ADMIN-NAZIM MAHMUDOGLU
 BIZIMLE ELAQE:(055)368-66-77

MATERIALLARDAN ISTIFADE EDERKEN MELUMAT-MERKEZI.SAYT.WS SAYITINA ISTINAD ETMEK ZERURIDIR
 

Bölmələr
» ADMINI ELEKTRON UNVANI
» SIZE VEKIL LAZIMDI?
» ZIYARETE GETMEK ISTIYIRSEN?
» LAHIYE HAQQINDA
» HAQQIMIZDA
» XALQ TEBABETI
» DOST SAYTLAR
» REKLAMLAR
» HAMILELIK VE CINSI MUNASIBETLER
» BAKCELL
» XASIYYETNAME
» KLIPLER
» DOVLET QRUMLARININ UNVANI,TELEFON NOMRESI,ELEKTRON ADRESLERI
» CV
» FACEBOOK(XALQ MUSIQISI)
» XALQ ULDUZU YARIWMASININ ISHTIRAKCISI NICAT MENSIMOVA DESTEK
» BUNLARI BILIRSINIZMI?
» MUSAHIBELER
» FACEBOOK SEHIFEMIZ
» XARICI OLKEDE OLARKEN BUNLARI UNUTMAYIN
» SENE QARSI KOBUDLUQ EDIRLER?

Təqvim
«    Oktyabr 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 


Çox oxunan



Çox oxunan

Arxiv
İyun 2012 (2)
May 2012 (1)
Aprel 2012 (8)
Mart 2012 (5)
Fevral 2012 (2)
Yanvar 2012 (36)

           

Məqalələrin sıralanması: tarix | populyar | çox oxunan | şərh sayı | əlifba sırası

UWAQ QAYNAR XETTI
Bölmə: SENE QARSI KOBUDLUQ EDIRLER?

UWAQ QAYNAR XETTI

 

 050 -680-22-80

 

051 -880-11-80

Oxunub: 176 Müəllif: ADMIN 29 iyun 2012 Şərhlər (0) Davamı...

SONY VEQAS
Bölmə: ---

Oxunub: 160 Müəllif: ADMIN 18 iyun 2012 Şərhlər (0) Davamı...

XARICI OLKEDE OLARKEN NECE HEREKET ETMELI
Bölmə: XARICI OLKEDE OLARKEN BUNLARI UNUTMAYIN

1.PASPORTUNUZU BASHQA SEXSE VERMEYIN.BU SIZE INSAN ALVERINE QARSI MUBARIZE UCUN

 

YARDIMCI OLAR.LAZIM GELDIKDESENEDLERINIZIN YALNIZ SURETINI TELEB OLUNAN YERE TEQDIM

 

EDIN.

 

2.XARICI OLKEDE SENEDLERINIZ ITERSE , DERHAL HEMIN OLKENIN POLISINE, AZERBAYCAN

 

RESPUBLIKASININ HEMIN OKLEDEKI SEFIRLIYINE VE  YA KONSULLUGUNA MURACIET EDIN.

 

3.MUTAMADI OLARAQ QOHUMLARINIZLA VE AILENIZLE ELAQE SAXLAYIN.HEYATINIZDAKI

 

HER HANSI DEYISIKLIKLER BAREDE ONLARA MELUMAT VERIN.

 

4.SIZE KOMEK LAZIM OLDUQDA  DERHAL  AZERBAYCAN RESPUBLIKASI DAXILI ISLER NAZIRLIYI

 

TEREFINDEN INSAN ALVERININ QARSISININ ALINMASI  VE QURBANLARA KOMEK  MEQSEDI ILI

 

YARADILMIS . HEFTENIN BUTUN GUNLERI  24 SAAT ERZINDE ODENIWSIZ PSIXOLOJI VE HUQUQI

 

 

 

 

 

XIDMET GOSTEREN ,DUNYANIN HER BIR OLKESINDEN  ZENGLERI QEBUL EDEN  152  ,, QAYNAR

 

XETT,,XIDMETINE ZENG EDIN.BU XIDMET  INSAN ALVERININ  VE ONUNLA BAGLI  TEHDIDLERIN

 

QARSISINI ALMAQ,INSAN ALVERINDEN ZERER CEKMIS  SEXSLERE KOMEKLIK GOSTERMEK ,

 

XARICI OLKELERDE ISE DUZELMEK ,TEHSIL ALMAQ, ISTIRAHET ETMEK, ECNEBI

 

VETENDEASLARA ERE GETMEK UCUN MURACIET EDENLARE LAZIMI MESLEHET VERMEK UCUN

 

, BU TEDBIRLER VE QAYNAR XETT SIZE XARICI OKLEDE OLARKEN TEHLUKESIZ YASAMA UCUN

 

QARANT OLA BILER.

 

 

                                        BASQA OLKELERDE KOMEK UCUN KIME MURACIET ETMELI?

 

AZERBAYCAN RESPUBLIKASININ XARICI OLKELERDEKI SEFIRLIK VE

 

 

NUMAYENDELIKLERI ASAGDAKI UNVANLARDA YERLEWIR. 

 

 

 

BI RLEWMIS EREB EMIRLIYINDE SEFIRLIK(UNVAN:ABU-DABI,AL- BATEEN AREA VILLA SEKTOR W 16,PLOT N297) telefonlar +(9712)644-37-73 ve  +(9712)666-31-50

 

TURKIYE RESPUBLIKASI (ANKARA, DIPLOMATIK SITE(SEFIRLIK) BAKU SOKAK, 1, ORAN. ELAQE  TELEFONLARI +(90312)491-16-81

 

 

RUSIYA FEDERASIYASI(SEFIRLIK), MOSKVA LEONTIEVSKIY PEREULOK 16,ELAQEVTELEFONU  +(735)229-16-49

 

 

IRAN ISLAM RESPUBLIKASI (SEFIRLIK), TEHRAN,VATANPOOR STR,30, ELAQE TELEFONU  +(9821)221-25-24

 

 

Oxunub: 342 Müəllif: ADMIN 26 may 2012 Şərhlər (2) Davamı...

