SAYT TEMIRDEDIR .
 

 

Bölmələr
» LISEY XƏBƏRLƏRİ
» TESTLƏR
» FƏRMANLAR
» ŞAİRLƏR
» KİTABLAR
» YAZIÇILAR
» ELMLƏR
» TARIX
» TESTLƏR
» AĞSTAFA HAQDA
» COĞRAFİYA
» FİZİKA

Çox oxunan

Arxiv
Avqust 2012 (2)
Avqust 2010 (1)
May 2010 (6)
Aprel 2010 (1)
Fevral 2010 (5)
Yanvar 2010 (8)





Təqvim
«    Oktyabr 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Sayğac
Cəmi:
İstifadəçilər: 56
Məqalələr: 109
Şərhlər: 234

Bu ay:
İstifadəçilər: 0
Məqalələr: 0
Şərhlər: 14



           

Aktiv Olun Serh yazın !!!

ODLAR YURDU AZƏRBAYCAN
Bölmə: ELMLƏR

İlk ibtidai insanların meydana gelmesi, inkişaf etmesi ve formalaşması tarixinin öyrenilmesi arxeologiya elminin en esas vezifelerinden biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi medeniyyet qalıqları vasitesile öyrenir. 

Azerbaycan Respublikası erazisinde aparılan arxeoloji tedqiqatlar zamanı ilk sakinlerin meskunlaşmasına aid zengin maddi medeniyyet nümuneleri aşkar olunmuş ve bunun neticesinde respublikamızın erazisinin insanın formalaşdığı meskenler siyahısına daxil olunmasına zemin yaratmışdır. Azerbaycan erazisinde hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan evvelden yaşamağa başlamasına aid en qedim arxeoloji ve paleontoloji materiallar tapılmışdır. 


Son 50 ilde Azerbaycan Respublikası erazisinde aparılan kompleks tedqiqatlar neticesinde qedim insanın meydana gelmesi, formalaşması ve inkişaf etmesi tarixini tedqiq etmek üçün zengin elmi materiallar ve maddi medeniyyet nümuneleri aşkar olunmuşdur. Tapılmış elmi materiallar esasında Azerbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf merheleleri ve ulu sakinlerin maddi medeniyyet qalıqlarının xüsusiyyetleri öyrenilir ve tedqiq olunur. 


Son illerde Azerbaycan alimlerinin Avropa alimleri ile birlikde apardığı elmi tedqiqatlar neticesinde Azerbaycan erazisinde ibtidai insanların 2 milyon il bundan evvel yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illerin evvellerine qeder respublikamızın erazisinde qedim insan düşergelerinin olmadığı ve burada ibtidai adamların yaşamadıqları gösterilirdi. Lakin son illerde Azerbaycan alimlerinin apardıqları arxeoloji tedqiqatlar bu fikrin yanlış ve esassız olduğunu gösterdi, respublikamızın erazisinin qedim insanın yarandığı ve formalaşdığı erazilerden biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azerbaycan erazisinde sivilizasiyanın özünemexsus xüsusiyyetleri olması müeyyen olunmuşdur. 


Azerbaycanın Qarabağ erazisinde aparılan kompleks tedqiqatlar neticesinde paleolit dövrüne aid zengin düşergeler qeyde alınmış ve elmi tedqiqat işleri aparılmışdır. 


Aparılan kompleks elmi tedqiqatlar zamanı müeyyen olunmuşdur ki, Azerbaycanın en qedim sakinlerinin emek aletlerini hazırlaması ve onların sonrakı inkişafı üçün minillikler lazım olmuşdur. Tedqiqatlar gösterir ki, ibtidai insanlar paleolit dövründe esasen tebii karst mağaralarında, çay kenarlarında, qaya sığınacaqlarında ve yaşamaq üçün elverişli olan yerlerde mesken salıb yaşamışlar. 


Respublikamızın erazisinde paleolit dövrüne aid aparılan tedqiqat işleri neticesinde daş dövrünün ayrı-ayrı merhelelerine aid zengin arxeoloji düşergeler Qarabağ erazisinde müeyyen olunmuşdur. 1960-cı ilin yay mövsümünde Qarabağın Quruçay ve Köndelençay vadilerinde Azerbaycan Elmler Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rehberliyi altında aparılan arxeoloji keşfiyyat işleri zamanı Azıx ve Tağlar mağara düşergelerini qeyde almışdır 


Aparılan elmi tedqiqatlar zamanı melum olmuşdur ki, Qarabağın dağlıq erazisinde karst mağaraları mövcuddur. Lakin helelik bu diyarda en zengin maddi medeniyyet nümunelerine malik arxeoloji tapıntılar Azıx ve Tağlar mağaralarında qeyde alınmışdır. 


Çoxtebeqeli Azıx paleolit düşergesi Qarabağın en menzereli güşesinde Quruçayın sol sahilinde, deniz seviyyesinden 900 metr yükseklikde, Füzuli şeherinin 16 kilometrliyinde olub, Tuğ çökekliyinde yerleşir. 



