmanlı Türkiyäsinin bayrağı ilä eynilik täşkil edirdi. Färq yalnız onda idi ki, Osmanlı Türkiyäsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşädän, Azärbaycan Cümhuriyyätinin bayrağında isä säkkiz guşädän ibarät idi.

İlk bayrağımız haqqında verilän qärar da (yäni eynän Osmanlı Türkiyäsindä olduğu kimi) bir çox säbäblärlä izah edilir. Yäni äsas o idi ki, biz türk xalqı olaraq böyük bir mädäniyyät sisteminä äsaslandığımızı sübut edirdik. Vä Azärbaycanın xilasını da qardaş Türkiyänin kömäyindä görürdük. Täsadüfi deyildi ki, 1918-ci ilin iyunun 4-dä ilk siyasi, diplomatik vä härbi müqaviläni dä biz mähz Osmanlı Türkiyäsi ilä bağlamışdıq. Bundan ävväl mövcud olan Zaqafqaziya Seymindä bu Seymdä fäaliyyätdä dä Azärbaycan nümayändäläri (onların sayı 40-dan çox idi) siyasi istiqamäti güclü vä ermänilärdän färqli olaraq Türkiyä olacağını müäyyänläşdirmişdilär.

Eyni zamanda, Gäncäyä gälmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ätrafındakı “ilhaqçı”lar qrupu da “biz müstäqil dövlät yox, mähz Türkiyäyä birläşmäk istäyirik” – deyäräk, ciddi täbliğat aparırdılar. Hätta o zaman Nuru Paşanın täkidi ilä Milli Şura fäaliyyätini dayandırmış, Tiflisdä yaradılan 1-ci Hökumät Kabinäsi buraxılmış, Gäncädä Nuru Paşanın istäyincä 2-ci hökumät kabinäsi formalaşmışdı. Qırmızı rängli bayrağımız da mähz hämin gärgin mäqamlarda – ikinci hökumät kabinäsi formalaşndan sonra dörd gün sonra verilmişdi.

1918-ci ilin noyabrın 9-da isä Üçrängli dövlät bayrağımız haqqında qärar qäbul edildi: “Milli bayraq haqqında Azärbaycan hökumäti qärarları däftärindän 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlär Şurası sädrinin Milli bayraq haqqında märuzäsi. Qärara alındı: Yaşıl, qırmızı vä mavi ränglärdän, ağ aypara vä säkkizbucaq ulduzdan ibarät olan bayraq Milli bayraq hesab edilsi”.

Milli bayrağımızdakı göy räng – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadä edir.

Bäs bu däyärläri özündä birläşdirän “türkläşmäk, islamlaşmaq, avropalaşmaq, (firängläşmäk)” üçlük düsturunu böyük bir şüara çevirän ilk däfä kim olub?

Qeyd edäk ki, bütün türk milläti üçün böyük bir ideala vä mäqsädä çevrilän bu üçlük şüarının banisi türk dünyasının böyük mütäfäkkiri, Azärbaycanda doğulub Rusiya vä Türkiyä universitetlärindä tähsil almış Äli bäy Hüseynzadä olub. 1907-ci ildä iyul ayının 10-da Bakıda özünün näşr etdiyi “Füyuzat” (bolluq, bäräkät mänasındadır) jurnalındakı bir mäqaläsindä “Türk hissiyyatlı, islam etiqadlı, firäng qafalı” kimi ilk däfä täqdim etdiyi bu fikri sonradan böyük mütäfäkkir Ziya Göyalp belä ifadä etmişdi: “Türk qanlı, islam imanlı, avropa mädäniyyätli”.

Bäs Ä. Hüseynzadä täräfindän äsası qoyulan, Z. Göyalp täräfindän inkişaf etdirilän “türkläşmäk, islamlaşmaq, avropalaşmaq” şüarı Azärbaycanın dövlät bayrağında niyä bir qädär färqli olaraq öz äksini tapıb? Yäni dövlät bayrağımızda qänglär belä verilib: “göy räng – türkläşmäk, qırmızı – müasirläşmäk, yaşıl – islamlaşmaq. Göründüyü kimi, klassik şüardan färqli olaraq islamçılıq ikinci yerdän üçüncü yerä, müasirlik isä üçüncü yerdän ikinci yerä keçirilib. Bäs belä däyişikliyin säbäbi nädir vä kim bunu hansı mäqsädlä edib?