BERMUD UCBUCAGI
Bölmə: BUNLARI BILIRSINIZMI?

alt
Bermud üçbucağı 

Planetimizdə möcüzəli yerlər çoxdur. Bunlardan biri də Atlantik okeanının qərbində Bermud adaları yaxınlığında Bermud üçbucağıdır. Buna "Atlantik qəbiristanlığı", "ölüm və ya şeytan üçbucağı" da deyilir. Çünki bu ərazidən keçən gəmilər və ya təyyarələr tələf olurlar. İlk qurban Xristofor Kolumbun donanması olmuşdur.

Ən məşhur hadisə isə ingilis "Meri Selist" gəmisinin yoxa çıxmasıdır. Lakin sonra (1872-ci il) "Deya Qrasiya" ingilis gəmisi təsadüfən "Meri Selist" gəmisinə rast gəlir. Gəmidə həyat əlaməti yox idi, lakin bütün əşyalar (sənədlər, çarpayılar, stol, ərzaq və sair) səliqə ilə yerində dururdu.

Sonralar bir çox gəmilər, ekspedisiyalar da buranın qurbanı olmuşdur. 1945-ci ildə patrul uçuşa gedən bombardmançı təyyarələr, gəmiyə gələn təyyarələr, 1974-cü ildə Norveç gəmisi, 1970-ci ildə "AH-22" təyyarəsi və s. heç bir iz qoymadan Bermud üçbucağında yoxa çıxmışdır.

Son 30 ildə 100-ə yaxın təyyarə və gəmi itmişdir. Bəzən təyyarə və ya gəminin birdən yoxa çıxması, sonra yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması hadisələri də olmuşdur. 1965-ci ildə "Çayta" gəmisi təyin olunmuş yerə (Tokelauya) yox, Fici adasına gedib çıxmışdı. Gəmidə kapitan Millerdən başqa hamı yoxa çıxmışdı. Bu hadisə də naməlum qaldı. Hələlik bu uğursuz üçbucağın sirri açılmayıb. Bermud üçbucağına oxşar sahə Yaponiya sahillərində də vardır.

Alimlər hesab edirlər ki, bu qeyri-münasib təbii şərait (geomaqnit , anomaliya, temperatur, təzyiqlik və s.) qeyri-adidir. Bu holfstrim axını və son dərəcə şıltaq hava ilə izah olunur. Sözsüz ki, səbəb tamam başqa şey də ola bilər.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!
Oxunub: 293 Müəllif: ADMIN 22 aprel 2012 Şərhlər (3) Davamı...

QADIN QORUYUCULARI
Bölmə: HAMILELIK VE CINSI MUNASIBETLER



Onu səkkiz saat əvvəldən taxmaq olar.Kişilərin istifadə etdiyi kondomdan (prezervativ) başqa Amerika və Avropada bir neçə ildən bəri istehlak olunan qadın prezervativi də var imiş. Bu məhsul artıq yavaş-yavaş Türkiyədə də yayılmağa başlayıb.

Kişi prezervativi 100 illərdən bəri bilinən və "lateks" adlanan maddənin, "nonoksinol-9" adlı spermisit "sperma öldürən" maddənin də əlavə edilməsiylə öz təkamülünü tamamlayıb. Lakin həqiqət budur ki, kişilərin böyük qismi prezervativdən istifadə etməyi sevmir. Ya taxmaq çətin gəlir, ya da əlaqənin "səviyyəsini endirdiyini" iddia edirlər. Bu kimi vəziyyətlərdə cinsi yolla yoluxulan xəstəliklərdən və hamiləlikdən qorunma fürsəti qadının əlindən alınmış olur.

Qadın prezervativi 17 sm. uzunluğunda, yumşaq və incə poliüretan təbəqəsindən hazırlanmış, vaginanın içini bütövlükdə örtən, bir tərəfi bağlı silindir bir örtükdü. Poliüretan xüsusiyyəti səbəbiylə vaginanın içinə yerləşdirildiyində qısa zamanda vagina divarlarına sıx bir şəkildə yapışır və bədən temperaturu ilə uyğunlaşır. Örtüyün açıq olan ucunun ətrafını əhatə edən və bir tərəfi də qapalı olan ucun içində sərbəst bükülə bilən iki halqası var. Qapalı olan qismdəki halqa serviksi (rəhm ağzını) əhatə edir, açıq ucdakı halqa qadını xarici genital sistemində qalır.

Beləcə, xarici genital qismin ən ucunda bütün vaginanın iç səthini əhatə edən, yuxarı doğru uzanan prezervativ, serviksi də tamamilə örtərək, cinsi yolla yoluxulan xəstəliklərdən və spermadan maksimum qorumanı təmin edir. Xüsusilə xarici genital qismin də "örtülmüş" olması HPV-yə (genital ziyil xəstəliyi yaradan virus) qarşı qorunmada qadın üçün vacib avantaj kimi görülür.

Bütün qadın prezervativləri birdəfəlik istifadə üçün nəzərdə tutulub, standart ölçüdə istehsal edilir və sürüşən maddə olaraq silikondan istifadə edilir.