Azerbaycan Respublikası erazisinde aparılan elmi tedqiqatlar neticesinde respublikamızın erazisinde neinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda en qedim sakinlerin uzun müddet mesken salıb formalaşması ve Azerbaycan erazisinin qedim sivilizasiya meskenlerinden biri olması elmi esaslarla sübuta yetirilmişdir. Bu baxımdan Qarabağ erazisinde aparılmış kompleks elmi tedqiqat işlerinin mühüm elmi ehemiyyeti vardır. 




Azerbaycanın Araz, Quruçay, Arpaçay, Terterçay, Vileşçay, Zuvandçay ve diger vadilerinde aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz ve Boyalı qablar medeniyyetinin maddi medeniyyet nümuneleri haqqında zengin arxeoloji materialllar tapılmışdır. 



Respublikamızın erazisinde tapılan qedim insan düşergelerinden aşkar olunmuş maddi medeniyyet qalıqları esasında burada ibtidai insanların mağara heyatından, emek aletleri hazırlanmasından, ovçuluq teserrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlerinden, qaya resmlerinden ve Qarabağın qedim tarixinden xeber verir. Eyni zamanda dünyanın en qedim insan meskenlerinin ve ilk sakinlerin bu erazi ve düşergelerde yaşayıb formalaşma merheleleri, hemçinin en qedim tariximiz maddi menbeler esasında şerh edir. 


Azerbaycanın ilk sakinlerinin düşergelerinde aparılan kompleks elmi tedqiqatlar neticesinde respublikamızın erazisinde neinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda en qedim insanların uzun müddet mesken salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir. 

__________________

Gönlüm kuşu kanat çalmaz sensiz bir an, Azerbaycan, 

Hoş günlerin gitmez müdam, hayalimden, Azerbaycan. 


Senden uzak düşsem de ben, aşkın ile yaşıyorum, 

Yaralanmış kalbim gibi, kalbi viran Azerbaycan.

 

 

 

 

 

 

  EN QEDİM ZAMANLARDAN İSLAM DİNİNİN QEBULUNA QEDERKİ DÖVRDE AZERBAYCAN DÖVLETÇİLİYİ :


XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissesinde yeniden müsteqilliye qovuşmuş Azerbaycan xalqı qedim ve zengin dövletçilik tarixine malikdir.


Şimaldan - Baş Qafqaz dağları, qerbden - Göyçe gölü hövzesi de daxil olmaqla Alagöz dağ silsilesi ve Şerqi Anadolu, şerqden - Xezer denizi, cenubdan ise Sultaniyye-Zencan-Hemedan hüdudları ilde ehate olunan tarixi Azerbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı en qedim medeniyyet merkezlerinden biridir. Hazırda Anadolu türklerinden sonra dünyanın ikinci böyük türk xalqı olan Azerbaycan xalqı bu erazide - tarixi Azerbaycan torpaqlarında zengin ve özünemexsus bir medeniyyet, o cümleden dövletçilik eneneleri yaratmışdır.


Xalqımızın ulu babalarının yaşadığı tarixi Azerbaycan torpaqları en qedim sivilizasiyanın ayaq açıb yerimeye başladığı Xezer-Aralıq denizi - İran körfezi regionuna daxil idi.



Azıx adamının alt çene

sümüyünün bir hissesi


Azerbaycan xalqının teşekkülünde iştirak etmiş qedim etnoslar bu regionda yaranmış qedim medeni mühitin, o cümleden Şumer-Babil medeniyyetinin formalaşmasında, hemçinin bütövlükde Yaxın ve Orta Şerqin herbi-siyasi heyatında, qedim dövletçilik tarixinde çox mühüm rol oynamışlar. Bunu ölkemizde ve xaricde aparılan elmi axtarışlar, xüsusen de arxeoloji qazıntılar çox aydın sübut edir.


Azerbaycan erazisi bu diyarın dünyanın en qedim insan meskenlerinden biri olduğunu sübut eden arxeoloji abidelerle son derece zengindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habele başqa abidelerde aşkar olunan arxeoloji tapıntılar, o cümleden 300-400 min il bundan evvel yaşamış Aşöl dövrüne aid qedim insanın - Azıx adamının (Azıxantrop) çene sümüyü Azerbaycanın ibtidai insanların formalaşdıqları eraziye daxil olduğunu sübut edir.



Bu nadir tapıntıya göre Azerbaycan erazisi "Avropanın en qedim sakinleri" xeritesine daxil edilmişdir.



Qayaüstü tesvir. (Gemiqaya)


Dünyanın en qedim insan meskenlerinden biri olan Azerbaycanın ehalisi hele qedim daş dövründen (paleolit) başlayaraq yüksek medeniyyet yaratmışdır. Orta daş dövrü (mezolit) ve yeni daş dövrlerinde (neolit) Azerbaycan ehalisi oturaq heyata keçmiş, ekinçilik, maldarlıq, müxtelif senet saheleri ile meşğul olmağa başlamışdır. Azerbaycan erazisindeki medeni-iqtisadi tereqqinin tesir dairesi getdikce genişlenmekde idi. E.e. IV minilliyin sonu - III minillikde teşekkül etmiş Kür-Araz medeniyyeti Cenubi Qafqazın diger regionlarına, Şerqi Anadoluya ve Şimali Qafqaza da yayılmışdı.


