Fizika Riyaziyyat ve Informatika temayullu lisey
 XOS GELMISINIZ


 

Bölmələr
» zoologiya
» riyaziyyat
» kimya
» azerbaycan dilli
» azerbaycan tarixi
» fizika
» informatika
» qagikesh mellimlerimiz
» orta esrler tarixi
» ingilis dilli
» admin
» qan yaddasimiz
» liseylerden xeberler
» xeberler
» islam
» lutfi zade
» Olimpiya meseleleri
» cografiya

Çox oxunan

Keçidlər
» sayt acmaq isteyirsen?

Sayğac
Cəmi:
İstifadəçilər: 6
Məqalələr: 38
Şərhlər: 59

Bu ay:
İstifadəçilər: 0
Məqalələr: 0
Şərhlər: 18


Çox oxunan

Arxiv
Mart 2012 (18)
Fevral 2012 (1)
Yanvar 2012 (19)

Son şərhlər
cheap coach (21 may 2014 16:16)
» RIYAZIYYAT

cheap coach (21 may 2014 16:15)
» KIMYA

cheap coach (20 may 2014 08:52)
» AZERBAYCAN DILLI

elcz0d3 (15 may 2014 09:55)
» KIMYA

elcz0d3 (15 may 2014 09:45)
» RIYAZIYYAT

elhy004 (14 may 2014 05:54)
» RIYAZIYYAT

elcz0d3 (13 may 2014 09:23)
» AZERBAYCAN DILLI

Apfagovc (6 may 2014 14:58)
» KIMYA

elhy004 (4 may 2014 17:26)
» KIMYA

elhy004 (3 may 2014 20:23)
» AZERBAYCAN DILLI


Təqvim
«    Mart 2012    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 





           


Məqalələrin sıralanması: tarix | populyar | çox oxunan | şərh sayı | əlifba sırası

ZOOLOGIYA
Bölmə: zoologiya

altMAYAQLILAR TIPI  .BUGUMAYAQLILAR HEYVANLAR ALEMINDE EN COX NOV SAYINA MALIK OLAN TIPDIR.BU TIPE DAXIL OLAN 1,5MILLIONDAN ARTIQ HEYVAN NOVU DEMEK OLAR KI,HER YERINDE MUXTELIF EKOLOJI SERAITDE GENIS YAYILMISDIR.BUGUMAYAQLILARIN SUDA TORPAGIN ALTINDA VE USTUNDE YASAYAN COXLU NUMAYENDESI VARDIR.BUGUMAYAQLILARIN BEDENI SERBEST,BEZEN DE MUEYYEN HISSELERI ILE BIR-BIRINE BITISMIS OLAN BAS,DOS VE QARINCIQDAN IBARETDIR.BUGUMAYAQLILARIN BEDENI XARICDEN XITINLESMIS KUTIKULA ORTUR.BUGUMAYAQLILARDA DERI EZELE KISESI YOXDUR.IFRAZAT SISTEMI MALPIKI BORUCUQLARI VE BEDENIN MUFTELIF YERLERINDE YERLESEN XUSUSI VEZLERDEN TESKIL OLUNMUSDUR.SINIR SISTEMI HELQEVI QURDLARIN SINIR SISTEMINE OXSAR OLUB,UDLAQUSTU BAS VE UDLAQ SINIR DUYUNU HEMCININ QARIN SINIR ZENCIRINDEN TESKIL OLUNMUSDUR.BUGUMAYAQLILAR AYRICINSIYETLI HEYVANLARDIR.ONLAR YUMURTA QOYMAQLA VE YA DIRI SUFRE BOGMAQLA COXALIR,INKISAFLARI METAMORFOZLA SEKILDEYISME BAS VERIR.BUGUMAYAQLILAR TIPI 3 SINIFE BOLUNUR-XERCENGKIMILER,HORUMCEKKIMILER VE CUCULER.                              XERCENGKIMILER SINFI:XERCENGKIMILER ESASEN SU HEYVANLARIDIR,COX AZ BIR QISMININ QURUDA YASAMASINA BAXMAYARAQ,ONLAR SU ILE ELAQENI TAM KESMISLER.CAY XERCENGI SIRIN SU HOVZELERINDE DENIZ YOSUNLU QAYALIQ YERLERINDE YASAYIR. CAY XERCENGI MUXTELIF YEMLERLE QIDALANAN HEYVANDIR.DIGER BUGUMAYAQLILARDA OLDUGU KIMI,XERCENGIN DE BEDENI KIREC MADDESINDENVE XITINDEN EMELE GELMIS SERT QABIQLA KUTIKULA ILE ORTULMUSDUR.XERCENGIN BEDENI BAS,DOS VE YASTILASMIS QARINCIQDAN IBARETDIR.XERCENGIN BAS DOS HISSESINDE YERLESEN ETRAFLARDAN 6 CUTU AGIZ APARATINI,5 CUTU ISE YERIME AYAQLARINI TESKIL EDIR.DOS NAYIHESINDE ETRAFLARIN BIRINCI CUTU INKISAF ETMIS KUSKATLARDIR.KUSKACLAR QIDANI TUTMAQ VE OZUNU MUDAFIE ROLUNU OYNAYIR.HER QABIQDEYISMEDEN SONRA XERCENG BOYUMEYE BASLAYIR.XERCENGIN AGIZ APARATI GORNUSUNU DEYISMIS 6 CUT APARATDAN TESKIL OLUNMUSDUR.BUTUN BUGUMAYAQLILARDA OLDUGU KIMI, CAY XERCENGINDE DE ACIQ QAN-DAMAR SISTEMI VARDIR.Biologiya (Bios – canlı, logos – elm) – canlı təbiət haqqında kompleks elm- hal hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsi haqqında. Biologiya həyatın xas olan ümumi və fərdi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu şöbələrinin olmasına baxmayaraq qanunauyğunluqlar əsasən Ümumi Biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə əsasən Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), Molekulyar Biologiyanı, İnsan haqqında nəzəriyyəni, Ekologiyanı, Genetikanı, Biosfer haqqında nəzəriyyəni, Təkamül nəzəriyyəsini (Darvinizmi), Orqanizmin individual inkişafını öyrənir.


Biologiya termini elmə ilk dəfə 1802-ci ildə bir-birindən asılı olmadan J.B.Lamark və Q.R.Treviranus daxil etmişlər.

Bəs həyat nədir? Bu sualın cavabı hələdə sirr olaraq qalır. Lakin həyata verilən ən çox işlənən tərif əsasən bu cür səslənir--Həyat zülalların fiziki-kimyəvi vəziyyəti və xüsusi mövcud olma formasıdır.
Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə planetimizdə yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn,məməli heyvanlardan olan göy balinanın kütləsi 150 t., kiçik qonurdişin kütləsi isə 3 q-dır. Həmçinin balıqlarsuda-quruda yaşayanlar,sürünənlərquşlarqurdlarcücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.

Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün filitısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada,suitidə) inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun hansı mühitdə yaşamasını, necə hərəkət etməsini və qidasını necə tapmasını müəyyən etmək mümkündür.

Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon – heyvan, loqos – elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları quruluşunun sadə və mürrəkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə siniflərə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn, məməlilər sinifinin yırtıcılır dəstəsinə itlər, pişikİər və ayılar fəsilələri daxildir.Heyvanların təbii təsnifatı ilə heyvanların sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks etdirir. Biz heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə doğru(ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül prosesinin reallığını dərk edirik. Zoologiya heyvanlar aləminin qorunmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsasını təşkil edir.

[redaktə / تحریر]Heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti

Heyvanlar havada, suda, torpaqda, bəziləri isə bitki, heyvan və insan orqanizmində yaşayır. Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri ozü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.

Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş . heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.

Heyvanlar insanın həyətində də böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir. Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, ərtırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.

Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar də az deyildir. Təbiət üçün və insana faydalı olən heyvanların sayını artırmaq, qorumaq və onlarə düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün biz heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilməliyik. O da məlumdur KI, heyvaənların insan həyatında rolu zaman keçdikcə" dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış., bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.

Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəsteliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, ÖKÜZ soliteri, exinokokk və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübərizə apar maq ücün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.