1915-ci ilin oktyabrın 2-dä Bakıda näşrä başlayan “Açıq Söz” qäzetinin ilk sayında Baş redaktor M. Ä. Räsulzadänin “Tutacağımız yol” adlı baş mäqaläsi çap edilmişdi. Hämin mäqalädä M. Ä. Räsulzadä vaxtilä Ä. Hüseynzadänin äsasını qoyduğu mäşhur üçlük düsturu belä täqdim edirdi: “Här bir millät azadä yaşayıb da täräqqi edä bilmäk üçün 3 äsasa istinad etmäk mäcburiyyätindädir: Dil, Din vä Zaman… Dilcä – biz türküz, türklük milliyyätimizdir… Dincä – müsälmanız. Här bir din inananları arasında mäxsusi bir mädäniyyät vücuda gätirmişdir ki, bu mädäniyyät dä bir beynälmiläliyyät säbäbi täşkil edir… Zamanca da – biz texnikanın, elm vä fännin möcüzälär yaradan bir dövründäyiz… Demäk ki, sağlam, mätin vä oyanıq mäfkuräli bir milliyyät vücuduna çalışmaq istärsäk ki, zaman bunu täläb ediyor – mütläqa 3 äsasa sarılmalıyız: Türkläşmäk, müasirläşmäk vä islamlaşmaq” (“Açıq Söz”, N 1, 2 oktyabr 1915-ci il).

Qeyd edildiyi kimi, M. Ä. Räsulzadä hälä 1915-ci ildä sonradan dövlät bayrağımızda öz äksini tapacaq fikirläri sıralamış vä hälä o zaman Ä. Hüseynzadänin üçlük düsturunda däyişiklik edäräk, ciddi äsaslandıraraq, müasirliyi önä çäkmişdi.

1916-cı ilin oktyabr ayında isä yenä “Açıq Söz” qäzetindä çap edilän “Getdiyimiz yol” adlı baş mäqalädä müasirläşmäyä üstünlük veräräk yazırdı: “Müasirläşmäk – budur bütün millätläri sülh vä nicat yoluna çıxaran böyük vasitä! Müasirläşmäyän, yäni zaman vä äsrindäki maddi vä mänävi vasiteyi-mädäniyyä ilä silahlanmayan bir toplum gäräk qan vä dilcä birläşmiş milliyyät vä ya din, ruh vä vicdanca tanışmış beynälmiläliyyät olsun – mümkün deyil…”

M. Ä. Räsulzadänin müasirläşmäyä verdiyi bu önäm sonradan müasir tipli bir Azärbaycan cämiyyätinin qurulmasına da öz täsirini göstärdi. 1918-ci ilin noyabrında Mudros müqaviläsi şärtlärinä uyğun olaraq, Osmanlı türkiyäsi öz qoşunlarını Azärbaycandan çäkmäk mäcburiyyätindä qaldı. İngilislärin ümumi näzarätinä verilmiş Bakıya gälän general Tomson hälä Änzälidä olarkän “Män Türkiyä intriqası ilä yaradılan bir dövlät tanımıram” deyäräk, Azärbaycan istiqlalını şübhä altına almışdı. Belä bir väziyyätdä ingilisläri vä general Tomsonu Türkiyänin bayrağının oxşarı olan bir bayraqla qarşılamğa artıq säbäb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rängli bayrağın yerinä Üçrängli bayrağın yaradılması haqqında M. Ä. Räsulzadänin vä onun başçılıq etdiyi Azärbaycan Milli Şurasının täklifi ilä qärar qäbul edildi. Bayraqdakı ränglärin täsviri vä düzülüşü isä M. Ä. Räsulzadänin “Açıq Söz” qäzetindäki mäqaläsindän götürüldü. Yäni, göy – türkläşmäk, qırmızı – müasirläşmäk, yaşıl – islamlaşmaq.

