REKLAM #1


Bölmələr

Reklam
Partnyorlar
FORBAKU Facebook FORBAKU Twitter FORBAKU YouTUBE
Xəbər arxivi
Sentyabr 2010 (2)
İyun 2010 (25)
May 2010 (116)
Aprel 2010 (134)
Mart 2010 (1)
Fevral 2010 (24)
Statistika




           


ANA SƏHİFƏ _|_ ONLINE PAINT _|_ CHAT _|_ QEYDIYYAT _|_ FOTO _|_ XƏBƏRLƏR _|_ ŞOU BİZNES _________________________________________________________________________________

Kişilərin cinsi zəiflik problemi Ц Çıxış yolu
Bölmə: Maraqlı, +18

alt

 

35-40 yaşına çatmış kişilərin təxminən 40%-i cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir. Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20%-də, 70 yaşlı kişilərin isə 50%-də rast gəlir. 


ABŞ-da Federal maliyyələşmə sayəsində baş tutan ən irimiqyaslı tibbi tədqiqatların birində aşkar olmuşdur ki, kişilər arasında cinsi zəiflik halları indiyə qədər düşünüldüyü səviyyədə deyil, əslində bu səviyyədən qat-qat artıqdır. Əksər kişilər xəstəlik müəyyən həddə çatana qədər həkimə müraciət etməkdən çəkinirlər. Ümumiyyətlə, belə xəstələrin həkimə müraciət etmək istəməməsi bütün dünya uroloqları və seksopatoloqlarının birinci problemidir. Bu məsələ bizim ölkəmizdə xüsusilə aktualdır.
 

Cinsi zəiflik nədir? 


Kişinin cinsi fəaliyyəti – fərdi inkişaf prosesində anadangəlmə və qazanılma, psixoloji və sosial amillərin təsiri ilə formalaşır. Beynin və daxili sekresiya vəzlərinin fəaliyyəti ilə bağlı olan hormonal amillər cinsi həvəsin dərəcəsini və şiddətini müəyyən edir. 


Cinsi zəiflik (impotesiya) dedikdə, kişinin tamdəyərli, yaşına müvafiq olaraq cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi başa düşülür (bu zaman cinsi həvəsin olmaması, yaxud cinsi fəaliyyət aktının tez bitməsi və s. kimi digər hallar ayrıca nəzərdə tutulur).
 

Cinsi zəiflik və ya impotesiya əsasən aşağıdakı əlamətlərlə özünü göstərir:
 

• Cinsi aktın mümkün olmaması (tam impotesiya)
 
• Ereksiyanın (cinsiyyət üzvünün bərkiməsinin) zəifləməsi
• Cinsi oyanma baş versə də ereksiyanın - cinsiyyət üzvünün bərkiməsinin olmaması
• Cinsi aktın bitməsinin (erkən, gec və digər) müxtəlifşəkilli pozulması

Kişi cinsi zəifliyinin səbəbləri


Cavan kişilərdə cinsi zəiflik yaşlı kişilərdəki cinsi zəiflikdən həm xəstəliyin səbəblərinə, həm gedişinə, həm də müalicə metodlarına görə fərqlənir. Belə ki, gənclərdə cinsi zəifliyin müxtəlif növlərinin yaranmasında daha çox psixoloji səbəblər üstünlük təşkil edirsə, yaşlılarda cinsi zəifliyin yaranmasında orqan patalogiyaları, yəni orqanizmdə mövcud olan xəstəliklər (həm kişi cinsiyyət üzvlərinin, həm də digər orqanların xəstəlikləri) üstünlük təşkil edir. Lakin impotesiya hansı səbəbdən baş verirsə versin, xəstəliyin müəyyən dövründə mütləq psixoloji səbəblər (qorxu, həyəcan, ümidsizlik və bunun kimi) əlavə olunur. 


Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:
 

• Sidik-cinsiyyət sisteminin xəstəlikləri, o cümlədən prostat vəzinin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün qan təchizatında qüsurlar və s.
 