[redaktə / تحریر]Heyvanların və bitkilərin oxşarlığı və fərqi

Heyvanlar bitkilərlə bir çox oxşarlığa malikdir. Həm heyvanlar və həm də bitkilər hüceyrəli quruluşa malikdir, hər ikisində hüceyrələr toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Heyvanlar da, bitkilər də qidalanır, tənəffüs edir, coxalır, böyüyür və inKişaf edir. Bununla bərabər, heyvanlarla bitkilər arasında mühüm fərqlər da vardır. Heyvanlar hazır üzvi maddələrlə qidalanır, əksər bitkilər isə üzvi maddələri qeyri-üzvi maddələrdən özləri hazırlayir. Bitkilərdən fərqli olaraq, əksər heyvanlarda sinir sistemi mövcüddur və heyvanlar hərəkət edir. Göstə-rilən oxşar və fərqli cəhətlərlə yanaşı, ibtidai qurulu§a malik orqanizmlərin bəzən heyvanlar aləminə, yoxsa bitkilər aləminə aid edilməsi çətinlik törədir. Heyvanlarla bitkilər arasında olan böyük oxşarlıqlar tasadüfi olmayb, onlarn bir əcdadan inkişaf etdiklərini göstərir.

[redaktə / تحریر]Azərbaycan faunası

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.

Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğundaBəndovan və Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, BalakənQəbələZaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarıda tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəmşamıyıporu ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaqçəkisıfnaxakülməziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək,kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmşdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.[1]

[redaktə / تحریر]Təsnifatı

I hipotez (İlkağızlılar)
II hipotez (İlkağızlılar)
Oxunub: 1300 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

RIYAZIYYAT
Bölmə: riyaziyyat

 Mexaniki riyazi elmlərin cənnətidir, çünki adam onunla riyaziyyatın meyvələrinə çatar.

A.N.Vaythed

Bir riyaziyyatçı fərz etməz lakin bilər.İnandırmağa çalısmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.
Henri Poinkare

Riyaziyyatı istifadə etməyən elmlər, ələ aldıqları mövzularda ancaq xarici quruluşu araşdıra bilərlər;çünki riyaziyyatla dilə gətirdikləri, ancaq bəzi əlaqələrdir;bu əlaqələr isə əlaqədar ünsürlər arasında deyil,xarici görünüşlə əlaqədar nöqtələr arasında ola biləcəyindən, bir varlığın özünü,onun əslində nə olduğunu bizə verməkdən acizdirlər.
M.K.Atatürk

Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır.
Q.H.Hardi

İnsanlar ədədlər kimidir.O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər.
İsaak Nyuton

Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız onlara alışa bilərsən.
Con fon Neyman

Riyaziyyat lazımlı nəticələri çıxaran bir elmdir.
Benyamin Piers

Riyaziyyat riyaziyyatçılar üçün yazılar.
Nikolas Kopernik

Riyaziyyatçılar aşiqlər kimidir.Onlardan birinə ən kiçik bir qanunu verin,o ondan bir nəticə çıxaracaq,təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq,o da bu nəticədən başqa bir nəticə çıxaracaq.
Bernard le Bove Fontenel

Həndəsə zəkanı işıqlandırar və ağılı doğru yola itəliyər.Onun bütün dəlilləri açıq və nizamlıdır.Çox yaxşı təşkil edildiyindən həndəsi məntiqin səhv etməsi haradasa qeyri-mümkündür.Bu səbəblə davamlı həndəsəyə müraciət edən bir ağılın səhvə yol verməsi çox nadirdir.Buna görə də həndəsə bilən adam zəka qazanar.Əflatunun qapısında aşağıdakı sözlərin yazılı olduğu nəql edilir:Həndəsəçi olmayan evimizə girə bilməz.
İbn Haldun

Riyaziyyatda böyük olmanın iki yolu vardır: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq,lakin təmkinli olmaq.
Raul Bott

Transendental ədədlərin həqiqi və ya kompleks ədədlər sahəsindəki yeri böcəklərin heyvanlar aləmindəki yerinə çox bənzər.Hər kəs onların ən izdihamlı sinif olduğunu bilər,ancaq çox az insan onların bir ya da ikisindən çoxunu adla tanıyar.
D.R.Nyuman

Kainat hər an müşahidələrə açıqdır;amma onun dilini və bu dilin yazıldığı hərfleri öyrənmədən,başa düşmədən izah edilə bilmir.Kainat riyaziyyat dili ilə yazılmışdır.Onun hərfləri üçbucaqlar,dairələr və digər həndəsi fiqurlardır.Bunlar olmazsa bir sözü belə başa düşülməz.Fiqurlarsız ancaq qaranlıq bir labirintdə gəzmək olar.
Q.H.Hardi

Riyaziyyatın elə bir budağı yoxdur ki,nə qədər mücərrəd olursa-olsun,bir gün yaşadığımız dünyada istifadə sahəsi olmasın.
İ.Nyuton

Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan.
Lobaçevski

Riyaziyyat niyə danışdığımızı,nə də söylədiymiz sözün doğru olub olmadığını bilmədiyimiz bir mövzudur.
Anonim

Bir teoremin zərifliyi onda görə bildiyin fikirlərin sayıyla düz,o fikirləri görə bilmək üçün xərclədiyin səylə tərs mütənasibdir.
Bertrand Russell

Riyaziyyatçının naxışları rəssam və ya şairlərinki kimi gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir. … Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur.
Corc Poyla

İnsanın dəyəri bir kəsrlə ifadə ediləcək olsa surəti həqiqi şəxsiyyətini göstərər, məxrəci də özünü nə zənn etdiyini.Məxrəc böyüdükcə kəsrin dəyəri kiçilər.
Tolstoy

Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz.
Artur Kayley

Həqiqəti axtarmaq onu əldə etməkdən daha qiymətlidir.
Albert Eynşteyn

Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə.
Puasson

Tez-tez "riyaziyyat, teoremləri isbat etməkdən ibarətdir" sözünü eşidirik.Bir yazarın əsas işi cümlə yazmaq deyilmidir?
J.K.Rota

Axmaqların soruşub ağılı insanların cavab verə bilmədiyi bir çox sual vardır ki,onların da cavabını riyaziyyat verir.
Corc Poyla

Riyaziyyat ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir.
Corc Poyla

Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq düşünmək-riyaziyyatçının məqsədi budur.
C. J. Keyser

Riyaziyyatdakı ən böyük irəliləmələrin bəziləri daha sonra açıqlanması zəruri hala gələn kiçik simvolların icadıyla olmuşdur.Mənfi işarəsindən bütün mənfi halların nəzəriyyəsi çıxmışdır.
Aldus Huksley

Hilbertin bir riyaziyyat şagirdi dərslərə davam etməməyə başlamışdı.Ona cavanın şair olmaq üçün ayrıldığını söylədilər.Hilbertin belə dediyi nəql edilir: mən onsuz da onun bir riyaziyyatçı olmasına çatacaq qədər təxəyyülə sahib olduğunu heç düşünməmişdim.
Corc Poyla

Kafi dərəcədə riyaziyyatla məşğul olan və saysız-hesabsız ola biləcək istisnaları görüb başı qarışana qədər hər kəs bir əyrinin nə olduğunu bilər.
Felix Klein

Riyaziyyatın yüksək vəzifəsi bizi əhatə edən qarmaqarışıqlıqlar içərisində gizlənən nizamı tapıb üzə çıxarmaqdır.
Pifaqor

Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir.
Pifaqor

Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir,çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda , tənliklər əbədidir.
Pifaqor

Riyaziyyatı qonşuya baxaraq öyrənmək olmaz.
A.Niven

Riyaziyyatçı olmayan qoy məni oxumasın.
Leonardo da Vinçi

İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.
Leonardo da Vinçi

Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir.
K.Yakobi

Riyaziyyat məntiqi fikirlərin vərdiş olunmasında əsas rol oynayır.
A.Sen-Simon

Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir.