Qadın bu prezervativi əlaqədən saatlar əvvəl (istehsal edən firmaya görə 8 saat əvvəldən) taxa bilər.
Poliüretan quruluş olaraq kişi prezervativinin əsas maddəsi olan lateksdən demək olar ki, iki qat daha qalın və laboratoriya təcrübələrində viruslara qarşı qorumada daha zəif maddədir.
İstifadə təhlükəsizliyinə nəzər salsaq, nəticələr hamilə qalma ehtimalının xüsusilə ilk istifadədə kişi prezervativindəkindən daha yüksək olduğunu göstərir. Lakin istifadə təcrübəsi artdıqca bu prezervativ növünün də demək olar ki, kişi prezervativi qədər qoruyucu olması lazımdır.

Üstünlükləri

Ən vacib üstünlüyü cinsi yolla yoluxulan xəstəliklərdən qorunma inisiyativinin qadın kontrolunda olmasıdır.
Kişidə olan AİDS virusunun cinsi əlaqəylə qadını yoluxdurma ehtimalının qadının kişini yoluxdura bilmək ehtimalından 15 dəfə daha yüksəkliyini və qadınlarda AİDS-in artdığını da nəzərə alsaq, bunun nə qədər vacib üstünlük olduğunu daha yaxşı anlayarıq.

Poliüretandan hazırlanmış olması, kişi prezervativlərində olan lateks maddəsində allergiyasə olan qadınlar (və kişilər) üçün vacib avantaj hesab olunur.

İstehsal edən firma qadının bu prezervativi aybaşı günlərində istifadə edə biləcəyini iddia edir.
Bundan əlavə yenə istehsal edən firmanın broşurasında olan məlumata görə qadın prezervativi "əlaqə keyfiyyətinə" çox az təsir edir.

Firma bu przervativi qadının saatlar əvvəldən taxa bilməsinin böyük bir üstünlük olduğunu vurğulayır. Bu sayədə kişi prezervativində olduğu kimi prezervativi taxmaq üçün əlaqəni bölməyə ehtiyac qalmır. Bunun xüsusilə yaşlı kişilər üçün vacib avantaj olduğunu deyirlər. Çünki yaş artdıqca ereksiya müddəti artır və ereksiya baş verəndən sonra yaşlı kişilərin "diqqətini başqa bir nöqtəyə fokuslaması" bu prosesə mənfi təsir edir.

Kişi prezervativlərinə görə dezavantajları
Ən böyük dezavantajı qadının prezervativi taxmaqda çətinlik çəkməsidir. Bu prezervativdən istifadə etmək üçün qadının öz anatomiyasını yaxşı bilməsi lazımdı. Doğru yerləşdirmə üçün də təcrübə lazımdır. Digər bir dezavantajı da qiymətinin kişi prezervativinə nisbətən daha bahalı olmasıdı.

Bu dezavantajlar səbəbiylə qadın prezervativi kişi prezervativi kimi geniş kütlələrə yayıla bilən qoruyucu vasitə hesab olunmur.

Hazırladı: Sahilə...   MELUMAT AZADQADIN.AZ SAYITINA ISTINADEN VERILMISHDIR
Oxunub: 459 Müəllif: ADMIN 18 aprel 2012 Şərhlər (2) Davamı...

REKLAM
Bölmə: REKLAMLAR

alt
Oxunub: 219 Müəllif: ADMIN 7 aprel 2012 Şərhlər (2) Davamı...