Hämin Üçrängli dövlät bayrağımız ilk däfä olaraq 1918-ci ilin noyabrın 17-dä Bakıda däniz vağzalında ingilis generalı Tomsonun qarşılanma märasimindä göyä qaldırıldı. Himnin äväzinä isä o zaman dövlät himnimiz olmadığından böyük bästäkar Ü. Hacıbäylinin täklifi ilä onun “Leyli vä Mäcnun” äsärindä Nofäl sähnäyä gälärkän säsländirilän coşdurucu musiqinin (“Heyratı” üstündä) çalınması qäbul edilir. (Qeyd edim ki, Ü. Hacıbäyli indi säsländirilän dövlät himnimizi sonradan bästäläyib). Bu musiqi häm dä 1453-cü ildä Konstotinopolu (İstanbulu) fäth edärkän belä bir marşla hücum etmişdilär.

Bakıya gälän ingilislär üçrängli bayrağımızın räsmi olaraq dalğalandırılmasına o qädär razılıq vermirdilär. Vä onlarda bu fikri därinläşdirän isä Bakıda yaşayan ermänilär vä ruslar idilär. Müsavat partiyasının qurucularından olan M. Ä. Räsuloğlu öz xatirälärindä yazırdı ki, ingilislär yalnız häftänin 1-ci vä 4-cü günläri – yäni iclas keçiriländä icazä verirdilär ki, parlament binası üzärindä milli bayrağımız dalğalansın, iclas bitän kimi bayrağımızın endirilmäsini täläb edirdilär.

1918-ci ilin 7 dekabrında Parlamentin açılışı märasimindä M. Ä. Räsulzadä bu sözläri söylädi: “Säadät vä hürriyyät istiqlaldır. İştä bunun üçün, äfändilär, müstäqil Azärbaycanı tämsil edän o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyäti, islam mädäniyyäti vä müasir Avropa iqtidarı – ähraranäsini (azad adamlar iqtidarını) tämsil edän bu Üç boyalı bayraq daima başlarımızın üstündä ehtizaz edäcäkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq, bir daha enmäyäcäkdir!”

Böyük mütäfäkkir Ü. Hacıbäyli “Azärbaycan” qäzetindä (1918-ci il, 9 dekabr) M. Ä. Räsulzadänin bu çıxışını belä täsvir edirdi: “Mähämmäd Ämin milli ittitahäsindä bu üç rängin: türkläşmäk, islamlaşmaq vä müasirläşmäk amalı älamätindän ibarät olduğuna işarä ilä – bu bayraq endirilmäz! – dedikdä bütün mäclis ayağa qalxıb äl çala-çala bayraqları salamlarkän, täässüratı-fövqäladämdän başımın tükläri biz-biz durdu”.

Qeyd edim ki, dövlät bayrağımızdakı säkkiz guşä ilä bağlı da müxtälif izahlar vardır. Bir izahda bildirilir: Ay (qämäri) täqvimi islam ölkälärindä geniş istifadä olunurdu. Ay täqvimindä tarixdä “Türk dövrü” kimi qalmış bir täqvim yaradılmışdır. Ay fazalarının täkrarlanması müddätinä uyğunluq üçün täqvimdä här säkkiz ildä üç däfä (2, 5 vä 7-ci illärdä) ilin axırıncı ayı olan Zilhäccäsinä 30-cu gün älavä edilirdi.

Beläliklä, “Türk dövrü kimi tanınan bu täqvim däqiqliyinä görä färqlänirdi. Sonralar “Türk dövrü täqvimini yenidän täkmilläşdiräräk här 126 ildän bir säkkizlik dövrün axırıncı dövründäki 7-ci il zamanı Zilhiccäni 29 sutka saxlamaqla däqiqliyi 1290-cı ildä bir sutkaya qaldırmış vä täqvimdän XVI äsrdän Türkiyädä istifadä etmişlär.

Çox güman ki, äsası Osman Qazi täräfindän qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı säkkizbuczqlı dövlätin vaxt ölçüsü cädvälinä rämzi işarädir (Bax: Ä. Ätayi. “Täqvimlär keçmişdä vä bu gün”. “Elm”, 1998, N 1).

Bäzi izahlarda isä säkkiz guşäli ulduz “Od Yurdu”nun säkkiz härflä yazılışına işarädir. Böyük yazıçı C. Cabbarlı yazırdı: “Säkkiz künclü şu ulduz säkkiz härfli Od yurdu”.