Arxeoloji qazıntılar zamanı tapılmış zengin maddi medeniyyet nümuneleri, xüsusile taxıl qalıqları, ekinçilikle bağlı emek aletleri ve meişet avadanlığı, müxtelif növ senetkarlıq mehsulları Azerbaycan xalqının dünyanın en qedim oturaq medeniyyet yaratmış xalqlarından biri olduğunu gösterir.


Azerbaycan xalqı, eyni zamanda dünyanın en qedim dövletçilik enenelerine malik olan xalqlarındandır. Azerbaycan xalqı teqriben 5 min illik dövletçilik tarixine malikdir. Azerbaycan erazisinde ilk dövlet qurumları ve ya etnik-siyasi birlikler hele eramızdan evvel IV minilliyin sonu - III minilliyin evvellerinden başlayaraq Urmiya hövzesinde yaranmışdı. Burada meydana gelmiş en qedim Azerbaycan dövletleri bütün regionun herbi-siyasi tarixinde mühüm rol oynayırdılar. Hemin dövrde Azerbaycanda Decle ve Ferat vadilerinde yerleşen ve dünya tarixinde derin iz qoymuş qedim Şumer, Akkard ve Aşşur (Assuriya) dövletleri, habele Kiçik Asiyadakı Het dövleti arasında sıx qarşılıqlı elaqeler vardı.


Feal xarici siyaset yeriden en qedim Azerbaycan dövletleri öz torpaqlarını xarici tecavüzlerden uğurla qoruyurdular. Qedim Azerbaycan tayfa birliyi olan Qutiler, hetta, özlerinin qüdretli qonşuları olan Akkard dövletini meğlub etmiş, öz dövletlerinin serhedlerini İran körfezine qeder genişlendirmiş, bu erazide yüz ile qeder bir müddet erzinde hökmranlıq etmişdiler. Onlar özlerinden asılı hala saldıqları Akkard ve Şumerin dövlet idareçiliyi qaydalarından faydanlandıqları kimi qedim Azerbaycanın mütereqqi idareçilik medeniyyetini de hemin ölkelere yaymışdılar.


Urmiya etrafından başlayaraq, zaman-zaman Decle ve Ferat vadileri de daxil olmaqla, İran körfezine qederki erazilerde ağalıq eden qedim Azerbaycan dövlet qurumları Lullubi ve Qutiler tekce Azerbaycanın deyil, ümumiyyetle qedim Şerq dövletçiliyinin tarixinde de derin iz qoymuşlar.


Qonşuluqdakı diger qedim Şerq dövletlerinden ferqli olaraq qutilerde hökmdarların seçilmesi qaydası vardı. Hakimiyyet irsi keçmirdi. Quti hökmdarları memleketi öz canişinleri vasitesile idare edirdiler. Canişinler idareçilik sahesinde geniş müsteqilliye malik idiler. Görünür, bütün bunlar qedim Azerbaycan dövletlerinin Decle ve Ferat vadileri de daxil olmaqla İran körfezine qederki geniş erazilerde uzun müddet hökmranlıq etmelerinde az rol oynamamışdı.


Zaman keçdikce Azerbaycanın dövletçilik medeniyyeti daha da yükselmiş, ölke erazilerinde daha tekmil ve daha geniş erazileri ehate eden yeni dövletler yaranmışdır.


Eramızdan evvel I minillikde - bizim eranın I minilliyinin evvellerinde Azerbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena ve Albaniya kimi qüvvetli dövletler mövcud olmuşdur. Bu dövletler Azerbaycanda dövlet idareçiliyi medeniyyetinin daha da yükseldilmesinde, ölkenin iqtisadi-medeni tarixinde, elece de vahid xalqın teşekkülü prosesinde mühüm rol oynamışlar.


Enenevi Azerbaycan dövletçiliyinin davamı olan ve eramızdan evvel I minilliyin evvellerinde meydana gelen Manna dövleti Azerbaycanın dövletçilik taixinde mühüm merhele oldu. Azerbaycanın en qedim dövletçilik mekanı olan Urmiya hövzesinde yaranmış bu dövlet tekce qedimliyine göre deyil, tekamül derecesine göre de dünyanın dövletçilik medeniyyeti tarixinde mühüm yer tutur.



Urmiya hövzesindeki bütün diger xırda yerli dövletleri de öz hakimiyyeti altında birleşdiren Manna şimalda - Araz çayına (bezen de ondan şimala doğru) ve şimal-şerqde - Xezer denizine qeder olan Azerbaycan torpaqlarını ehate edirdi.


Manna bütün regionda baş veren herbi-siyasi hadiselerde yaxından iştirak edir, Azerbaycan torpaqlarını ele keçirmeye çalışan qüvvetli qonşularına - Aşşur ve Urartu dövletlerine qarşı uğurla mübarize aparırdı. Aşşur ve Urartu tecavüzüne qarşı mübarizede o zaman Azerbaycanda meskunlaşmış iskitler (skifler) ve kimmerler de feal iştirak edirdiler.