• Hormonal pozuntular və ya endokrinoloji səbəbdən əmələ gələn cinsi zəiflik. Bu zaman təkcə cinsiyyət vəzilərinin deyil, digər vəzilərin də (məsələn, qalxanabənzər vəzinin) fəaliyyət pozuntuları da cinsi zəifliyə səbəb ola bilər. 
• Şəkərli diabet xəstəliyi
• Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k
• Nevroloji xəstəliklər – baş və onurğa beynin zədələnmələri və xəstəlikləri.
• Ruhi xəstəliklər 
• Psixoloji səbəblər - stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər.
• Dərman preparatlarının qəbulu. Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər. Kişi cinsi hormonlarına təsir edən preparatlar, yüksəlmiş qan təzyiqinin müalicəsində işlənən dərmanlar, antihistaminlər, alkoqol və narkotik dərmanlar da bura aiddir.
• Sidik-cinsiyyət orqanları (prostat vəzi, sidik kisəsi) üzərində cərrahi əməliyyatlar
• Yaşlanma ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.
• Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi
• Onurğanın müxtəlif zədələnmələri
• Cinsiyyət üzvünün zədələnmələri 
• Böyrəklərin ağır çatışmazlığı.
• Həyat tərzi: siqaret çəkməyin cinsi zəiflik törədə bilməsi sübut olunmuşdur: tütünün arterial spazm törətməsi cinsiyyət üzvünün qanla dolmasını əngəlləyir və nəticədə cinsi fəaliyyət zəifləyir. Alkohol isə cinsi həvəsi artırsa da ereksiyanı (bərkiməni) zəiflədir.

Prinsipcə, təkcə xəstəliklər deyil, uzun müddət kişini gərginlikdə saxlayan hər şey impotensiyaya gətirib çıxara bilər: uzun sürən stress, daimi ağır işdən yorğunluq, həll olmamış konfliktlər, ağır emosiyalar, depressiya, ailədə və cinsəl həyatda ahəngsizlik, partnyorun cinsi həvəs oyada bilməməsi, cinsi həyatda haçansa baş vermiş uğursuzluğun təkrarlanması qorxusu, öz gücünə inamsızlıq və s. Bütün bu amillər nəticədə adrenalin hormonunun yüksəlməsinə gətirib çıxarıb ki, adrenalinin yüksəlməsi sayəsində qan cinsiyyət orqanında deyil, əzələlərdə toplanır və son nəticədə cinsi zəifliyə səbəb olur. 


Kişilərdə potensiyanın ən qəddar “killer”lərindən biri də şəxsi həyatda və profisional sahədə özünü əhəmiyyətsiz adam kimi hiss etməsidir. Belə hallar özünəhörməti azaldır, bütün fikir belə problemlər üzərində toplanır və bunlar cinsi fəaliyyətə mənfi tasir edir. Psixoanaliz göstərir ki, kişilərdə cinsiyyət orqanının ölçüləri və bu kimi məsələlər lazımsız yerə qorxu yaradır və onlar belə məsələlərə həddindən artıq əhəmiyyət verir. Bunlar isə bir növ özünümühakimə və özünüittiham qaydasında özünü dəyərdən salır. Partnyor qarşısında özünü dəyərləndirə bilməmək və ya az dəyərləndirmək kimi psixi amillər cinsi fəallıqda ciddi rol oynayır. 