Bayrağımızdakı göy räng türkläşmäk ideyası ilä bağlıdır. Türklärin göy rängä üstünlük vermäsi ilä bağlı müxtälif izahlar da mövcuddur. Orta äsrlärdä islam dinindä olan türkdilli xalqların yaşadığı ärazilärdä saysız-hesabsız qädim abidälär dä tikilmişdir. Bu abidälärin äksäriyyäti göy rängdä olmuşdur. Bu baxımdan göy räng häm dä simvolik mäna daşımışdır. Göy räng häm dä XIII äsrdä Elxanilär dövrünün äzämätini, onların zäfär yürüşlärini äks etdirir.

Bayrağımızdakı yaşıl räng islam dininä mänsubluğumuzu ifadä edir. Böyük mütäfäkkir Äli bäy Hüseynzadä “Qırmızı qaranlıqlar içindä yaşıl işıqlar” äsärindä yaşıl rängin geniş izahını vermişdir.

Milli bayrağımızdakı qırmızı räng müasirläşmäni, inkişafı äsas götürür. Mälum olduğu kimi, XVIII äsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilä bağlı Avropa ölkälärindä böyük iräliläyişlär baş vermişdir. Hämin dövrdä proletariatın kapitalizm quruluşuna qarşı mübarizäsi olmuşdur. Bu illärdä qırmızı räng Avropanın simvoluna çevrilirdi. Ä. Hüseynzadä yazırdı: “Avropalaşalım, firängläşälim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciätdän müraciätä färq vardır. Biz avropalıların ädäbiyyatına, sänayelärinä, ümum vä maarifinä, käşfiyyat vä ixtiralarınamüraciät etmäk istäyiriz, özlärinä degil! Biz istäriz ki, islam ölkäsinä onların beyinläri, dimaqları girsin!”

Milli bayrağımızda qırmızı rängin üzärindä ortada aypara vä säkkizguşäli ulduzun täsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdur. Türklär 1453-cü ildä hämin şähäri aldıqdan sonra hämin gerb Osmanlı imperiyası täräfindän islam dininin bir rämzi kimi qäbul edilmiş vä hämin dindä olan başqa xalqlara keçmişdir (Bax: M. Äliyev. “Qobustan”jurnalı, 1989, N 3).

Müxtälif guşäli ulduzların täsvirlärinin izläri dünya sivilizasiyasının än qädim mäskäni hesab olunan Mesopotomiya ilä älaqädardır. Ulduz täsvirlärinin yaranması astronomiya elmi ilä bağlıdır.

Böyük yazıçı C. Cabbarlı şerlärinin birindä yazırdı:

Bu ay, ulduz boyaların qurultayı nä demäk,
Bizcä belä söylämäk.
Bu göy boya, göy moğoldan qalma
Bir türk nişanı
Bir türk oğlu olmalı.
Yaşıl boya islamlığın sarsılmayan
İnamını üräklärä dolmalı
Şu al boya azadlığın täcäddüdür, färmanı,
Mädäniyyät bulmalı.

Azärbaycan Milli Qurtuluş Häräkatının böyük ideoloqu M. Ä. Räsulzadä 1918-ci ildä Azärbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rängi: türk milli mädäniyyätinin, müsälman sivilizasiyasının vä müasir Avropa demokratik äsaslarının simvoludur”.

Azärbaycan 1920-ci ildä işğal edildikdän sonra başda M. Ä. Räsulzadä olmaqla däyärli insanlarımız bu bayrağı Türkiyä vä Avropa ölkälärindä mühacirätdä qorudular, yaşatdılar.

Qeyd edim ki, Sovetlär Birliyi dövründä üçrängli dövlät bayrağımız 1956-cı ildä XX qurultayda “şäxsiyyätä pärästiş” mäsäläsi qoyulduqdan sonra Qız qalası üzärindä üç azärbaycanlı vätändaşımız (birinin adı Cahid, digäri isä Nazim olub) täräfindän bir saatdan çox orada dalğalandırılıb. Hämin şäxsläri isä (onların sayı ümumilikdä 15-ä qädär olub) sonradan oğurluq adı ilä 12-13 ilä qädär häbsä mähkum ediblär.

1988-ci ildän isä başlanan Azärbaycan Xalq Häräkatı yenidän üçrängli bayrağımızı meydanlarda dalğalandırdı.

                                                                                                                                                                                         muellif:ALI Huseynli

Oxunub: 1201 Müəllif: alihuseynlifan 30 iyul 2012 Şərhlər (4) Davamı...