Eyler altaltaltalt

RIYAZIYYAT ALIMLERI:

RİYAZİYYAT ALİMLƏRİ - QISA BİOQRAFİYALAR
Yazar: Admin, Tarih: 27-01-2012, 16:51, Kategori: --- |
RİYAZİYYAT ALİMLƏRİ - QISA BİOQRAFİYALAR


Hilbert (1862 - 1943)

Bir alman riyaziyyatçısı olan David Hilbert, 1862 ilində Königsberqdə anadan olmuşdur.1895 və 1929-cu illər arasında Qottingen Universitetində professor olmuşdur.XX əsrin əvvəlində Alman riyaziyyat məktəbinin başçısı hesab edilir.1897ci ildə cisim anlayışını və cəbri rəqəmlər qurmuşdur.1890cı illərdəki ilk çalışmaları sırasında,cəbri həndəsə və müasir cəbrdə əhəmiyyətli bir rol oynayan invariantlar nəzəriyyəsinin əsas qanunlarını ortaya çıxarmağı bacarmışdır.

Qodel (1906 - 1978)

Kurt Qodel Avstriya əsilli bir Amerikan məntiqçisi və riyaziyyatçısıdır.Buğün Brno deyilən şəhərdə 1906-cı ildə anadan olmuşdur.1938-ci ildə Amerikaya gəlmişdir.1948-ci ildən Amerikan vətəndaşı olmuşdur.1953-cü ildə Princeton Universitetində professor olmuşdur."Principia Mathematica"-nın "Bənzəri sistemlərin formal hökmə bağlana bilməyən mülahizələri barədə" məqalələr yazmışdır.Burada,o,iki teoremin müəllifidir.Bu mülahizələrə görə,arifmetika xətasız ola bilməz.Çünki,xətasızlıq bu sistemdə qərarsızlığa yol açan bir mülahizədir.Müasir məntiq nəzəriyyəsinin qurucusudur.

Godfrey Hardi (1877 - 1947)

Bri ingilis riyaziyyatçısı olan Godfrey Hardi, 1877-ci ildə Cranley,Surreydə anadan olmuşdur.Oxford Universitetində həndəsə professoru olub.Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi.Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.

Qalua (1811 - 1832)

Fransız riyaziyyatçısı olan Qalua, 1811-1832 illəri arasında yaşamışdır.Abelin müasiri olan bu riyaziyyatçının doğum və ölün tarixlərinə baxdıqda 21 illik bir həyat yaşadığını görür və bu işdə bir səhvlik olduğunu fikirləşirsiniz.Amma heç bir səhvlik yoxdur.Qalua 21 yaşında dueldə öldürülmüşdür.Qalua cəbri funksiyaların inteqralı haqqında əsas teoremləri ifadə etmişdir.

Furye (1768 - 1830)

Bir dərzinin oğlu olan Jan Baptista Jozef Furye 21 Mart 1768ci il tarixində Fransanın Oser şəhərində anadan olmuşdur.Hələ 9 yaşında olarkən həm anasını,həm də atasını itirmişdir.Xeyriyyəçi Madam Moiton və Oser qəsəbəsinin baş rahibinə nə qədər təşəkkür edilsə yenə də azdır.Çünki bu xeyriyyəçi şəxslər yetim və kimsəsiz qalan Furyeni şəhərdəki hərbi məktəbə göndərdilər.Furye özünü bu məktəbdə çox yaxşı şəkildə inkişaf etdirdi.Riyaziyyatla ilk dəfə tanış olduqda sehrlənmiş kimi olmuşdur.

Dedekind (1831 - 1916)

Bir hüquq professoru olan Ulrix Dedekindin 4 övladından ən balacası olan Riçard Dedekind Qaussun anadan olduğu yerdə 6 oktyabr 1831-ci il tarixdə Brunsviçdə anadan olmuşdur.Riçard yeddi yaşından on altı yaşına qədər şəhərdə gimnaziyada oxumuşdur.Cavan yaşlarında riyaziyyat dühası çox da bilinmirdi.Onun ilk sevgisi kimya və riyaziyyat olmuşdur.Riyaziyyata elmlərin xidmətçisi gözü ilə baxırdı.Əsil yolunu aşkar etməkdə də heç ləngimədi.Daha 17 yaşında olarkən fizikanın istifadə etdiyi bir çox qaydalarda səhvlər aşkar etdi və riyaziyyata qayıtdı.Çünki onun atdığı hər addım sağlam olmalı idi.

De Lopital (1661 - 1704)

De Lopital həvəskar Fransa riyaziyyatçısıdır.1661-ci ildə Parisdə anadan olmuşdur.Ailəsi fransız zadəganlarından idi.İohan Bernullinin rəhbərliyi altında işləmiş və özünü inkişaf etdirmişdir. De Lopital çox qabiliyyətli bir riyaziyyatçı idi və brachystochrone adı verilən məsələni həll etmişdir. De Lopitalın ən məşhur əsəri 1692-ci ildə yazdığı "Analyse des infiniment petits pour l'intelligence des lignes courbes" əsəridir.Bu əsər eyni zamanda differensial analiz haqqında yazılmış ilk dərs kitabıdır.


Kramer (1704 - 1752)

İsveçrəli bir riyaziyyatçı olan Qabriel Kramer,1704-ci ildə Cenevrədə anadan olmuşdur.Cenevrədə riyaziyat və fəlsəfə professoru olmuşdur.Berlin akademiyasına və İngiltərə Kraliyyət Akademiyasına üzv seçilmişdir."Cəbri əyrilərin analizinə giriş" adlı kitabı 1750-ci ildə nəşr olunmuşdur.Kramerin bu kitabı,analitik həndəsə sahəsində yazılan ilk kitablardan biridir.Kramerin ən böyük xidmətlərindən biri də,Jan və Jak Bernullilərin bütün kitabları ilə,Leybnitsin "Commerciu Epistolcum" adını daşıyan məktublarını bir araya gətirərək toplu halda nəşr etdirməsi olmuşdur.Bu gün tənlik sistemlərinin həll edilməsində istifadə edilən Kramer qaydası riyaziyyatçılara olduqca çox kömək edir.

Kristoffel (1829 - 1900)

Bir alman riyaziyyatçısı olan Elvin Bruno Kristoffel 1829-ci ildə Reynlandda anadan olmuşdur.Əvvəllər Zürih Politexnikumunda,sonralar isə Berlin və Strasburq Universitetlərində riyaziyyat professoru olaraq işləmişdir.Xüsusilə,Abel funksiyaları,cəbri funksiyalar,törəməli tənliklər və differensial həndəsə üzərində çalışmaları vardır.Reymann ilə birlikdə riyaziyyata tensor anlayışını gətirdilər və tensor hesabı üzərində şalışdılar.

Koşi (1789 - 1857)

İlk böyük fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu.Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi.Yarı aclıq içində ancaq atasının hesabına yaşadı.Atası parlamentin vəkili idi.

Kartan (1869 - 1951)

Bir fransız riyaziyatçısı olan Elie Kartan,1869-cu ildə Dolomiyada anadan olmuşdur.1912-ci ildə SorbonUniversitetində professor olmuşdur.1924-1940-cı illəri arasında ali həndəsədən dərslər vermişdir.İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir.Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır.1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.

Borel (1871 - 1956)

Feliks Eduard Emil Borel 7 dekabr 1871 günü Fransada Saint Affrique deyilən kiçik bir qəsəbədə anadan olmuşdur.Atası əhalisi protestant olan bu şəhərin keşişi idi.Anası tacir ailəsindən idi.Borel ilk dəfə 1889-cu ildə Ecole Normale məktəbində təhsil almışdır.Bu məktəbi bitirincə Linne Universitetində,Ecole Normale-də və Sorbonda riyaziyyat müəllimi olmuşdur.Analiz və ehtimal nəzəriyyəsində çox önəmli kəşfləri vardır.

Bul (1815 - 1864)

2 noyabr 1815-ci ildə Linkolnda anadan olan Corc Bul sadə bir dükançı oğlu idi.O vaxtın İngiltərəsində dükançılıq olduqca səviyyəsiz bir peşə idi.Öz-özünü yetişdirən bu dahinin yüksək zəkası ən aşağı xalq təbəqəsinə verilmişdi.Qaydalara görə bu dahi insan yüksək təbəqələrin oxuduğu məktəblərdə oxuya bilməzdi.

