Məlumatlar > V hərfində uçan qazlar haqqında məlumat!

V hərfində uçan qazlar haqqında məlumat!


12 mart 2011. Müəllif: LikDov

alt


Əminəm ki hamınız köç eden qazları havada süzülərkən görmüş və V şəklində bir formalaşmada uçduqlarına diqqət etmisiniz. Elm adamları bu qazlar niyə ‘V' şəklində uçmaqlarını araşdıraraq qazların heçdə quş beyinli olmadıqlarının şahidi olmuşlar.
‘V' formasında uçarkən, qanad çırpan quş dərhal arxasındakı quş üçün onu qaldıran hava axını meydana gətirir. ‘V' şəklində uçan qaz qrupu, bir-birilərinin qanad çırpmalarındaki hava axınını istifadə edərək, uçuş mənzillərini 71% nisbətində uzadırlar. Yəni tək başlarına gedə biləcəkləri maksimum yolu az haradasa iki dəfə artırırlar. Bir qaz qrupu, ‘V' qrupundan çıxdığı anda uçmaqda çətinlik çəkir. Çünki hava axınının xaricinə çıxmış olur. Buna görə tək qalan qaz dərhal ‘V'-yə qoşulur və onun gücünü istifadə edir. Başda gedən ‘V' lideri yorulduğunda dərhal arxaya keçir və arxasındakı lider mövqeyinə keçir. Bu dəyişikliyi davamlı edirlər. Geridəki quşlar qrup yavaşladığında qışqıraraq öndəkiləri xəbərdarlıq edirlər. ‘V' formalaşmasındakı bir qus xəstələnər ya da bir ovçu tərəfindən vurulsa, düşən quşa yardım etmək üzrə qrupdan iki qaz ayrılır və qorumaq üçün yanına gedir. Təkrar uça bilənə qədər, ya da ölümünə qədər onunla birlikdə qalırlar. Sonra bir başqa ‘V' qrupuna qoşulub, öz qruplarına çatana qədər onlarla birlikdə uçurlar.
 

Geri
Warning: Unknown: failed to open stream: No such file or directory in Unknown on line 0 Warning: Unknown: failed to open stream: No such file or directory in Unknown on line 0