Hansı peşə daha yaxşıdır
Bölmə: Inşalar toplusu

Hansı peşə daha yaxşıdır?

alt

 

 

Məktəb illərinin başa çatması gənclər üçün yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də valideynləri ilə məsləhətləşirlər. Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər verirlər.   Mənim qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur. Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana biləsən.  Məndə artıq öz seçimimi etmişəm. Bizim ailəmiz həkimlər ailəsi kimi tanınır. Babam məhşur cərrahdır. Anam uşaq poliklinikasında göz həkimi işləyir. Qardaşım Azərbaycan Dövlət Tibb Universitetinin sonuncu kurs tələbəsidir. Mən də ailəmizin ənənəsini davam etdirməyə və həkim olmağı qərarlaşdırmışam. Açığı, məndə bu beşəyə marağı babam oyadıb. O məni bir neçə dəfə işlədiyi xəstəxanaya aparıb. İlk dəfə babamın ağ xalatlı dostları ilə tanış olanda çox həyəcanlı idim. Onlar xəstələrlə nəvazişlə davranırdılar. Babam da yanına gələn xəstələrin dərdlərinə qəlbən şərik olur, onları səbrlə dinləyir və dəyərli məsləhətlər verir. Hər cərrahiyə əməliyyatını aparan zaman babam narahat anlar yaşayır. Uğurlu keçən əməliyyatdan sonra isə babam özünü çox xöşbəxt hiss edir.  Ailəmizin ünvanına tez-tez Azərbaycanın müxtəlif bölgələrindən anamın və babamın keçmiş xəstələrindən məktublar gəlir. Sağalıb gümrah halda öz ailələrinin, uşaqlarının yanına qayıdan insanlar onlara ikinci həyat bəxş etdiklərinə görə anama və babama ən səmimi duyğularını çatdırırlar.  Göründüyü kimi, həkimlik çox nəcib, hamıya gərək olan peşədir. Ancaq mən başa düşürəm ki, bu peşə nəcib olduğu qədər də məsuliyyətlidir. Axı söhbət insan taleyindən gedir. Hansısa bir səhv, ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Buna görə də həkim elmin sirlərinə mükəmməl yiyələnməli, müasir tibb cihazları ilə işləməyi bacarmalı, ən əsası da öz məsuliyyətini heç vaxt yaddan çıxarmamalıdır. Mən də dərslərimi “əla” qiymətlərlə oxumağa çalışıram, tibbə aid çoxlu əlavə ədəbiyyat mütaliə edirəm.     

                                                                                                                                                                      muellif:Ali Huseynli

Oxunub: 492 Müəllif: alihuseynlifan 27 iyul 2012 Şərhlər (3) Davamı...

Müstəqil Azərbaycan
Bölmə: Inşalar toplusu

Müstəqil Azərbaycan

alt

 


Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.  Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı.1998-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur.Lakin bu respubilikanın ömrü qısa oldu.Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır.  Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən,Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.  Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.            

                                                                                                                                              muellif: Ali Huseynli

Oxunub: 498 Müəllif: alihuseynlifan 27 iyul 2012 Şərhlər (3) Davamı...

Ana haqqı - Tanrı haqqı
Bölmə: Inşalar toplusu

Ana haqqı - Tanrı haqqı
alt

Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik.  Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. “Ana qəlbi möcüzələr xəzinəsidir”, “Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, “Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar” ...  Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: “Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”. Biz “Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, “Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. “Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi: Ana, sən həyat verdin mənə...  Lakin ana öz övladına yalnız həyat vermir, həm , min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədirəm. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz.  Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır.  Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: Mən anamı necə sevindirə, necə xöşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara aparır, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim. Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: - Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır.  Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən “əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.

                                                                                                                                                                                                          muellif:Ali Huseynli

Oxunub: 524 Müəllif: alihuseynlifan 27 iyul 2012 Şərhlər (5) Davamı...

Xocali faciesini unutmuruq
Bölmə: Inşalar toplusu

Xocalı faciəsini unutmuruq

Xocali faciesini unutmuruq

 

 

26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin...  Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.  Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

                                                                                                                                    

                                                                                                                                                              muellif:Ali Huseynli

Oxunub: 655 Müəllif: alihuseynlifan 27 iyul 2012 Şərhlər (0) Davamı...