XALQ TEBABETI
Bölmə: XALQ TEBABETI

Ürək damar xəstəlikləri
Ürək dərmanları. Nəbzin pozulması heç də ürəyin xəstə olması demək deyildir. Müxtəlif hallardan, əksər hallarda isə əsəblikdən baş verən ürək narahatlıqlarını vaxtında müalicə etmək olar. Ürəkdə narahatlıq hiss olunarsa, hər şeydən qabaq düzgün qidalanmaq, az-az və tez-tez yemək məsləhətdir. Xüsusilə kök adamlar yemək məsələsində diqqətli olmalıdırlar. Xəstəlik zamanı süd işlətməkdən, duzlu yeməkdən çəkinmək, xəstəyə gündə 3 dəfə, hər dəfə 1 qaşıq, mərəcüyüddən hazırlanmış şərbət vermək lazımdır. Bu şərbəti belə hazırlayırlar: mərəcüyüdün uc hissəsini həvəngdə döyüb onun şirəsini çıxarır, durulmaq üçün bir qədər saxlayırlar. Sonra şirəni qaba süzüb, həmin qabı da içərisinə su tökülmüş başqa bir qaba qoyurlar. Şirəyə özündən bir yarım dəfə çox şəkər qatıb od üzərində qatılaşana qədər bişirirlər.
Damarlarda yaranan hər cür yağlı çöküntüləri təmizləmək əsas müalicə usullarından biridir. Bunun üçün 10 gün ərzində üzüm rejiminə keçmək məsləhətdir. Bə"zən uzunmüddətli üzüm rejiminə də keçirlər. Böyrək narahatlığından yaranan ürək zəifliyi zamanı, üzüm şirəsi ürək əzələlərinin enerjesini artırır, zərərli maddələri bədəndən çıxarır və ürəyi fəaliyyətini asanlaşdırır.
Ürək zəifləyərsə və döyüntülər nizamsız olarsa, bal işlətmək ən faydalı vasitələrdən biridir. Ürək-damar çatışmazlığı hallarında da bal olduqca tə"sirli hesab edilir. Bu zaman zirinc şərbətindən də (gündə 30 - 150q) istifadə etmək olar. Bu şərbətin hazırlanma üsulu əvvəldə şərh edilmişdir.
Ürəyi xəstə olanlar çox duz və su işlətməkdən çəkinməlidirlər. Çay əvəzinə pişikotu və sümürgən çiçəyini dəmləyib içmək məsləhət görülür. Meyvə şirəsi, o cümlədən alma, heyva və üzüm şirəsi ürək üçün faydalıdırlar. Ürək xəstəlikləri olanlar müntəzəm olaraq limon yeməli və ya limon şirəsi işlətməlidirlər.
Zə"fəran ürəyi və mə"dəni qüvvətləndirir, darçın çayı ürək zəifliyi zamanı məsləhət görülür. Lakin onu işlətməkdə ifrata varmaq olmaz. Ürək ağrıları zamanı 10q pişikotu kökünü 0.5 L suda dəmləyib gündə 3 dəfə, hər dəfə 1 qaşıq olmaqla işlətmək lazımdır. Ürək xəstəliyi zamanı çox çay içmək olmaz, bunun əvəzində ayran, süd, meyvə şirəsi (alma, armud, limon) işlətməli, qızılgül və ya sümürgən çiçəyindən dəmlənmiş çay içmək lazımdır. Ürək zəifliyi zamanı kök, çuğundur, başqa tərəvəz və göyərtilər işlətmək məsləhət görülür.
Ürək döyüntüsü, halsızlıq və ruh düşkünlüyü zamanı işlədilən vasitələr. Qızılgülün suyunu içmək ürəyi möhkəmləndirməklə yanaşı, onun döyüntüsünü azaldır və bütün daxili orqanlar üçün faydalı hesab olunur. Qızılgülü iyləmək də faydalıdır. Həmçinin almanın içini çıxarandan sonra oraya zə"fəran doldurub iylədikdə də ürəyin döyüntüsü azalır.
Ürək döyüntüsünü azaltmaq üçün ən sadə və faydalı dərman kərə yağı və beçə balı yeməkdir. Banan da ürək döyüntüsü və ruh düşkünlüyünə qarşı xeyirlidir. Nanə qoxulamaq və yemək bəlğəmli astma ilə müşayiət olunan ürək döyüntüsünə qarşı işlənən faydalı dərman sayılır. Ürək döyüntüsü, ürək sıxıntısı və susuzluqla müşayiət olunarsa turş nar şirəsi, gavalı və xurma şirəsi, naringi şirəsi və abqoranı şəkər şərbəti ilə qatıb işlətmək olduqca faydalıdır. Bu baxımdan tə"sirli vasitələrdən biri cüllab adlanan şərbətdir. Həmin şərbəti hazırlamaq üçün 2 rətl ağ nabat və ya şəkərə 6 rətl gülab qatıb, mülayim od üzərində yarıya çatana qədər bişirir və kəfini yığırlar. Sonra 1 dirhəm zə"fəranı gülabda həll edərək həmin şərbətə qatıb ağzı, bağlı şüşə qabda saxlayırlar. Sonralar bu şərbətə bədmüşk (və ya kasnı) arağı və döyülmüş reyhan toxumu qataraq işlədirlər.
Təngənəfəslik. Cirə yəmək nəfəsalmanı asanlaşdirır. Onu süsən kökü ilə qaynadıb içmək daha faydalıdır. Çobanyastığı da eyni tə"sirə malikdir.
Badam yağını bal, süsən kökü, mum və gül yağı ilə qatıb istifadə etmək təngnəfəsliyə qarşı yaxşı vasitədir. Buna qarşı işlədilən dərmanlardan biri də təzə süddür. Dəvə südü isə ən faydalı hesab edilir.
Təngnəfəsliyə qarşı işlənən tə"sirli dərmanlardan heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm sirkəsi də xüsusi qeyd edilməlidir. Xörəkdə darçın işlətmək nəfəs yolunu genişləndirir. bu cəhətdən kərəviz yemək də faydalıdır. Zə"fəran ağ ciyərləri möhkəmləndirir və nəfəsalmanı asanlaşdırır.
Ürəkkeçmə zamanı istifadə olunan vasitələr. Ürəkkeçmədə süsən iyləmək faydalı, zə"fəran isə zərərli hesab edilir. Turş narın suyunu çıxarıb, yarısını qədər şəkərlə qataraq süzgəcdən keçirmək və istifadə etmək ürəkküçmə zamanı çox faydalıdır. Yaxşı dərmanlardan biri də şirin badam yağıdır. Ürəkkeçmədə gavalı yemək və bal şərbəti içmək məqsədəuyğundur.
Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Eyni zamanda, təzə xiyar qoxulamaq da məsləhətdir. Sınanmış dərmanlardan biri də turş heyva suyudur. Heyvanın qabığını soyub, içini təmizləyəndən sonra döyüb suyunu çıxarır və süzüb bir gecə saxlayır, sonra isə ona bal və şəkər qatıb dərman kimi istifadə edirlər.
Ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və onu soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, gülab, kafur, müşk və ənbər iylətmək, limon və naringi yedirtmək məsləhətdir. Qızılgülün suyunu da damcı-damcı içirtmək çox faydalı hesab olunur
Oxunub: 295 Müəllif: ADMIN 7 aprel 2012 Şərhlər (0) Davamı...

BUNU BILIN
Bölmə: HAMILELIK VE CINSI MUNASIBETLER

Kişilər yataqda vaxtı necə uzada bilər? -
13.06.2011 | 11:47

Cinsi akt zamanı kişilərin vaxtından əvvəl qurtarması (eukulyasiya) kişinin cinsi aktın davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi aktın davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də, çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.

Digər tərəfdən, qadının da anorqazmiyadan (orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.
Bəzi situasiyalarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir.
Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eukulyasiyanın(sperma ifrazı) başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baş verirsə, bu vaxtından əvvəl qurtarma ( boşalma) hesab olunur.

Amma sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissiyyatı keçirir.