Manna hökmdarları irsi ve qeyri-mehdud hakimiyyete malik idiler. Lakin buna baxmayaraq onlar ölkeni ağsaqqallar şurasının kömeyi ile idare edirdiler ki, bu da Azerbaycanın dövlet idareçiliyi sahesinde qedim meşveret medeniyyetine malik olduğunu sübut edir.


Yurdumuzun cenub bölgelerinde üç yüz ile yaxın bir müddet erzinde davam etmiş ve qüdretli qonşuların aramsız hücumlarına duruş getirmiş Manna Azerbaycanda en qedim zamanlardan başlayaraq güclü dövletçilik enenelerinin mövcud olduğunu sübut eden çox qiymetli tarixi faktdır.


Eramızdan evvel VIII esrin sonu - VII esrin evvellerinden başlayaraq Azerbaycanın herbi-siyasi tarixinde kimmerler ve iskitler, hemçinin iskitlerle eyni toplumdan olan saklar ve massagetler mühüm rol oynamağa başladılar. Avrasiyanın qedim sakinleri olan ve müxtelif tarixi dövrlerde Baş Qafqazın cenub aşırımlarından ve Derbend keçidinden cenuba axın eden bu tayfalar Böyük Qafqazın cenub eteklerinde - Şimali Azerbaycan torpaqlarında möhkemlendikden sonra buradan cenuba doğru - Manna erazisine ve Anadolunun şerqine de yayılmışdılar.

__________________

Gönlüm kuşu kanat çalmaz sensiz bir an, Azerbaycan,

Hoş günlerin gitmez müdam, hayalimden, Azerbaycan.


Senden uzak düşsem de ben, aşkın ile yaşıyorum,

Yaralanmış kalbim gibi, kalbi viran Azerbaycan.

Kimmer-İskit-Sak toplumunun terkibinde diger köklerden olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. "Tarixin atası" Herodotun (e.e.V esr) öz şexsi müşahidelerine esaslanan melumatları da bunu sübut edir. Herodotun yazdığına göre, iskitler at südü ile qidalanırdılar; iskitlerle qohum olan massagetler de onlar kimi geyinir ve onlarınkına benzer heyat sürürdüler. Onlar yegane bir Allah'a - Güneş Allah'ına sitayiş edir, göyde süretle hereket eden Güneş allahına Yerde en süretli canlıdan - atdan qurban verirdiler.


İskitler Mannadan şimaldakı Azerbaycan torpaqlarında qüdretli İskit şahlığı yaratmış, ölke erazisinde vahid xalqın teşekkül prosesinde iştirak etmişdiler. İskit-Massaget hökmdarları da Azerbaycan torpaqlarını yadelli tecavüzlerinde uğurla müdafie etmişdiler.


Massaget şahlığı o dövrün en qüdretli imperiyalarından biri olan İran - ehemeni imperiyasını ağır meğlubiyyete uğratmışdı. Yaxın ve Orta Şerqde geniş işğallar heyata keçirmiş ehemeni hökmdarı II Kir Azerbaycanın cenub torpaqlarını zebt etdikden sonra ölkemizin şimalını da ele keçirmeye cehd göstermiş ve bu meqsedle Massaget hökmdarının dul qadını Tomirise izdivac teklif etmişdi. Lakin II Kirin hiylesini başa düşen, Veten torpağının şerefini ve ölkenin müsteqilliyini uca tutan Tomiris İran hökmdarının teifini red etmiş, Güneş Allahına and içerek döyüşe atılmış, özünden qat-qat güclü olan yadelli qoşunlarını e.e. 530-cu ilde darmadağın etmişdi. "Meğluğedilmez" Kirin özü de bu döyüşde öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdretli dövletleri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Merkezi Asiyadan Misir hüdudlarına qeder çox geniş erazileri ele keçirmiş ve bütün bu işğallare göre "Böyük Kir" leqebi qazanmış II Kir üzerinde bu qelebe Azerbaycan dövletçiliyi tarixinin en şanlı sehifelerinden biridir.



İskit şahlığı dövründe Azerbaycan medeniyyeti ile Avrasiyanın çox geniş erazilerinde yayılmış iskit medeniyyeti arasında qarşılıqlı elaqe üçün de elverişli şerait yarandı. Qedim Azerbaycan medeniyyeti daha da inkişaf etdi ve zenginleşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi medeniyyet nümuneleri, habele Azerbaycan erazilerinde İskit-Sak-Massaget dövründen qalmış çoxlu yer adları buna parlaq sübutdur.


Yaxın ve Orta Şerqde çox mürekkeb herbi-siyasi hadiselerin cereyan etmesine,şu dövletlerin tebii servetlerle çox zengin olan ve herbi-strateji baxımdan olduqca böyük ehemiyyet kesb eden Azerbaycan torpaqlarını ele keçirmek siyasetine baxmayaraq dövletçilik enenelerimiz davam etmekde ve zenginleşmekde idi. Odur ki, ne ehemeni-İran imperiyasının uzunsüoen işğal rejimi, ne de Makedoniyalı İskenderin yürüşleri Azerbaycanın qedim dövlet idareçiliyi medeniyyeti mehv ede bilmedi.