Umumilli lider Heyder Eliyev haqqinda Inşa
Bölmə: Inşalar toplusu

 

Umumilli lider Heyder Eliyev haqqinda Inşa

alt
Müasir Azərbaycan Heydər Əliyevin şah

 

əsəridir” İndi bizim təhsilimizin məqsədi gənc nəslə,

uşaqlara təhsil verib, gələcəyə hazırlamaqdır. Amma

bununla yanaşı, ən böyük məqsədimiz Azərbaycan

vətəndaşıhazırlamaqdır, müstəqil Azərbaycan

cəmiyyətinin layiqli üzvünü hazırlamaqdır. Hər bir

insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq

vətəndaş olsun!

Heydər Əliyev

Azərbaycan dövləti hazırda yeni əsrin doqquzuncu

ilini yaşayır. Qərb və Şərq sivilizasiyalarının qovuşduğu

coğrafi və strateji geosiyasi məkana malik ölkə, qədim tarixi

və zəngin mədəniyyəti olan xalq bu gün özünün həqiqi

mənada çiçəklənmə dövrünü yaşayır.

Bəli, həqiqətən Azərbaycanın bugünki dövrünün

böyük intibah dövrü olduğu danilmazdır. Bu bir tarixi

gerçəklikdir ki, bu gün dünya sivilizasiyasına tam cavab

verən milli təhsilimizin, elmimizin, mədəniyyətimizin

inkafında Azərbaycana rəhbərlik missiyasını əsrin üçdə biri

müddətində uğurla yeni minilliyə daşıyan ümummilli liderimiz

Heydər Əliyevin müstəsna xidməti vardır. Dünya fəlsəfi,

elm və fikir tarixində cəmiyyətin inkişafı, milli

tərəqqisinin qüvvətlənməsində tarixi şəxsiyyətin rolu həmişə

yüksək qiymətləndirilmiş, ayrı-ayrı xalq və millətlərin

mədəni yüksəlişində, dövlətlərin möhkəmlənməsində böyük

şəxsiyyətlərin, ümummilli liderlərin aparıcı mövqeyi əsas

amillərdən biri kimi təsdiqlənmişdir. Bu gün lider ölkəyə

                                                                                                                                  muellif:Ali Huseynli

Oxunub: 7854 Müəllif: alihuseynlifan 27 iyul 2012 Şərhlər (26) Davamı...

Giriş
İstifadəçi adı
Şifrə

Axtarış

Sorğu
Hansi olkede olmaq isterdiz?

PARIS smile
NEW YORK laughing
ITALIA no
RUSSIA recourse
TURKIYE lol
AFGANISTAN crying
AMERIKA request
ISPANYA wassat
MOLDOVA tongue
IRAN bully
HOLLANDIYA angry
BRAZILIYA winked


Son şərhlər
aygn (6 may 2014 21:44)
» Umumilli lider Heyder Eliyev haqqinda Inşa

serxan (1 may 2014 17:28)
» Umumilli lider Heyder Eliyev haqqinda

AGA (26 aprel 2014 14:39)
» -Saytlarin acilmasi ve dizayn

Tahir (26 aprel 2014 14:37)
» Semed Vurgun haqqinda

tural (13 aprel 2014 17:13)
» Umumilli lider Heyder Eliyev haqqinda Inşa

semkirliyik (10 aprel 2014 21:26)
» Mirze Elekber Sabir haqqinda

EMIL HUSEYNZADE (30 yanvar 2014 00:47)
» Mirze Elekber Sabir haqqinda

Emil Huseynzade (30 yanvar 2014 00:26)
» Bayraq haqqinda

ramal (11 dekabr 2013 19:40)
» Hansı peşə daha yaxşıdır

mirtural (5 dekabr 2013 20:47)
» Umumilli lider Heyder Eliyev haqqinda



Bilgileriniz sistemimize kaydedilmektedir.




Arxiv
İyul 2013 (1)
İyun 2013 (1)
May 2013 (1)
Fevral 2013 (1)
İyul 2012 (24)




Keçidlər

Saytin admini----> ALI HUSEYNLI elaqe saxliya bilersiz
adminle elaqe qurmaq istiyirsizse bura tiklayin


       
     Ali Huseynli...