Bolzano (1781 - 1848)

Bernhard Bolzano,Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur.Atası bir italyan köçkünü idi.Anası Praqada mədəncilik ilə məşğul olan bir ailənin qızı idi.Bolzano, Praqa Universitetində fəlsəfə,fizika,riyaziyyat və ilahiyyat oxumuşdur.1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı.1816-ci ilə qədər bu univeristetdə dərslər keçdi.1816-ci ildə Xirstian kilsəsincə mənimsənən inam,duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı.

Leybnits (1646 - 1716)

"Məndə o qədər yaxşı fikir var ki,əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnits 1 iyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur.

Beyr (1874 - 1932)

Rene Beyr 1874-cü ildə Parisdə anadan olmuşdur.Ecole Normal məktəbində təhsilini tamamlamışdır.Daha sonra Dijon Fənn Fakultəsinin riyazi analiz dərslərini tədris etmişdir.Özü kimi fransız riyaziyyatçıları olan Henri Poincare,Emil Borel və Henri Lebeski ilə bərabər həqiqi dəyişənli funksiyalar üzərində yeni cığırlar açdı.Həqiqi analizə aid çox dəyərli kitablar yazmışdır.


Qauss (1777 - 1855)

Karl Fridrix Qauss görkəmli alman riyaziyyatçısıdır.O,Qottingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən “Ədədi tədqiqatlar” adlı əsərini yazmışdır.Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi,kvadratik formaların qısa ifadəsi,n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır.Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı.O,XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü ideyasına gəlmidi.Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni anti-evklid həndəsəsi alandırmışdı.

Laplas (1749 - 1827)

Markiz Pyer Simon de Laplas fransız materialisti,astronomu,riyaziyyatçısı və fizikidir.O,Paris və Fransa Elmlər Akademiyasının üzvü olmuşdur.1766-cı ildə Jan Dalamberin təklifi ilə ona Paris hərbi məktəbinin professoru adı verilmişdir.Laplasın elmi irsi kainat mexanikasına,riyaziyyata və riyazi fizika sahələrinə aiddir.O,mexanikanın,diferensial tənliklər nəzəriyyəsinin,xəta nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin əsasını qoyanlardan biridir.Riyazi fizikada Laplasın sadə elliptik tənliyi geniş mövqe tutmuşdur.Laplas Fransada ali təhsil sisteminin təkmilləşdirilməsində önəmli rol oynamışdır.

Lebesqyu (1875 - 1941)

Bir fransız riyaziyyatçısı olan Henri Leon Lebesqyu Fransada Bove şəhərində 28 iyun 1875-ci ildə anadan olmuşdur.Çox yaxşı bir təhsil alaraq 1897-ci ildə Paris Universitetində Ph.D. diplomunu aldı.Dirixle funksiyasının Reyman anlamında inteqralının olmadığı o zamanlar bilinirdi.Rasional funksiyalarda bir,irrasional funksiyalarda sıfır qiymətini alan funksiya riyaziyyatda Dirixle funksiyası adı ilə tanınır.Lebesqyu bu inteqralın olduğunu isbat etmişdir.


Abel (1802-1829)

Nils Henrik Abel görkəmli Norveç riyaziyyatçısıdır,müasir cəbrin və cəbri funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.Abel beşinci dərəcəli tənliyin radikallarla həlli üzərində çalışmış və dərəcəsi dörddən böyük olan hərfi əmsallı cəbri tənliklərin ümumi halda həll olunmadığını isbat etmişdir.O,radikallarla həll edilən ixtiyari qüvvətdən tənliklər sinfi yaratmışdır.O,bir sıra inteqrallamanmayan funksiyalar tapmış və öz adını daşıyan “Abel inteqralları”nı tədqiq etmişdir.Abel elliptik funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.

Laqranj (1736-1813)

Jozef Lui Laqranj böyük fransız riyaziyyatçısı və mexanikidir.O,Berlin və Paris elmlər akademiyasının üzvü,Peterburq akademiyasının isə fəxri üzvü olmuşdur.Napoleon onu “Laqranj riyaziyyat elminin möhtəşəm ehramıdır” sözləri ilə ifadə etmişdir.laqranjın riyaziyyata aid əsas əsərləri variasiya hesabına,analitik və nəzəri mexanikaya həsr olunmuşdur. “Analitik mexanika” əsəri onun ən klassik əsəridir.Laqranj bir sıra araşdırmalar apararaq Teylor sırasının qalıq həddinin düsturu,sonlu artımlar düsturu,şərti ekstremumlar nəzəriyyəsi, simmetrik
0 Yorum
funksiyalar,kəsilməz kəsrlər nəzəriyyəsi və s. kimi kəşflər etmişdir.

Evklid

alt

Evklid (e.ə IV əsr-III əsrin sonu) — qədim yunan riyaziyyatçısı, məşhur "Əsaslar" kitabının müəllifi.
Bizim eradan əvvəl yaşamış Evklid Afina qəbiləsindən olan Platonun şagirdi olmuşdur.Evklid Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gəlmiş və orada riyaziyyat məktəbi təşkil etmişdir.Evklid "Başlanğıclar" əsərində planimetriya,stereometriya və ədədlər nəzəriyyəsinə aid bir çox məsələlərin həllini vermişdir.Onun "Fiqurların bölünməsi haqqında" və s. əsəri ərəb dilinə tərcümə edilmiş və günümüzə qədər gəlib çatmışdır.Evklidin paralellər aksiomunu teorem şəklində isbat etmək etmək istəyənlər çox olmuşdur,amma nəticəsiz qalmışlar.Yalnız 1826-cı ildə dahi rus alimi Lobaçevski bu ruyazi təklifin isbatının qeyri-mümkünlüyünü isbat etdi və onun həqiqətən aksiom olduğunu göstərdi.[1]
Evklidin həyatı, riyaziyyat və həndəsə xaricindəki işləri haqqında çox az məlumat vardır. Sadəcə İskəndəriyyə Krallıq İnstitutunda ən hörmətli müəllim sayılırdı və onu şöhrətləndirən də yüzilliklər boyu çox az dəyişikliklərə məruz qalmış bir dərsliyin müəllifi olmasıdır. Təhsilini Platonun məşhur Akademiyasında aldığı təxmin edilir. Sonralar İskəndəriyyə şəhərində yaşamışdır. Onunla Ptolomeylər sülaləsindən olan Misir kralı I Ptolemey arasında olmuş bir söhbət olduqca maraqlıdır. Kral ona həndəsə öyrənməyin daha asan yolu olub olmadığını soruşduqda Evklidin cavabı: "Həndəsəyə gedən bir kral yolu yoxdur" – olmuşdur. Evklid öz zamanında mövcud olan dağınıq həndəsi bilikləri sistemləşdirmiş və həndəsi isbat metodunu yaratmışdır. O həndəsəni beşi aksiom beşi də postulat olmaq şərtilə 10 ilkin mülahizə əsasında sistemləşdirmişdir. Bu qaydaya görə ilkin mülahizələr doğru qəbul olunur və bütün sistem onların üzərinə inşa edilir. Aksiomlar umumi, postulatlar isə sırf həndəsəyə aid mülahizələr idi.