Makedoniyalı İskenderin ölümünden derhal sonra Azerbaycan dövletçiliyi yeniden dirçeldi. Ölkemizin cenub torpaqlarında Atropatena, şimalında ise Albaniya dövletleri meydana geldi. Azerbaycanın bütün tarixi torpaqları bu iki yerli dövletin terkibinde cemleşdi.


Atropatena dövleti ölkenin cenub vilayetini ehate edirdi. Burada müsteqil Azerbaycan dövletçiliyinin dirçelişi eslinde hele İskenderin yürüşünden xeyli evvel baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının diger erazileri ile birlikde ayrıca satraplığa çevrilmiş Azerbaycanın cenub torpaqlarını ehemeni satrapı Atropat hele ehemenilerin hakimiyyeti dövründe müsteqil suretde idare edirdi. Azerbaycanın bu hissesi o zaman Midiya-Atropatena, Kiçik Midiya ve Atropatın adı ile Atropat Midiyası, bezen de Atropatiya ve ya Atropatena adlanırdı.


Uzaqgören siyasetçi ve meşhur serkerde olan Atropat III Daranın İskendere qarşı çıxardığı ehemeni qoşunlarının ön destelerine - esas zerbe qüvvesine başçılıq edidi. Bu qüvveler esasen Azerbaycanın şimal ve cenub torpaqlarından toplanmış herbi destelerden ibaret idi. III Daraya qalib geldikden sonra Atropatın serkerdelik istedadına ve herbi-siyasi nüfuzuna beled olan İskender onunla toqquşmaq fikrinden daşındı ve Azerbaycan hakimi ile yaxınlaşmağı daha üstün tutdu. Belelikle, Makedoniyalı İskenderin işğalları Azerbaycan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ile bu yaxınlaşmanı daha da derinleşdirerek onun en yaxın adamlarından biri ile qohumluq elaqesi yaratdı ve nehayet, bütün Şerqde ilk defe olaraq, öz yurdunu - Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk müsteqil dövlete çevirdi.


Müsteqil dövletçilik enenelerinin dirçelişi Azerbaycanın cenub rayonlarında iqtisadi ve medeni heyatın bütün sahelerinde böyük yükselişe sebeb oldu. Qüdretli Atropatena dövleti bütün regionun beynelxalq münasibetlerinde mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara deniz ve Aralıq denizi hövzeleri ile geniş ticaret elaqeleri saxlayırdı. Daxili ticaretde dövletin öz pulları mühüm rol oynayırdı.


Şerq ve yunan dövlet sistemleri arasındakı qarşılıqlı elaqe ve tesir Atropatenada idareçilik medeniyyetinin de yükselişine müsbet tesir gösterirdi. Ölkede yunan dilinden geniş istifade olunması, başqa sahelerle yanaşı, hüquq normlarının da tekmilleşmesine sebeb olurdu. Dövlet idareçiliyi qaydaları daha da tekmilleşirdi.



Azerbaycanın, hemçinin Qedim Şerqin ve Yunanıstanın dövlet idareçiliyi enenelerinden behrelenen Atropatena hökmdarları öz hakimiyyetlerini daha da qüvvetlendire bildiler. Neticede Atropatena Parfiya ve Selevki dövletlerine qarşı mübarizede öz müsteqilliyini qoruyub saxlaya bildi, ölkenin erazisine soxulmuş Roma qoşunlarını parfiyalılarla birleşerek darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda en güclü şerbi qüvvelerden biri hesab olunurdu. Roma tecavüzkarları ile döyüşe Atropatena 40 min piyada ve 10 min suvari çıxarmışdı.


Yaxın ve Orta Şerqde çox mühüm herbi-siyasi qüvve olan Atropatena dövleti ile Roma imperiyası arasında geniş elaqeler yaranmışdı. Roma imperiyası özünün şerq siyasetinde Atropatenaya xüsusi ehemiyyet verirdi. Atropatena elçileri Romaya gedib imperator Oktavian Avqustla (e.e. 27 - eramızın 14-cü illerri) diplomatik danışıqlar aparmışdılar. Roma imperatoru Kiçik Asiyadakı qonşu ermeni çarlığının idare olunmasını da Atropatena hökmadarlarına tapşırmışdı. Atropatenanın herbi-siyasi qüdretinden ehtiyat eden ermeni çarları bu dövletle münasibetleri pozmağa çalışırdılar. Bu meqsedle de hele emeni çarı Tiqran öz qızını Atropatena hökmdarı Mitridata vermişdi. Sonralar ermeni çarlığı Atropatenadan asılı hala düşmüş ve Atropatena hökmdarları terefinden idare olunmuşdu.


Ölkenin şimalında meydana gelen Albaniya dövletinin serhedleri Dağıstanın cenubu (Derbend ve etrafları ile birlikde) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cenubda - Araz çayına qeder, qerbde ise Göyçe gölü hövzesi, Qabırrı (İori) ve Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şerqe doğru - Xezer denizinedek uzanıb geden Azerbaycan torpaqlarını ehate edirdi. Bu qüdretli Azerbaycan dövletinin paytaxtı evveller Qebele, sonra ise Berde (V esrden sonra) şeherleri idi.