Orta göstərici kişinin cinsi aktının minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl qurtarma hesab olunur.
Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin həqiqətdən daha az olduğu aydın olar. Bu vəziyyət cinsi məmnun olmamaya, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənməməyə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir.
Bir qayda olaraq, cinsi akt zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi aktdan yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın( cinsi orqanın bərkiməsi ereksiya adlanır) baş verməməsinə gətirib çıxarır.
Vaxtından əvvəl qurtarmanın əsas səbəbləri

Əsas səbəblər bunlardır:

  • Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq qurtarma ola bilər
  • Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri
  • Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl qurtaracağına özünü psixi kökləməsi (vaxtından əvvəl qurtarma, və partnyoru məmnun etməmə qorxusu)
  • Kişi cinsi orqanının individual-konstisional xüsusiyyətləri( anadangəlmə cinsi orqan başının həssas olması)
• Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə)
Oxunub: 241 Müəllif: ADMIN 7 aprel 2012 Şərhlər (0) Davamı...

UCAN BOSHQABLAR
Bölmə: BUNLARI BILIRSINIZMI?



Uçan boşqablar mexfi senedler acilir Bununla belə, 1960-cı illərin sonunda, demək olar ki, SSRİ-dəki əksər əyalət qəzetlərində (əsas etibarilə komsomolçu gənclərin orqanı olan qəzetlərdə) ən qədim əyyamlardan başlayaraq bizim günlərə qədər naməlum uçar obyektlərin müşahidələrində bəhs edən bir "Ensiklopediya NLO" kitabından nömrdən nömrəyə davam etdirilən bir silsilə materiallar çap olunmağa başlanmışdır. Amma gənclərin hədsiz marağına səbəb olmuş həmin "silsilə materiallar"ın qarşısı nədənsə alınmamış, onlar yasaq edilməmiş qəzetlər cəzalandırılmamışlar. NLO üzərində maraqlı müşahidələrdən biri isə 1976-cı ilin 19 sentyabr günü qeydə alınmışdır. Belə ki, qonşumuz İranda, Tehran şəhəri yaxınlığında naməlum bir uçar gəmini səmada seyr edən sakinlər durmadan polis idarəsi və digər yerlərə zəng çalıb xəbər verdikdən sonra havaya dərhal iki "fantom" tipli qırıcı təyyarə qaldırılmış və naməlum kosmik gəmini vurmağa cəhd göstərilmişdir. Lakin atəş açılan məqamda raketlərin elektron idarəetmə ssitemi və bir para cihazlar gözlənilmədən sıradan çıxmışlar. Tehran höküməti bu sirli "əhvalat"ın araşdırılması üçün SSRİ və ABŞ-dan yardımçı almağı xahiş etmiş və bu yardım göstərilmişdir. Belə ki, gəminin İran paytaxtı yaxınlığında endiyi yer sahəsi əsaslı surətdə müayinə olunmuş, qurğunun torpaq üzərində qoyduğu izin dərinliyinə əsasən onun ümumi kütləsi təxminən müəyyən edilmişdir. Bu özünəməxsus hadisələrdən sonra, demək olar ki, sabiq SSRİ-də naməlum uçan obyektlərin tədqiqi ilə yenə yarıaçıq,yarıməxfi şəkildə ciddi məşğul olmağa başlanmışdır. Buna da səbəb, deyəsən 1977-ci ilin 19 sentyabrın 20-nə keçən gecə Petrozavodsk şəhərinin səmasında baş vermiş izahedilməz bir əhvalatın, dəqiq desək göydə "meduzaya" oxşar nəhəng bir uçar obyektin peyda olub uzun müddət şəhər üzərinə işıq və od-alov saçması olmuşdur. O zamankı Komunist partiyasının başçıları bundan təşvişə düşüb bu cür "əcaib-qəraib" qəziyyələrin tədqiqi üçün indi Elmlər Akademiyasının nəzdində xüsusi bir "Komisiya"nın yaradılmasın tapşırmışlar. Bundan sonra sabiq SSRİ-də 90-cı illərə qədər, demək olar ki, bir-birinin ardınca naməlum uçan obyektlərin tədqiqi ilə məşğul olan 7-yə qədər gizli elmi-tədqiqat institutu, Müdafiə Nazirliyində isə təxminən 10-a yaxın məxfi hərbi müəssisə təşkil olunmuşdur. 1978-ci ildə isə BMT Baş Assambleyasının 32 və 33 -sessiyalarında "NLO problemi rəsmi gündəmə çıxarılmış və təklif olunmuşdur ki, naməlum uçar obyektlərin tədqiqilə bağlı nəticələrin yayınlanması və uzlaşdırılmasına nəzarət edən xüsusi bir Agentlik yaransın. Bu belə, nə sabiq SSRİ-də, nə indiki Rusiya Federasiyasında son günlərə qədər dövlət səviyyəsində özgəplanetli kosmik gəmilərin bu ərazidə müşahidə olub-olunmaması barədə heç bir rəsmi təkzib verilməmişdir. Müəyyən müddət keçdikdən sonra bizim günlər açıqlanmış məxfi sənəd və real faktlara əsaslanaraq demək olar ki, keçmiş SSRİ-də nəinki mütəzəm surətdə özgəplanetli gəmilər müşahidə olunmuş, hətta onların bir neçəsi bu ərazidə yerə düşüb tikə-tikə olmuşlar. O zaman, bir qayda olaraq "soverşenno sekretno" qrifi altında saxlanılan, lakin 