Evklidə məxsus olan paralel xətlər haqqında 5-ci postulatda deyilir: müstəvi üzərində düz xətt və xəttin üzərində olmayan nöqtədən bu xətlə kəsişməyən yalnız və yalnız bir düz xətt keçirmək olar. Bu postulata əsaslanan həndəsə Evklid həndəsəsi adlanır.
XIX-əsrdə 5-ci postulatın sübut eləmək cəhdləri qeyri-Evklid (Lobaçevski, Riman, Hilbert) həndəsələrinin
0 Yorum
yaranmasına gətirib çıxartdı.

altPifaqor eramızdan əvvəl 570-ci ildə Sidonda (və ya Samosda) anadan olub. Onun 490-cı ildə öldüyü güman edilir. Metafizika, riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifidir.
Pifaqorun həyatı əfsanələşdirilib. Onu hətta möcüzə sahibi, peyğəmbər sayanlar da olub. Herodot Pifaqoru böyük Elli Müdrikdir adlandırırdı.
Həyatı
Antik dövrdə Pifaqorun həyatı haqqında yazan çox olub. Amma ilk bioqrafiyası ölümündən iki yüz il sonra qələmə alınıb. Atasının adı Mnesarx, anasınınkı Partenid imiş. Mnesarxın daşyonan olmasıını yazanlar var. Porfiriyə görə, Mnesarx Samoslu yox, suriyalı imiş. Özü də varlı tacir olub. Ərzaq qıtlığı vaxtı Samos camaatına pulsuz taxıl payladığına görə vətəndaşlıq alıb. Bir sıra müəlliflər (Epimenid, Evdoks, Ksenokrat) yazır ki, Apollon Partenidlə əlaqəyə girib ... onu hamilə edib və bundan Pifaqor doğulub. Pifaqorun bioqrafı Yamvlix isə bunu uydurma adlandırır.

Elm dalınca Şərqə
Antik müəlliflərə inansaq, Pifaqor öz dövrünün bütün tanınmış Müdriklər ilə görüşüb. Yunanlar, farslar, xaldeylilər, misirlilərlə təmasda olub, bəşəriyyətin topladığı bütün elmləri öyrənib. İlk təhslini Samosda alıb. Sonra bura ona darlıq edib və Miletə gedib.
Burada böyük filosof Fale tələbəsi olub. Fales daha da irəliləmək üçün ona məsləhət görüb ki, elm dalınca Misirə getsin. Pifaqor onun tövsiyəsinə əməl edib. Misirdə o vaxt matah bilikləri məxfi saxlayar, xüsusən əcnəbilərə öyrətməzdilər. Laertli Diogen və Porfiri yazır ki, Samos tiranı Polikrat firon Amasisə təqdimat yazıbmış. Bu səbəbdən Pifaqorun başqa əcnəbilərə yasaq edilən elmləri öyrənməsinə şərait yaradılıb. Yamvlixə görə, Pifaqor ölkəni 18 yaş tərk edib, iyirmi iki il Misirdə olub. Oradan Babilistana gedib. Özü kefinə yox. 525-ci ildə xərac vaxtında ödənmədiyini bəhanə edərək Misiri işğal edən İran şahı Kambiz Pifaqoru da əsirlərlə bərabər Babilistana aparıb. Pifaqor 12 il də Babilistanda qalıb, maqlarla ünsiyyətə girib, onlardan elm öyrənib. Nəhayət, 56 yaş müdrik bir şəxs kimi vətənə qayıdıb.

Pifaqorun icması
Qayıdandan sonra Pifaqor Cənubi İtaliyadakı yunan koloniyası Krotonda yerləşib. Burada özünə çoxlu davamçıları toplayıb. Qısa müddətdə o, əhali arasında populyarlıq qazanıb. Hətta qızlar və qadınlar da qanunu pozub onun dərslərinə gələrmiş. Belə qanun pozanlardan biri - Teano adlı qız tezliklə Pifaqorun həyat yoldaşı olur. Pifaqorun tərəfdarlarının bir neçə min olduğu deyilir. Onları Pifaqorun çox şövqlə təbliğ etdiyi mistik fəlsəfəsi ilə yanaşı, möhkəm asketizm və ciddi əxlaqa söykənən həyat tərzi cəlb edib. Onun fikrincə, hakimiyyət müdrik və bilən adamlara verilməlidi. İnsanlar bu müdriklərə uşaq valideynlərinə tabe olan kimi tabe olmalıdı.

Əxlaq senzoru
Krorton əhalisi hamılıqla bu müdrik adamı özlərinin əxlaq senzoru seçir. Pifaqor dünyanı gəzib dolaşarkən topladığı bilikləri öyrətməyə başlayır. O, müxtəlif dinlərdən olan yaxşı hər şeyi bir yerə gətirib öz sistemini formalaşdırır. Misir kahinlərindən öyrəndikləri əsasında Pifaqor dinləyicilərinin ruhunu təmizləyir, qəlblərindən nöqsanları çıxarır, ağılları həqiqət nuru ilə doldururmuş. Pifaqorun şagirdləri sonralar islamda təsəvvüf əhli arasında geniş yayılan və unikal bir gücə çevrilən fütüvvət təşkilatları tipində bir növ dini orden və ya qardaşlıq yaradıbmış.

Gündəlik həyatı
Pifaqorun günü musiqi ilə başlayırmış. İlk öncə liradan çalar, oxuyarmış. Musiqiyə bəzən Homer və Hesiodun şerlərini də qatarmış. Düşünürmüş ki, bu şerlər adamın ruhunu sakitləşdirə bilər. Bəzən rəqsə də meyl edib - sağlamlıq və gözəl hərəkət bədənə faydalıdır deyə. Gəzintiyə çıxanda ya tək, ya da ən çoxu üç nəfər olublar. Sakitlik və gözəllik olan yerdə dolaşmağı sevərmiş. «Dost ikinci məndir» deyib, dostları sağlam olanda onlarla söhbət edər, xəstəlik zamanı və ya ruhani diskomfortları olanda təskinlik verər, musiqi ilə müalicə edərmiş. Səhərlər, adətən, şan balı, nahara darı və ya buğda çörəyi, qaynadılmış və ya çiy tərəvəz yeyib. İldə bir dəfə qırx günlük oruc tutarmış. Şagirdlərindən də tələb edərmiş ki, heç olmasa, çörək və su ilə kifayətlənsinlər.

Seçilmişlərə halal olan avama haramdır
Pifaqorun məktəbində çox sərt qayda-qanun olub. Bura qəbul olunanlar şuranın nəfinə öz şəxsi mülküiyyətindən əl çəkir, qan tökməmək andı içir, ət yeməmək öhdəliyi götürür, öz müəlliminin sirlərini qorumağa söz verirmiş. Qazanc məqsədi ilə başqalarını öyrətmək qadağan olub. Pifaqorun bir sıra kəlamlarının (Şərq mistik mütəfəkkirlərindən də belədir) zahiri və batini mənası var. Zahiri məna kütlə, batini isə seçilmişlər üçün. Məsələn, «tapdanmış yolla getmə» nin zahiri mənası məlum, batini məna isə budur: kütlənin fikrini yox, biliciləri dinləmək lazımdır. «Evdə qaranquş saxlama». Batini mənası budur: çərənçi və ağzına yiyəlik eləməyən adamları qonaq qəbul eləmə. (Bizdə qaranquş gəldi-gedərlik, etibarsızlıq rəmzi kimi işlənir: «Can verəndə sərçəyə ver, qaranquş gəldi-gedərdi»). «Gedəndə dönüb geri baxma». Yəni ölüm qabağı dünyadan dördəlli yapışma ».

«Mən indi Pifaqoram, əvvəl Evforb olmuşam ...»
Pifaqor tənasüxə - reinkarnasiyaya inanıb. Ruhun ölməzliyinə, onun bədəndən-bədənə keçib yaşadığını düşünüb. Merac barədə də maraqlı fikirləri olub. Pifaqora görə, nəinki peyğəmbərlər, ruhunu yaxşıca təmizləmiş adamlar da merac edə bilər. Özü haqqında deyirdi ki, birinci dəfə deyil dünyaya gəlir. Əvvəl o, Evforb (Troya qəhrəmanı) olub, sonra dünyaya Efalid kimi gəlib (yunan mifologiyasında Hermes və Evpolemeyin oğlu, arqonavtların carçısı, mifə görə, ona növbə ilə yeraltı və yerüstü səltənətdə yaşamaq haqqı verilibmiş. Unikal yaddaşı olub və bunların hamısını yadında saxlayıb). Sonra Hermotim olub. Sonra Pirr, nəhayət, Pifaqor. Düşünürdü ki, insan mənəviyyatca təmizlənməklə keçmiş həyatında yaşadıqlarını xatırlaya bilər.