Albaniya dövründe Azerbaycanın şimal torpaqlarında maddi ve menevi medeniyyet daha da inkişaf etmişdi. Bu dövrde elmi edebiyyatda alban elifbası adlanan Azerbaycan elifbası yaradılmış, mektebler açılmışdı. Ölkede mühüm ticaret ve senetkarlıq merkezi olan 30-dan çox şeher vardı.


Şimalla Cenubun, Şerqle Qerbin qovşağında yerleşen ve müxtelif etnosların, dinlerin, medeniyyetlerin qarşılaşıb temasa girdiyi Albaniyada özünemexsus ve zengin medeniyyet formalaşmaqda idi.


Ölkede yaşayan ve sayları getdiyce atmaqda olan türk etnosları dövletin heyatında mühüm rol oynamışdır. Aya, Göye, Güneşe, tek Allaha - Tanrıya sitayişle yanaşı xristianlıq da yayılmaqda idi. Müsteqil Alban kilsesi dini cehetden birbaşa Romaya tabe idi.


Albaniya dövründe Azerbaycanın dövlet idareçiliyi medeniyyeti daha da yükselmişdi. Alban hökmdarları ölkenin dünyevi ve dini başçısı idiler. Onlar, eyni zamanda, qanunlar verir, ölkenin herbi qüvvelerine başçılıq edirdiler. Dövletin herbi qüvveleri 80 min neferi (60 min piyada, 22 min süvari) aşmışdı.




Albaniya hökm adarlarının sarayında meşveret şurası fealiyyet gösterirdi. Meşveret şurasına ve ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özleri rehberlik edirdiler. Atropatena kimi Albaniya dövletinin de öz pulları vardı. Öz dövrü üçün möhkem ve tekmil dövlet idareçiliyi sistemine malik olan Albaniya dövleti ölkenin müsteqilliyi üçün tehlüke töreden Parfiyaya ve Roma imperiyasına qarşı uğurla mübarize aparmışdı. Ölkeye müdaxile eden Roma imperiyasının qoşunları Alban cengaverleri terefinden defelerle ağır meğlubiyyete uğradılmışdı. Roma imperiyası Albaniyanın herbi-siyasi qüdreti ile hesablaşmağa mecbur olmuş, iki ölke arasında qarşılıqlı elaqeler yaranmışdı. Atropatena kimi Albaniya elçileri de Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.


Ölke başqa dövletlerle de geniş ticaret elaqelerine ve siyasi münasibetlere malik idi.


Albaniya hökmdarı, görkemli dövlet xadimi Cavanşir ölkeni ele keçirmeye çalışan Bizans, Sasani, Xilafet ve Xezer imperiyaları kimi qüdretli qonşulara qarşı müdrik, uzaqgören ve çevik xarici siyaset yeritmiş, özünün serkerdelik mehareti ve döyüş şücaeti ile Vetenin müsteqilliyini qoruyub saxlaya bilmişdi.

__________________

Gönlüm kuşu kanat çalmaz sensiz bir an, Azerbaycan,

Hoş günlerin gitmez müdam, hayalimden, Azerbaycan.


Senden uzak düşsem de ben, aşkın ile yaşıyorum,

Yaralanmış kalbim gibi, kalbi viran Azerbaycan.

 

 

 

 

 

 

 

 

                                                                   Babek


Yaxın ve Orta Şerqde mühüm herbi-siyasi ve medeni tesir gücüne, region ölkeleri ile sıx qarşılıqlı münasibetlere malik olan Albaniya Aralıq denizi hövzesi ölkeleri ile, o cümleden Roma imperiyası ile de geniş elaqeler saxlayırdı. İlk menbeler, o cümleden arxeoloji qazıntılar zamanı aşkar olunmuş zengin maddi medeniyyet nümuneleri Albaniya dövründe Azerbaycanın şimal torpaqlarının xarici ölkelerle geniş elaqeler saxladığını sübut edir. Yaxın ve Orta Şerq ölkelerini Xezer xaqanlığı ve Şerqi Avropa ile birleşdiren beynelxalq yollarının Albaniyadan keçmesi ölkenin xarici ticaret elaqelerine müsbet tesir gösterirdi.


Eramızın evvellerinde ölkemiz öz tarixinin en ağır sınaq dövrlerinden biri ile qarşılaşdı: III esrde Azerbaycanı Sasani-İran imperiyası, VII esrde ise ereb xilafeti işğal etdi. İşğalçılar ölkeye İranın ve erebistanın içerilerinden çoxlu İran ve ereb menşeli ehali köçürüb getirdiler.