Gənc yaşlarda cinsi zəiflik
 

Qeyd olunduğu kimi, gənc yaşlarda cinsi zəiflik yaşlı kişilərdəki cinsi zəiflikdən həm xəstəliyin səbəblərinə, həm gedişinə, həm də müalicə metodlarına görə fərqlənir. Gənc yaşlarda daha çox psixoloji səbəblər üstünlük təşkil edir ki, bu da əksər hallarda cinsəl həyat təcrübəsinin olmaması və ya müntəzəm cinsi əlaqənin mümkün olmaması ilə əlaqədar olur. Başqa səbəblər nisbətən az olur. Gənclərdə toy gecəsi uğursuzluğu sindromu da daxil olmaqla cinsi zəifliyin əksər formalarının müalicəsində psixotrapiyanın dərman müalicəsi ilə birləşdirilməsi çox zaman arzu olunan nəticəni verir. Qeyd olunmalıdır ki, yaşlılara nisbətən gənclərdə ptostatitlərlə (prostat vəzinin iltihabı) bağlı cinsi zəiflik halları daha çox rast gəlir. Bu zaman bəzi mühüm məqamları da qeyd etmək lazımdır: prostatit nə qədər uzun müddətə mövcud olsa da , onun prostat vəzidə baş verən patoloji dəyişikliklərdən daha çox psixoloji təsiri güclü olur. Belə xəstələrdə prostatitin verdiyi narahatçılıq qorxu, həyəcan, ümidsizlik yaradır ki, psixoloji maneləri dəf etmədən belələrini müalicə etmək çətindir. Gənc yaşlarda zöhrəvi xəstəliyə yoluxma (və ya yoluxmanın qorxusu) ilə yaranan cinsi zəiflik də geniş yayılıb. Bütün hallarda fərdi yanaşma, psixoloji promlemi həll etmək həkimin birinci vəzifəsi olur.
 

Prostat vəzinin xoşxassəli böyüməsi (və ya adenoması) zamanı cinsi zəiflik


Prostat vəzinin xoşxassəli böyüməsi (və ya adenoması) – yaşla bağlı olan təbii bir prosesdir və 40 dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur. Sidik ifrazının pozulmaları (sidik axınının təzyiqinin azalması, gecə sidiyinin artması, tez-tez sidiyə getmək, sidiyə getdikdən sonra sidik kisəsində sidik qalması hissi, sidik ifrazının çətinləşməsi və s.) ilə yanaşı, prostat vəzinin xoşxassəli böyüməsinin bir simptomu da cinsi zəiflikdir (axtar: “Kişilərin prostat problemi – çıxış yolu”). Prostat vəzinin tədricən böyüməsi fonunda cinsi zəiflik bəzən qəfil - bir neçə gün ərzində özünü göstərir. Bu isə xəstəyə güclü psixoloji təsir göstərir. Cinsi zəifliyin faktik olaraq bir neçə gün ərzində özünü göstərməsi fonunda cinsi fəaliyyətin bərpası aylarla uzana bilər. Bu vəziyyətin pasientlərə izahı həkimdən yüksək peşəkarlıq və səbir tələb edir. Prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsində istifadə olunan dərmanların bir çoxu əlavə olaraq cinsi fəaliyyəti zəiflətdiyi üçün, belə xəstələrdə impotensiyanın müalicəsi daha da çətinləşir. Bütün hallarda xəstəyə fərdi yanaşma və həkimin məharətindən çox şey asılıdır.
 

Kişilərin cinsi zəifliyinin – impotensiyanın diaqnostikası


İmpotensiyanın diaqnostikası xəstə haqqında məlumatların toplanmasından başlayır. Bu məlumatların əsas əhəmiyyəti ondan ibarət olur ki, ilk növbədə cinsi zəifliyin hansı fonda baş verdiyi – psixoloji, yoxsa üzvi (orqanların xəstəliyi ilə bağlı) impotensiya olduğu aydınlaşır. Psixoloji, və üzvi impotensiyanı bir-birindən fərqləndirmək çox vacibdir.
 

Psixoloji impotensiya üçün aşağıda göstərilən xüsusiyyətlər xarakterikdir:


• Psixoloji impotensiya qəfil baş verir və çox zaman kişinin həyatında baş verən hadisələrə bağlı olur.
 
• Qadınla münasibətdə problem mövcuddur.
• Gecələr öz-özünə cinsi həvəsin oyanması (spontan ereksiya) davam edir.
• Problem adətən müəyyən bir şəraitlə əlaqəli olur.
• Ğörməklə və ya fantaziyanın köməyilə cinsiyyət üzvünun oyanması mümkündür.