Pifaqorun Əsərləri
Pifaqorun şifahi şəkildə yaydığı biliklər seçilmişlər üçün idi, məxfi, fövqi-təbii təlimi yazıya alına bilməzdi. Yamvlix onun kitablarının olmamasını belə izah edir: «təlimi yayılmamasında təkidli idi. Bu səbəbdən illər boyu heç kəs onun bir dənə də olsun kitabına rast gəlməyib - Filolaya qədər. Pifaqorçulardan ilk dəfə Filolay onun üç kitabını üzə çıxardı və bu, çox böyük səs-küyə səbəb oldu. Deyilənə görə, Filolay çox ağır maddi vəziyyətə düşəndə ​​Platonun tapşırığı ilə sirakuzlu Dion o kitabları çox fantastik qiymətə alıb ». Laertli Diogen yazır ki, Pifaqorun bu kitabları belə adlanıb: «Tərbiyə haqqında», «Dövlət haqqında», «Təbiət haqqında».

Pifaqorun təlimi
«Filosof» termini Pifaqora aid edilir. O, deyilənə görə, özünü və müdriklik sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir. Şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə düşünmür, bütün ömrünü şeylərin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. Deyirdi ki, kainat kürə şəklindədir, on sferada ibarətdi. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, şeylərin mənbəyində rəqəmlər durur.
Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertram Rassel yazır ki, riyaziyyat deduktiv sübut əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir. Günəş, Ay və planetlər öz orbit üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini «yalançı Pifaqor sistemi» elan etmişdi.
Hər bir sfera rəqəmlə müəyyən edildiyindən özünəməxsus səsi var. Bunun nəticəsində kosmos harmonik bir dünya xoru təşkil edib. Allah təkdir, O rəqəmlər rəqəminin. Allah qanun kimi təzahür edir. O, qanunun özüdür. Bu qanunun qəbul edilməsi qanuna əməl etməyə and içmək deməkdir. Pifaqorçular and içəndə düşünürdülər ki, öhdələrinə götürdükləri vəzifə Allah tərəfindən təqdis edilir.

Harmoniya haqqında
Deyirdi ki, kainatda hər şeydə bir harmoniya var. Göy cisimlərinin ritmlərinin kombinasiyasında da - onlar bu harmoniya üzrə fəzada hərəkət edirlər və bu, sferalar musiqisi adlanır - musiqi sənətində də. Elə bu harmoniya ilə musiqi ruhu müalicə edə bilər. Harmoniya təkcə fiziki səviyyədə deyil, kosmik və əxlaqi nizam arasında da bir harmoniya var. Yəni Yerdə insanların əxlaqi deqradasiyaya uğraması kosmik kataklizmlərlə nəticələnə bilər (maraqlı deyilmi, Qurani-Kərimdə yazılır: «Kafirlərin küfründən AZ QALIRDI GÖY çatlayan»)
Pifaqor melodiyalar bölmüşdü: bir qismi ruha zülm edən iztirablara, ümidsizlik və məyusluğa qarşı olanlar; qəzəb və qərəzə olanlar; ehtiraslara qarşı olanlar. Pifaqorçular oktava, kvint və kvartın harmonik qarşılıqlı əlaqəsini, bundan başqa, onları idarə edən ədədi qanunları kəşf etmişdilər. Bütün bu kəşflər onun Şərqdə öyrəndiklərinin əsasında vücuda gətirilmişdi ...

Pifaqor və muğam
Müsəlman alimlərindən Pifaqoru peyğəmbər hesab edənlər də var. Pifaqor Meraj etdiyini, göydəki ulduzlarla birlikdə göylərin firlandigini öz gözləri ilə gördüyünü deyirdi. Bu dönüşdən müəzzəm və ilahi bir ahəng yarandığını, bu ahəngi duyduğunu deyirdi. Onun fikrincə, insanlar öz mənəviyyatını təkmilləşdirməklə, ruhən yüksəlməklə merac edə bilərlər. Pifaqor musişini də rəqəmlərlə izah edirdi. Onu da ilahi dərkə aparan yol sayırdı. Deyilənə görə, o, dövrünün musiqisini ilahi ahəngə görə islah edib. Ondan sonra seçilmişlər üçün olan musiqiyə elmi-ədvar - dövrələr elmi adı verilibmiş. Onu da yazırlar ki, muğamların əsası da ərəb və ya fars yox, yunan mənşəlidir. Bu musiqidə əsas olan on iki məqam on iki bürcə, yeddi səs yeddi ulduza, iyirmi dörd şöbə iyirmi dörd saata, qırx səkkiz tərkib isə ilin qırx səkkiz həftəsinə uyğundur. Hətta deyirlər, günün müxtəlif vaxtlarında təsirləri baxımından hansı muğamın dinlənməsinin məqsədəuyğun olmasını təyin edən cədvəl yaradıbmış Pifaqor və ya onun ardıcılları ..

Ölümü
Pifaqorun necə ölməsi haqda dəqiq məlumat yoxdur. Deyilənə görə, qardaşlığın şöhrəti bütün dünyaya yayılırmış, onun sərt əxlaq tələb edən təlimi hakimiyyəti qane etmədiyindən şəhərdə qara camaatı onların üstünə qaldırıblar. Başqa bir versiyaya görə, bir gün Pifaqorun yanına çəki adlı bir varlı və hikkəli adam gəlir. Təkidlə tələb edir ki, onu qardaşlığa qəbul etsinlər. Rədd cavabı alandan sonra Pifaqorla mübarizəyə başlayır və hətta onun evini yandırır. Şagirdlər öz həyatlarını riskə ataraq mülləimlərini xilas edirlər. Ehtimala görə, Pifaqor üsyançılardan qaçandan sonra Metaponta gəlib, muzaların məbədində qırx gün ac qalıb və aclıqdan ölüb. Aradan 450 il keçəndən sonra Metapontda Pifaqorun sərdabəsi şəhərin diqqətəlayiq yerlərindən biri kimi qonaqlara göstərilirdi.

altAvropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.
Buxara o vaxtlar böyük Samanilər dövlətinin paytaxtı, eyni zamanda nəinki Şərqin, ümumiyyətlə, dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə böyük məscid və mədrəsələr, indiki terminologiya ilə desək, akademiya var idi. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir, onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər, disputlar düzənləyirdilər. Şəhərdə çoxlu kitabxanalar da vardı. Hətta onların bəzisində oxuculara pulsuz kağız, qələm, mürəkkəb verilirdi. Başqa yerlərdən gələnlərə isə mehmanxanada pulsuz yer, hətta təqaüd ayrılırdı. Bundan başqa, özünə hörmət edən varlı adamların hamısının fərdi kitabxanası olurdu.
Buxaraya köçəndən sonra İbn Sinanı müəllimlərə tapşırırlar. Amma qısa müddətdə yeniyetmə onları heyrətə salır. O, paralel şəkildə, ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı… öyrənmək üçün ayrı-ayrı müəllimlərin yanına gedirdi. Deyilənə görə, unikal zəkaya sahib olan ibn Sina səkkiz yaşında artıq Quranı əzbər bilirmiş. Necə çalışması barədə o, xatiratında belə yazır: «On altı yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi». On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı yetişmiş alim kimi qəbul edirdilər. İyirmi yaşı olanda artıq ibn Sina bir neçə kitabın müəllifi idi: təbii elmlərə aid geniş ensiklopediya, qanunların 20 cildlik izahı, etikaya dair kitabı və tibbi lüğəti vardı.

Tibb ilə maraqlanması

On dörd yaşı olanda İbn Sina tiblə maraqlanır. Deyilənə görə, onu tiblə məşhur həkim Əbu Səhl Məsihi maraqlandırıb. Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Birgə çalışmaları Xarəzmdə olub. Buxarada saray çevrilişi olanda ibn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə ibn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən ibn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

Bibliyadan sonra ikinci

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qaytması ilə insan görür.
İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bildgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında ibn Sinanın hipotezini sübut etməyə müyəssər oldu.