1991-ci ildə SSRİ dağıldıqda və Rusiyada KQB-nin yenidən təşkil olunmasından sonra üzərindəki həmin "tilsim" götürülmüş, bir çox əhəmiyyətli sənədlərlə tanış olmaq imkanına malik bir neçə mütəxəssisdən əldə olunmuş materialların yalnız cüzi bir hissəsini və o zamankı informasiya vasitələrində arabir dərc olunmuş bəzi faktları nəzərdən keçirək. Üzərindən "tilsim"i açılmış həmin materiallardan məlum olur ki, "Petrozavodsk möcüzəsi"ndən bir il sonra, 1978-ci il avqustun 24-də Xabarovsk şəhərinin 100 kilometrliyində keçirilən hərbi təlimlər zamanı bir tağım əsgər qəzaya uğramış "göbələk papağı" biçimli, gümüş rəngli bir qurğuya rast gəlmişdir. Diametri 6m., qalınlığı 3m., ümumi çəkisi isə, təqribən 700-750kq-a bərabər həmin "papağı" ilk öncə qonşuluqdakı hərbi aerodroma, oradan da onu dikuçarla (vertolyot) Novosibirsk şəhərinə gətirmişlər. Sən demə həmin kosmik gəmi içində koma halında, boyu 120 sm. çatan boz dərili insanabənzər bir "Səma övladı" tapılmışdır. Onu xüsusi bioloji laboratoriyaya aparıb orada saxasalar belə, mütəxəssislər onun ömrünü yalnız iki həftə uzada bilmişlər. Jurnalistlərin bu müstəsna qəziyyə haqda hər hansı bir informasiya əldə etmək ciddi-cəhdlərinin qarşısı ordu komandanlığı və KQB rəhbərliyi tərəfindən qətiyyətlə alınmışdır. Həmin ilin yayında Qazaxıstanda Borli deyilən bir gölün sahilində aşkar olunmuş digər diskvari kosmik gəminin qırıntılarını da dikuçarla "bağlı şəhərcik" Stepnoqorsk-2-yə aparılmışdır. Gəmi içində tapılmış ağır yaralı bir Səma Övladını isə Semipalatinsk şəhərinin xüsusi klinikasına çatdırmışlar. Bir neçə gündən sonra o da keçinmişdir. Meyit yarılan zaman daxili orqanların vəziyyəti və strukturundan aydın olmuşdur ki, nəfəs almaqdan ötrü özgəplanetliyə vaxtaşırı təmiz oksigen verildiyi üçün o dünyasın dəyişmişdir. Halbuki bu hallarda ona karbon qazı verilməliymiş. Yeddi il sonra 1985-ci ildə həmin Səma Övladının cəsədini Moskva yaxınlığındakı Vnukovoda gizli yeraltı laboratoriyaya gətirmişlər ki, elə o vaxtdan bu günə kimi cəsəd orada saxlanılır. 1979-cu il 17 fevral günü Sibirin Lena çayı sahilindəki Jiqansk şəhəri yaxınlığında, içində kimi Səma Övladı yerləşib, üstü güzgü təki parıldayan əzilməmiş bütöv bir disk əldə edilmişdir. Təqribən, "Zonnerli" olduğu müəyyən edilmiş "qonaqlar" yenə Moskvaya gətirilib hədsiz" məxfilik şəraitində, amma bu dəfə Dövlət Universitetində müayinə edilmişlər. Diskin içində isə yanacağı "115-ci transuran elementi"ndən ibarət nüvə reaktoru tapılmışdır. Elə həmin ilə Sverdlov vilayətində də daha bir saf qalmış disk aşkar edilmişdir. 1981-ci ilin 15 may günü isə yenə Vnukovada qeyri-adi bir əhvalat baş vermişdir. Həmin gün Vnukova aeroportu üzərində diametri nə az, nə çox 600m-ə çatan nəhəng naməlum bir uçar obyekt 120km. yüksəkliyində asılmışdır. Bu zaman onun düz ortasından "şimşək çaxmış" və nəticədə, günəş tutulduqda onun ətrafında əmələ gələn "taca" oxşar nəhəng bir halə yaranmışdır. Ardınca, bu halənin ortasında qara bir kvadrat peyda olmuş, o da iki ağ xətlə çarpazlanmışdır. Bundan sonra gəmidən üç kiçik obyekt ayrılmış, onlardan ikisi müxtəlif istiqamətlərə uçub getmiş, ana gəmi isə yavaş-yavaş öz yerindən uzaqlaşmağa başlamışdır. Onun yerində qalmış üçüncü kiçikobyekt bir neçə kilometr aşağı enib yarım saat SSRİ-nin Mərkəzi Aeroportunu "diqqətlə seyr etdikdən" sonra o biri gəmilər təki itib yox olmuşdur. O zaman "Vnukovo üzərində NLO" mövzusuna dair hər hansı bir məlumatın yayımlanması qəti qadağan edilmişdir. Yalnız bir il sonra İtaliyada nəşr olunan "Qente" adlı bir jurnalda bu haqda ətraflı bir material çap edilmişdi. 1982-ci ilin yayında isə Baykal gölü sularında təlim zamanı su altındakı bir qrup hərbi akvalanqçı təsadüfən naməlum üzgüçülərə rast gəlmişlər. Üzgüçülər zahirən adi insanlardan fərqlənməsələr də, boyları 3m-dən az olamışdır. Bu zaman "dəniz səyyahları"nın başında akvalanq və maska əvəzinə, yumru şəffaf şlem varmış. Baykal gölünün suyu 50m. dərinlikdə buz kimi olsa da, gəlmə varlıqların əynində bədənə kip geyilmiş bircə hidrokostyum olmuşdur ki, bu da adi insan üçün bu dərinlikdə "fövran ölüm" deməkdir. Məlum olur ki, yeddi akvalançıdan ibaət bir qrup üzgüçü məxluqların biri üzərinə tor atmaq istədikdə azman onların yeddisinə də elə bir zərbə endirmişdir ki, bir anda yeddisi də su üzərinə çıxmışdır. Sonradan onlardan üçü dünyasını