Gelme ehali mühüm herbi-strateji ehemiyyete malik olan menteqelerde ve en mehsuldar torpaqlarda yerleşdirildi. Onlara geniş imtiyazlar verildi. Yadelliler Azerbaycanın yerli ehalisini eridib yox etmek siyaseti yeritmeye başladılar. Lakin, teqriben 600 il davam etmiş İran ve ereb zülmü Azerbaycanın qedim dövletçilik enenelerini mehv ede bilmedi. Dözülmez işğal rejimi ve teqibler şeraitinde Azerbaycan xalqının teşekkülü prosesi davam etdi.


İşğalçıların yerli ehalini assimilyasiyaya uğratmaq siyasetine baxmayaraq, uzun tarixi dövr erzinde Azerbaycanın bütöv halda hemin imperiyanın terkibinde olması neticesinde, ölkenin bütün bölgeleri arasında daxili elaqeler, ilk növbede ticaret elaqeleri genişlendi. Azerbaycanın şimal ve cenub, şerq ve qerb bölgeleri arasında etnik-siyasi ve medeni birliyin yaranması yolunda mühüm irelileyiş baş verdi. İran ve ereb işğalçılarına qarşı uzun süren birge qaynayıb-qarışmasına müsbet tesir gösterdi. Vahid xalqın yaranması prosesi süretlendi.


Eramızın ilk yüzilliklerinde ölke ehalisinin ekseriyyetini teşkil eden ve herbi-siyasi cehetden daha müteşekkil ve daha qüvvetli olan türk etnosları vahid xalqın teşekülü prosesinde mühüm rol oynayırdılar. Türk etnosları içerisinde Oğuz Türkleri üstünlük teşkil edirdiler.



İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk mekanının terkib hissesi olan Cenubi Qafqaza, o cümleden Azerbaycan erazisine qedim türklerin "Demir qapı" adlandırdıqları Derbend keçidi vasitesile, habele Böyük Qafqazın başqa dağ aşırımlarından (Azerbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli ehali indi de Hun beli adlandırır - Y.M.) keçerek yayılmışdılar.Oğuz müqeddes Dede Qorqudun qebrinin Derbendde olması barede ilk menbelerin melumatı, Derbendin qala qapılarından birinin Dede Qorqudun mensub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ile "Bayat qapısı" adlanması bunu sübut edir.


Avrasiyanın geniş erazilerinde meskunlaşmış qedim türkler, o cümleden oğuzlar ümumtürk mekanının şimalı ile cenuunu, yeni Qıpçaq düzü ile Cenubi Qafqazı elaqelendiren bu mühüm keçidi - "Demir qapı"nı daim ellerinde saxlamağa çalışırdılar.


Başqa ilk menbelerle yanaşı, Oğuz türklerinden olan ağqoyunluların en qüdretli hökmdarı Uzun Hesenin (1454-1478) hökmü ile ebu Bekr el-Tehrani el-İsfahaninin yazdığı "Kitabi-Diyarbekriyye" adlanan oğuznamede verilen faktlar da oğuz türklerinin, o cümleden xalqımızın soykökünde duran ağqoyunlu ve qaraqoyunluların Azerbaycanın, hemçinin bütövlükde Cenubi Qafqazın ve Ön Asiyanın en qedim sakinlerinden biri olduğunu sübut edir. Gösterilen müellif Uzun Hesenin böyük babası - Ağqoyunlu dövletinin banisi Qara Yuluk Osman beyin nesil şeceresini bir-bir araşdıraraq, nehayet, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövletinin terkibine daxil olan erazileri sadalayır ve bütün Oğuz Türklerinin kökünde duran bu böyük hökmdarın, yeni Oğuz xaqanın Göyçe denizi etrafında vefat etdiyini gösterir. Azerbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövletin terkibine daxil olması ve böyük xaqanın özünün de burada - Göyçe denizi etrafında vefat etmesi faktı bu diyarın en qedim oğuz-türk meskenlerinden biri olduğunu sübut edir.


                                                                                  Dede Qorqud

 

"Kitabi-Diyabekriyye"nin müellifi Oğuzun nevesi Xanlar xanıBayandır xaqanında "Qarabağ qışlağı ve Göyçe denizi yaylaqlarında ömür sürdüyünü", burada "böyük bir qurultay çağırıb, memeleketi oğlanları arasında qabiliyyetlerine göre bölüşdürdükden sonra Allah'ın devetini qebul etdiyini" yazır. ebu Bekr el-Tehrani el-İsfahani tesdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman beyin 20-ci babası Sunqur bey Mehemmed peyğemberin müasiri idi. O, Alagöz ve Göyçe denizi yaylaqları terefdeki serhedlerde "kafirlerle müharibe etmiş" ve döyüşlerden birinde helak olmuşdu. Qara Yuluk Osman beyin 14-cü babası Şektur xan ise elince qalası uğrunda döyüşlerde qehremanlıq göstermiş, onu "kafirlerin" elinden geri almışdı. Xelife Harun er-Reşidin müasiri olan Qıpçaq xan da elince qalası uğrunda "kafirler"le müharibeler aparmış, onları meğlubiyyete uğradaraq qalanı azad etmişdi.


"Kitabi-Dede Qorqud" boyları ile sesleşen, Mehemmed peyğemberin dövründe ve Xilafet işğalları zamanı cereyan etmiş hadiselerle üst-üste düşen bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azerbaycanın öz güclü dövletçilik ve müsteqillik enenelerini qoruyub çaxladığını da sübut edir.