«Yaxın günlərdə pişik doğacaqsan»

Bundan başqa, ibn Sina nəbz haqqında nəzəriyyə də yartadı. «Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da yazır. Deyilənə görə, o nəbzə görə xəstələrə diaqnoz da qoya bilirmiş. İbn Sinanın bu bacarığı barədə də bir əfsanə var. Deyilənə görə, İran şəhərlərinin birindən keçəndə xəstə adamlar toplaşıb xahiş edirlər ki, böyük loğman onlara heç olmasa diaqnoz qoysun. Vaxt az, növbə isə həddən artıq imiş. İbn Sina təklif edir ki, adamlar sıraya düzülsün. Hər kəs öz biləyinə bir kəndir bağlasın. İbn Sina sıranın önündən keçib o kəndirləri əlinə almaqla nəbzə görə hər kəsin diaqnozunu qoyacaq. Qoca bir qadın ona inanmadığından, sınamaq istəyindən və ya zarafat məqsədi ilə donunun atında bir bir pişik gizlədir və kəndiri pişiyin biləyinə bağlayır. İbn Sina adamların xəstəliyini deyə-deyə gəlib çatır qadının bərabərinə. Onun kəndirini əlinə alandan sonra qarıya deyir: «Sən bu günlərdə pişik doğacaqsan».

İbn Sina və Bəhmənyar

İbn Sina tibb üzrə olduğu kimi, fəlsəfədə də dövrünün böyük alimi, Şərq peripatetikir məktəbinin görkəmli nümayəndəsi idi. O, başqa sahələrdə olduğu kimi, fəlsəfədə də nəhəng irs qoyub və çoxlu alimlər yetişdirib. Onun şagirdlərindən biri də böyük Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban olub. Onların tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tannmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün ibn Sinanın laboratoriyasına qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün olara köz lazımdır. Alimlər uşağa deyirlər: «Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan? Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: «Közü bura qoyun». Alimlər uşağın fərastinə heyran olurlar. İbn Sina isə onun validenylərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə vers

Oxunub: 717 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (10) Davamı...

KIMYA
Bölmə: kimya

alt

Kimya təbiət elmlərindəndir. Təbiəti öyrənən digər elmlər də var. Həmin elmlərin ümumi adı təbiətşünaslıqdır. Fizika, kimya, biologiya, fiziki coğrafiya, astronomiya və s. təbiət elmləridir.

Kimyanın tədqiqat obyekti maddələr - atom və molekullardır. Bunlar kimyəvi hissəciklər adlanırlar. Onların ölçüsü 10-10 – 10-6 metr arasında olur. Bundan kiçik ölçülü hissəcikləri fizika öyrənir. Həmin hissəciklər mikrohissəciklər adlanır. Ölçüsü iri olan hissəciklərdə baş verən prosesləri də fizika öyrənir.

alt
alt
Kimyəvi elementlərin müasir periodik cədvəli

Adı kimyəvi üsullarla daha bəsit maddələrə ayırmanın mümkün olmadığı təbii və süni maddələr. Kimyəvi elementlər bir biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirir. Hər kimyəvi element, nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olanatomlardan yaranmışdır. Atomların nüvəsi sayca həmin elementin atom nömrəsinə bərabər protondan və müxtəlif sayda neytrondan ibarətdir. Eyni elementin kütlə ədədləri müxtəlif olan növlərinə izotopdeyilir. Kimyəvi elementlərin çoxunun təbiətdə iki və ya daha artıq izotopu var. 81 elementin 276 sabit və 1500-ə yaxın radioaktiv izotopu məlumdur. Yer üzərində təbii elementlərin izotop tərkibi, adətən, sabit olduğundan hər elementin atom kütləsi, demək olar ki, daim sabit qalır və elementin ən mühüm xarakteristikalarından biridir.

Hələlik elmə məlum olan Kimyəvi elementlərin sayı 117-dir (2008). Onların əksəriyyəti radioaktiv deyil və təbiətdə mövcud olan bütün bəsit və mürəkkəb maddələri əmələ gətirir. Bəsit maddə - elementin sərbəst haldakı formasıdır.

[redaktə / تحریر]Mənbə

altalt

alt


alt altaltaltƏsas məqalə: Kimya

alt
alt
Yusif Məmmədəliyev. Görkəmli Azərbaycan kimyaçısı.

Kimya (ərəb. کيمياء‎‎, hesab edilir ki, qədim Misir sözü "chemi"-dən yaranıb, "qara" deməkdir, digər variantlar qəd. yun. χυμα — " metal ərintisi "), qəd. yun.χυμευσις – " qarışdırmaq") – təbiət elmlərindən biridir. Maddələr, onların xüsusiyyətləri, quruluşu, kimyəvi reaksiyalar və kimyanın fundemental qanunları haqqında elmdir. Bütün maddələr kimyəvi əlaqələr vasitəsi ilə molekullar yaradan atomlardan ibərət olduğuna görə, kimya əsasən atomlarla molekullarlar arasındakı əlaqələri öyrənməklə məşğuldur. Kimya [13]fizika ilə çox sıx bağlıdır və fərqləri nisbidir. Müasir kimya çoxsahəli təbiət elmidir.

Kimya müstəqil elm sahəsi kimi XVIXVII əsrlərdə bir səra elmi kəşflərdən sonra tanındı. Bu kəşflər mexanikləşdirmə vasitəsi ilə əl əməyini istehsaldansıxışdırdı, sənayeni mexanikləşdirdi, burjua cəmiyyəti yaratdı.

Kimyəvi proseslərin çoxunu birbaşa laboratoriyalarda əvvəlki nəticələrə əsaslanaraq öyrənmək mümkündür. Kimya digər təbiət elmləri ilə söx bağlı olduğundan onu bəzən əsas elm də adlandırırlar. İlk kimya təcrübələri əsasən əlkimya sistemi ilə bağlı idi və mistikanın təsiri altında idi. [14] Elm Robert Boylun qazı kəşf etməsi və Antuan Lavuazyenin kütlənin saxlanması nəzəriyyəsini işləməsi ilə yeni keyfiyyət dərəcəsinə qalxdı. Kimyəvi elementlərin kəşfi və atom nəzəriyyəsinin hazırlanması kimya elmini sistemləşdirməyə kömək etdi. Bununla da tədqiqatçılar maddənin quruluşunu, kimyəvi tərkibini və kimyəvi reaksiyaların rolunu daha dərindən dərk edə bildilər. Kimya elminin inkişafı kimya sənayesinin inkişafına və dünya iqtisadiyyatının uğurlarına gətirib çıxardı.

[redaktə / تحریر]Fizika

Newtons cradle animation smooth.gif
alt

Fizika dünyanın fiziki xüsusiyyətlərini, onların bir-birinə təsirini və bu təsirdə yaranan nəticələri öyrənir. Fizika fundamental elm sayılır. Fizklər riyaziyyatdan əldə etdikləri prinsiplərin məntiqi əsaslarını və kəmiyyət göstəricilərini hazırlamaq üçün istifadə edirlər. Kainatın öyrənilməsinin böyük tarixi vardır və tarix boyu edilən zəngin müşahidə və təcrübələrdən ibarətdir. Fizikanın əsas vəzifəsi dünyanın idarə edilməsində əsas fiziki qanunların müəyyənləşdirilməsi və dəqiqləşdirilməsidir. Tarix boyu bu məsələ ilə antik fəlsəfə məşğul olmuşdur.

Fizika tarixində əsas hadisələri klassik mexanika qanunları, İsaak Nyutonun ümumdünya cazibə qanununun kəşfi, elektroenergetika və ondan istifadə, Albert Eynşteynin nisbilik nəzəriyyəsini işləməsi, termodinamika nəzəriyyəsinin hazırlanması, atom və nüvə fizikasının kvant-mexanika modelinin hazırlanmasıdır.

Fizikanın sahələri çox genişdir və ora kvant mexanikasından optikaya qədər fərqli sahələr daxildir. Müasir fizika müxtəlif sahələrdə çalışan Albert Eynşteyn və Lev Landaudan fərqli olaraq artıq dar sahələrdə ixtisaslaşmışdır.