dəyişmiş, dördü isə ömürlük zəlil qalmışdır. Sən demə, elə həmin vaxt Baykal, İssıq, Sarez və digər göllər üzərində diskəoxşar nəhəng obyektlərin müşahidəsi barədə Türgüstan hərbi dairə qərargahına "soverşenno sekretno" möhürü altında xüsusi raportlar daxil olmağa başlamışdır. Aydın olmuşdur ki, naməlum uçar obyektlər qəfildən həmin göllər üzərində görünüb həddindən iti sürətlə göllərin sularına qərq olmuş və eləcə də oradan çıxmışlar. Açıqlanmış digər "məxfi sənəd"dən məlum olmuşdur ki, 50-ci illərdə SSRİ hərbi gəmilərinin əksər ekipajları Qırmızı və Qara dənizlərin sularında naməlum uçar obyektlərin iti sürətlə sudan çıxıb səmaya qalxmasının şahidi olmuşlar. Ardınca, 1982-ci ilin 18 may günü Omsk şəhərinin 270km. Cənub-şərqində, tayqada salınmış bir kəndin yaxınlığında, diametri 6.5m. bərabər olub, ortasında həm yuxarı, həm aşağıdan gümbəzəbənzər çıxıntıları olan qəzaya uğramış bir disk aşkarlanmışdır ki, onu Novaya Zemlya adasına aparmışlar. 1983-cü ilin yayında isə Qazaxstan ərazisindəki Sarı Şaqan adlı bir yerin səmasında cənub istiqamətində uçan bir kosmik uçar qurğu "Terra-3" deyilən eksperimental lazer qurğusu ilə vurulmuş, hərbçilərin əlinə ellips biçimli bir gəmi və bir Səma Övladı düşmüşdür. 1991-ci ilin oktyabr ayında sabiq SSRİ komonavtı P.Popoviçin sorğusuna cavab olaraq KQB-də bir "Sini paket" deyilən gizli sənədlər qovluğu üzərindən "soverşenno sekretno" qrifi götürülmüşdür. Burada vaxtilə yerdə, göydə, hətta dənizlərin dərinliklərində radar ekranlarında NLO-nun müşahidəsindən bəhs edən hədsiz geniş məlumat üzə çıxarılıb hissə-hissə mətbuatda dərc olunmaqdadır. Qovluğdakı sənədlər içində 1984-cü ldə baş vermiş bir maraqlı hadisənin təsviri aşkarlanmışdır. Belə günlərin bir günü Həştərxa rayonunun Havadan Mühafizə sistemi tərəfindən Xəzər dənizinin şərq sahili üzrə 2000m. hündürlükdə uçan naməlum bir obyekt qeydə alındıqdan sonra havaya iki qırıcı təyyarə qaldırılmış, amma onların həmin obyekti vurmaq cəhdləri heç bir nəticə verməmişdir. Atəşə tutulan gəmi dərhal yer üstündən 100m. yüksəklikdə ona heç cür atəş aça bilməmişlər. Beləliklə, naməlum obyekt alçaq hündürlükdə uça-uça bir neçə hərbi hissənin üzərindən (oralarda onun foto şəklini çəkmişlər) keçərək Krasnovodsk şəhərinə yaxınlaşan zaman yenə iki hərbi dikuçar onu vurmaq istəmişdir. Amma bu dəfə obyekt dərhal yuxarı qalxıb dikuçarların uça bilmədiyi yüksəklikdə səmada asılmışdır. Daha bir kosmik gəmi qəzası 1984-cü ilin 15 may günü Qazaxstanın Cezkazqan vilayətində baş vermişdir. Bu dəfə də diametri 6,5m-ə çatıb orasında kiçik gümbəzləri olan diskəbənzər bir qurğu yerə düşüb parçalanmış, amma onun içində heç kim olmamışdır. Bu kosmik qurğunu da Stepnoqrosk-2 şəhərciyinə aparıb ciddi mühafizə olunan bir yeraltı bunkerə yerləşdirmişlər. Amma bir qədər sonra onu Moskva yaxınlığındakı Balaşixaya, o vaxt rəsmi sənədlərdə "hərbi hissə" adlanan bir bağlı müəssisəyə çatdırmışlar. Əldə olan məlumata görə, bu kosmik quğu indiyə kimi orada qalmaqdadır. 1985-ci ilin 3-15 mart günləri vaxtaşırı Gürcüstanın Batumi və Poti şəhərləri üzərində uçub ətrafa işıq saçan br diskvari obyekti ələ keçirmək, onu tutub saxlamaqdan ötrü edilən bütün ciddi-cəhdlər uğursuzluqla nəticələnsə də, elə həmin ilin 11 iyul günü Şimali Qafqazdakı Proxladnı qəsəbəsi yaxınlığında bir kosmik qurğu qəzaya uğramış və deyilənə görə, bu dəfə o qırıcı bir təyyarə tərəfindən vurulmuşdur. Həmin uçar qurğunun içində ikisi ölmüş, biri sağ qalmış üç Səma Övladı tapılmışdır. Zahirən sürünən məxluqlar - kərtənkələ, ilan və s. oxşayan, gödək boylu ölənlərin boz rəngli tüksüz dərisi, hər əldə isə dörd barmağı varmış, 2 metrlik böyu ilə fərqlənən sağ qalmış gəlmənin əllərində isə beş barmaq olmuşdur. Bu Səma Övladlarının sonrakı aqibəti heç kimə bəlli deyildir. Amma gəminin əzilib büzülmüş gövdəsi Volqoqradın 100 kilometrliyindəki raket poliqonunun yaxınlığına gətirib çöldə qazılmış yeraltı bunkerdə gizlədilmişdir. Bir müddətdən sonra həmin poliqona Moskvadan xüsusi komisiya təşrif gətirib bütün təfərrüatı ilə kosmik qəzanın səbəblərini araşıdırmağa başlamış, kosmik gəmini axtarıb tapanlar, onu poliqona gətirənlər və içindəki cəsədləri müayinə edənlərin hamısı bir ucdan "dövlət sirrinin açılmaması" ilə bağlı bir sənədi imzalamağa məcbur edilmişlər.
Oxunub: 438 Müəllif: ADMIN 6 aprel 2012 Şərhlər (3) Davamı...