Türk tayfaları, başqa xalqlar ve etnik qruplardan ferqli olaraq, Azerbaycanın bütün erazisine - hem şimalına, hem de cenubuna yayılmışdılar ve çoxluq teşkil edirdiler. Buna göre de, eramızın ilk yüzilliklerinden başlayaraq, türk dili Azerbaycan erazisinde yaşayan ve sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyet vasitesine çevrilmekde idi. Türk dili, hem de şimalla cenub arasında birleşdirici, elaqelendirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın teşekkülü prosesinde çox mühüm rolu vardı. Çünki behs olunan dövrde bütün Azerbaycan erazisini ehate eden vahid dini görüş - tekallahlı din yox idi. Qedim türklerin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hele başqa dini görüşleri sıxışdırıb tamamile aradan qaldıra bilmemişdi. Zerdüştlük, ateşperestlik, Güneşe, Aya, Göye, ulduzlara, torpağa, suya ve s. sitayiş davam etmekde idi. Ölkenin şimalında - Albaniya erazisinin bezi yerlerinde, esasen dağlıq qerb bölgelerinde, xristianlıq yayılmaqda idi. Lakin müsteqil Alban kilsesi qonşu ermeni ve gürcü kilselerinin keskin reqabeti şeraitinde fealiyyet gösterirdi.


Bu mürekkeb tarixi şeraitde güclü ve aparıcı herbi-siyasi qüvveye çevrilen çoxsaylı türk etnosları Azerbaycan dövletçiliyinin esas daşıyıcıları idiler. Hele vahid tekallahlı Dinin olmadığı bir dövrde mehz türk etnosları ve türk dili, şimallı-cenblu, bütün ölke erazisinde birleşdirici rol oynayırdı. Türk etnosları Azerbaycan dövletçiliyinin ve ölkenin müsteqillik enenelerinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

__________________

Gönlüm kuşu kanat çalmaz sensiz bir an, Azerbaycan,

Hoş günlerin gitmez müdam, hayalimden, Azerbaycan.


Senden uzak düşsem de ben, aşkın ile yaşıyorum,

Yaralanmış kalbim gibi, kalbi viran Azerbaycan.

 

 

 


Zəhmət olmasa sistemə daxil olun və ya qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Oxunub: 6210 Müəllif: Elnur 19 oktyabr 2009 Çap et Şərhlər (8)

#1 Müəllif: ayka (10 iyun 2010 03:04)
melumati axira qeder oxuya bilmedim yuxum gelir getmeliyem. amma bir nece maraqli bilmediyim seyler oyrendim sag olun
Qeydiyyat: -- [sitat]

#2 Müəllif: Elnur (11 iyun 2010 14:51)
ayka xanim ne qeder olmasada size twk edirik ki meqaleni azda olsa oxumusunuz eger nese maraqli meqaleniz olasa mene zeng edin sizin meqalelerinizi oz saytimizda verek 070-362-62-75......IMZA^ELNUR


--------------------
Qeydiyyat: 8.09.2009 [sitat]

#3 Müəllif: sevane (2 oktyabr 2011 15:34)
mene KITABI-DEDE QORQUD dastaninda iqtisadi fikirlerle bagli bir meqale lazimdir xais etsem komek ede bilersiz?
Qeydiyyat: -- [sitat]

#4 Müəllif: sexavet (21 fevral 2012 02:13)
ox maraql yazd. amma bir ey mene qaranlq qald. qedim ermeni ar olmas. bele bir arlq olubsa hans erazide meskunlab? bir de ki, qedim turuqqi elifbasndan behs etseydiniz ela olard.
Qeydiyyat: -- [sitat]

Şərh əlavə et

Giriş
İstifadəçi adı
Şifrə

Sorğu
Hansı Liseydə oxuyursan ?

winkAğstafa
sad Sumqayıt
angry Bakı
am Gəncə
feel Quba
smile Ağdaş
fellow Digər


Son şərhlər
el113a (18 iyun 2014 12:15)
» YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

el113a (18 iyun 2014 09:32)
» Fransada təhsilinizi davam etdirmək üçün nə etmək lazımdır?

Asfagovc (17 iyun 2014 18:12)
» YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

Arfagovc (17 iyun 2014 15:01)
» Fransada təhsilinizi davam etdirmək üçün nə etmək lazımdır?

ErnestGon (17 iyun 2014 11:10)
» YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

Egbertdup (11 iyun 2014 09:58)
» Fransada təhsilinizi davam etdirmək üçün nə etmək lazımdır?

Curitisdup (9 iyun 2014 09:04)
» YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

el800hy (31 may 2014 20:57)
» YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

el800hy (31 may 2014 16:56)
» Fransada təhsilinizi davam etdirmək üçün nə etmək lazımdır?

Bancrofdup (31 may 2014 10:08)
» YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ


Keçidlər
» Liseyin Chat-i

Axtarış




       
 

     SAYT TEMIRDEDIR .