Üzvi (orqanların xəstəliyi ilə bağlı) impotensiya üçün xarakterik cəhətlər:


• Tədricən başlayır
 
• Gecələr öz-özünə cinsi oyanma (spontan ereksiya) olmur.
• Problem şəraitdən asılı olmur (istənilən şəraitdə problem movcuddur)
• Ğörməklə və ya fantaziyanın köməyilə cinsiyyət üzvünun oyanması mümkün deyil.

Bu sayılan xüsusiyyətlər cinsi zəifliyin müalicəsinə başlamaqda mühüm diaqnostik əhəmiyyətə malikdir. Amma kifayət deyil. Diaqnozun dəqiqləşdirilməsi üçün ultrasəs müayinəsi (doppler), labarator müayinələr və digər metodlar istifadə olunur.
 

Kişilərin cinsi zəifliyinin – impotensiyanın müalicəsi


Müalicə metodunun və dərmanların seçilməsi xəstəliyin baş vermə səbəblərindən, pasientin yaşından, sağlamlıq vəziyyətindən, əvvəllər aldığı müalicələrdən və bir sıra başqa amillərdən asılıdır. Əgər xəstəliyin səbəbi cinsiyyət üzvlərinin hər hansı xəstəliyi ilə bağlı deyilsə, xəstənin əsas xəstəliyinin müalicəsinə (həyati vacib) prioritet verilməlidir. Xəstəni özünü müalicədən çəkindirmək vacib məsələdir, - bunun nəinki cinsi fəaliyyət, hətta həyat üçün təhlükəli ola biləcəyi xəstəyə izah edilməlidir.

Zəhmət olmasa sistemə daxil olun və ya qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Oxunub: 2746 Müəllif: turaltural 4 fevral 2012 Çap et Şərhlər (85)

#85 Müəllif: subhan (24 oktyabr 2012 16:51)
ola biler

dokdor Suleyman Cbrayov olsa belle bu bele meqaleler xesdeni razi salmir cunki hami ozunu reklam etmeye oyrenib. cabrayov savatli hekim deyil sadece ona reklamnan gelen pulldusundurur
Qeydiyyat: --

#84 Müəllif: FORBAKU (27 avqust 2012 15:00)
Narahat olmayin gelen seferde hansi xeberin kime aid oldugunu qeyd ederik


--------------------
Qeydiyyat: 6.06.2010

#83 Müəllif: Sleyman Cbraylov (11 iyun 2012 19:13)
Dogrudan, bu yazinin mllifinin Sleyman Cbrayilov olduunu gstrmk ox tindirmi - tel - (055)5199184


Dogrudan, bu yazinin muellifinin Suleyman Cebrayilov oldugunu ve qafqaz.info saytindan goturulduyunu gostermek coxmu cetindir == tel - (055)5199184
Qeydiyyat: --

#82 Müəllif: Sleyman Cbraylov (7 aprel 2012 19:26)
Maraqldr ki, bu mqalnin mllifinin Dokor Sleyman Cbraylov olduu (050 -055 519 91 84) qafgaz-infodan baqa heyerd gstrilmir Dokor Sleyman Cbraylov REAL Tibb mrkzinin hkimidir
Qeydiyyat: --

Geri qayıt << 1 2 3 4 5 >> Növbəti səhifə

REKLAM #3
SIZIN REKLAM BURADA




Axtarış
Panelə giriş
Login
Parol
TOP REKLAM
FORBAKU CINEMA FORBAKU CHAT FORBAKU eXclusive FORBAKU OYUN FORBAKU SƏS VERMƏ
Sorğu
Hansi bölməyə daha çox üstünlük verirsiniz?
____________________________

Xeberler
Musiqi
Proqram, oyun
Islam
Sevgi
Avto
Məzəli
Video aləm (kino, serial)
Şəkillər
Veb usta,xaker
Qorxu dünyası
+18
Hamisi

Təqvim
«    Yanvar 2012    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Dost saytlar