FACEBBOK
Bölmə: FACEBOOK SEHIFEMIZ

www.facebook.com/MelumatMmerkezisaytws
Oxunub: 183 Müəllif: ADMIN 6 aprel 2012 Şərhlər (1) Davamı...

YARISHMANIN EN SON NETICELERI
Bölmə: FACEBOOK(XALQ MUSIQISI)

ZULFIYYE NOVRUZOVA  1340 XAL

 

KAMA ALIYEVA 600 XAL

 

GLADIATOR 513 XAL

 

YAZ YAGMURU 400 XAL

 

NICAT MENSIMOV 300 XAL

 

AYAN MEMMEDLI 97 XAL

 

ROVSEN EYVAZOV 45 XAL

 

 

Oxunub: 190 Müəllif: ADMIN 1 aprel 2012 Şərhlər (0) Davamı...

25.03.2012
Bölmə: DOST SAYTLAR

BIZNES-MARKET.SAYT.WS
Oxunub: 182 Müəllif: ADMIN 26 mart 2012 Şərhlər (0) Davamı...

YARISHMA HAQQINDA EN SON NETICELER
Bölmə: FACEBOOK(XALQ MUSIQISI)

ZULFIYYE NOVRUZOVA 1340 XAL,,KAMA ALIYEVA 445 XAL,,GLADIATOR 320 XAL,, NICAT MOVSUMOV 120 XAL,, YAZ YAGMURU 70 XAL,,

 

 

no ROVSEN  EYVAZOV  45 XAL..

Oxunub: 188 Müəllif: ADMIN 24 mart 2012 Şərhlər (3) Davamı...

HACIBABA HUSEYINOV
Bölmə: FACEBOOK(XALQ MUSIQISI)

Oxunub: 181 Müəllif: ADMIN 17 mart 2012 Şərhlər (0) Davamı...

FACEBOOK
Bölmə: FACEBOOK(XALQ MUSIQISI)

HORMETLI ISTIFADECILER SIZ BU SAYTDA FACEBOOK-DA XALQ MUSUQISI QRUPUNDA YARISHMANIN NETICELERINE BAXA BILERSINIZ.
Oxunub: 182 Müəllif: ADMIN 17 mart 2012 Şərhlər (3) Davamı...

QENIRE PASHAYEVA ERMENI DEPUTATINI SUSDURDU
Bölmə: KLIPLER

Oxunub: 194 Müəllif: ADMIN 5 mart 2012 Şərhlər (3) Davamı...

GIZLI
Bölmə: BAKCELL

alt
Oxunub: 185 Müəllif: ADMIN 16 fevral 2012 Şərhlər (0) Davamı...

SERH
Bölmə: HAMILELIK VE CINSI MUNASIBETLER

alt
Oxunub: 194 Müəllif: ADMIN 16 fevral 2012 Şərhlər (0) Davamı...

ELEKTRON UNVAN
Bölmə: ---

Meslek@yandex.ru

 

TEL:(055) 368-66-77

Oxunub: 164 Müəllif: ADMIN 31 yanvar 2012 Şərhlər (0) Davamı...

OXUYUN
Bölmə: REKLAMLAR

SIZ BURADA OZ REKLAMLARINIZI PULSUZ YERLESHDIRE BILERSINIZ.

 

 

ELAQE:--(055)200-24-63

Oxunub: 187 Müəllif: ADMIN 28 yanvar 2012 Şərhlər (1) Davamı...

Geri qayıt << 1 2 3 4 >> Növbəti səhifə

Giriş
İstifadəçi adı
Şifrə

QLOBAL INFORMATION CENTER

Keçidlər
» XEBERLER
» CINAYET MECELLESI
» HER NOV KOMMUNALI ODE
» SIZIN VIRTUAL HEKIMINIZ(TIBB.AZ)
» QONAQ OTAGI
» facebook sehifemiz
» DINI BOLMEMIZ
» SAYTIMIZIN CHATI



Axtarış

Sorğu
SAYT XOSHUNUZA GELDIMI?

A)BELI wink
B)XEYIR am
C)PIS DEYIL fellow


Son şərhlər
ADMIN (18 aprel 2014 01:04)
» BERMUD UCBUCAGI

Nermin8888 (11 aprel 2014 23:23)
» MESLEHET

ADMIN (22 noyabr 2013 03:16)
» MESLEHET

gunel (17 noyabr 2013 11:27)
» MESLEHET

Kenan (10 oktyabr 2013 23:12)
» OXUYUN

Gunel2013 (20 avqust 2013 00:07)
» MESLEHET

ADMIN (15 iyun 2013 03:46)
» MESLEHET

Gunay (12 iyun 2013 18:00)
» MESLEHET

Gunay (12 iyun 2013 00:59)
» MESLEHET

ADMIN (11 iyun 2013 21:09)
» MESLEHET


       
 

     ADMIN-NAZIM MAHMUDOGLU