[redaktə / تحریر]Yer haqqında elmlər

alt
alt
Şimşək çaxması

Yer planeti (onun litosferihidrosferi və atmosferi) və onu əhatə edən kosmik fəza haqqında geniş əhatəli elmlərdir.[15] Bu elmlər həmçinin yerdəki okeanları və bərk qruntun da öyənilməsi ilə məşğul olurlar. Tədqiqatda fizikakimyabiologiyariyaziyyat və Yer haqqında elmlərin tarixi elmlərinin elmi alətlərindən geniş istifadə edilir. Yer haqqında geniş informasiya Yerin keçmişi, indiki vəziyyəti və gələcək inkişafı barədə sistemli təsəvvür yaratmağa imkan verir. Həmçinin Yer əmələgəlmə prosesində yığılan enerji haqqındada məlumat əldə etmək olur.[16]

Yerin öyrənilməsi yer qrupundan olan digər planetlərin öyrənilməsi ücün zəmin yaradır. Yer kainatda həyatın mövcud olduğu məlim olan yeganə göy cismidirGünəş sistemini dolğun öyrənməyə imkan verən kosmik zondlar yaranandan sonra Yer haqqında elməplanetologiya da əlavə edildi. Bununla da Yer haqqında elm Yer və kainat haqqında elmə çevrildi.

Yer haqqında əsas elm geologiyadır. O Yer kürəsinin üst hissəsini, onun tərkibini və təkamülünü öyrənir. 1960-cı ildən elm geofizikanın məşğul olduğu yerin dərin qatlarını da tədqiq edir. Geologiya keyfiyyət göstəricilərinə istiqamətlənir.

Geoloji elmlər ayrılıqda fəaliyyət göstərə bilməyən çoxsaylı aşağıdakı elmləri də əhatə edir:

vulkanologiyageliemetriyageologiyatektonikageomorfologiyahidrogeologiyalimnologiyaminerologiyapaleontologiya,petroqrafiyatorpaqşünaslıqsedimentologiya və s.

[redaktə / تحریر]Təbiət elmlərinin digər elmlərə təsiri

Ənənəvi olaraq elm dedikdə daha çox fundamental təbiət elmləri (natural science) nəzərdə tutulur, texnoloji inkişaf üçün isə mühəndislik elmlərinə (artificial science) ehtiyac vardır. Elm fundamental bilikləri əldə edir. Ona söykənən mühəndislik elmi isə, artıq məlum qanunlara əsasən istehsalat yaradır və onun davamlılığına ciddi diqqət edir.

Müasir təbiətşünaslığın ən səciyyəvi cəhətlərindən biri də elmlərin qarşılıqlı təsirinin olmasıdır. Buna görə də müasir dövrdə təbiətşünaslıqdakı sintetik ənənə daha çox əhəmiyyət kəsb edir. Müxtəlif elmlərin əldə etdiyi nailiyyətlərdən biri də obyektin öyrənilməsində inteqrasiyaya daha çox fikir verilməsidir. Sintetik ənənə müxtəlif elmlərin qovuşduğu yerlərə aid biliklərin müəyyən edilməsində özünü xüsusilə büruzə verir. Son illərdəki elmi ixtira və kəşflərin əksəriyyətini sintetik elmlərə aiddir. Biliklərin sintezi sayəsində müasir təbiətşünaslıqda maddənin təkamülü və onun bir-birinə keçən müxtəlif növ quruluş əlaqələri haqqında bitkin və püxtləşmiş nəzəriyyələr yaranır. Minerallarla canlılar arasındakı əlaqələr açılır. Canlı və cansız aləm arasındakı sərhədin şərti olduğu daha çox nəzərə çarpır.

Təbiət elmlərinin öyrənilməsi daha dərin elmi biliklər və maliyyə tələb edir, lakin birbaşa texnoloji inkişaf ilə bağlı olan isə mühəndislik elmləridir. ABŞAlmaniyaYaponiyaBöyük Britaniya və Fransa kimi güclü dövlətlər fundamental biliklər əldə etmək üçün təbiət elmləri ilə məşğul olurlar. Kiçik dövlətlər daha çox tez bir zamanda sənayedə istifadə oluna biləcək mühəndislik elmlərinə üstünlük verilir.

Kimya, fizika, biologiya, riyaziyyat elmləri təbiət elmi kimi tarix boyu öyrənilərək inkişaf edib. Onunla müqayisədə kimya mühəndisliyi, biotexnologiya, elektrik-elektronika mühəndisliyi elmləri hələ inkişafın astanasında sayılır. [17]

Oxunub: 513 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (12) Davamı...

AZERBAYCAN DILLI
Bölmə: azerbaycan dilli


Azərbaycan dili[4] — Azərbaycan türklərinin ana dili, eləcə də bütün azərbaycanlıların ünsiyyət dili. Türk dillərinin cənub-qərb qrupuna daxildir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasında[5] rəsmi dövlət dilidir.

Azərbaycan dilindən AzərbaycanİranİraqGürcüstanRusiyaTürkiyəUkrayna ərazisində geniş istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — QubaŞamaxıBakıMuğan və Lənkəran dialektləri
  2. Qərb dialekti — QazaxQarabağGəncə dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — NaxçıvanOrdubadİrəvan dialektləri

Azərbaycan dili genealoji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili türktürkmən və qaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir.

Mündəricat

  [gizlə

[redaktə / تحریر]Qısa tarixi

Azərbaycan dilinin və xalqının təşəkkülü III – VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir.[6] XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar.[7]

N.Cəfərov "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" əsərində "XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkidən də istifadə olunduğunu" göstərir.[8]

Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi[9] [10]. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı: "...xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı."[11]

Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə "tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır[12]

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.

1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.

1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: "Azərbaycanın dövlət dili Azərbaycan dilidir…"[13]

Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir:

  • Azərbaycan dilidir;
  • Türk dilidir;
  • Azərbaycan türk dilidir;
  • Azəri türkcəsidir;
  • Azərbaycan türkcəsidir;
  • Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.

Prezident Heydər Əliyevin çıxışından: "Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var… Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm"[14]

Yenə həmin iclasda dövlət başçısı qeyd edir: "… taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyibəlr. Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı – "russko-tatarskaya şkola"… Mən bununla sa­dəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək".

Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:

  • iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;
  • Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlartatlarkürdlərləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar;
  • "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.[15]

[redaktə / تحریر]Azərbaycan dilinin iki dövrü haqqında

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük. [16]

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

  1. ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),
  2. klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

  1. ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),
  2. milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),
  3. müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra).

[redaktə / تحریر]Fonetik xüsusiyyətləri

Fonetik xüsusiyyətinə görə "ə" foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilinin fonem tərkibində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' – 'alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

[redaktə / تحریر]Sintaktik xüsusiyyətləri

alt
alt
Ana dili abidəsi (Naxçıvan)

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (

Oxunub: 613 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (8) Davamı...

AZERBAYCAN TARIXI
Bölmə: azerbaycan tarixi

tarix testleri

1.Xürəmilər hərəkatı zamanı cəsur sərkərdə Adin başçılıq edirdi?

A)Bəz qalasının müdafiəsinə
B)Bütün xilafət qoşunlarına
C)Babəkin ailə üzvülərinin təhlükəsizliyinə
D)Bizans süvari hissələrinə

2.Cavanşir ölkənin şimal sərhədlərini qorumaq üçün: 
A)Xəzərlərə qarşı bizansla müqavilə bağladı
B)Dərbənd hasarlarının tikilməsi üçün göstəriş verdi
C)Xəzər xaqanı ilə görüşüb sülh bağladı
D)Ölkənin şimalında hərbi qalalar tikdirdi

3.Məzdəkilər hərəkatının səbəbi:
A)İcma torpağının kəndlilərin əlindən alınması
B)Yadelli özbaşnalıgı,can vergisi
C)Feodalistismarının güclənməsi,islamın qəbulu
D)Feodal istismarı,sasanilərin zülmü və özbaşınalığı

4.Albaniyanın Uti,Şakasen,Girdiman,Kolt və qonşu vilayətlərdən məhrum olduğu döyüş?
A)Amid B)Xalxal C)Dizirav D)Avarayr

5.Məzdəklər hərəkatına yönəlmisdi
A)Romalılara qarşı B)Sasanilərə qarşı C)Ərəblərə qarşı D)Yunanlara qarşı

6.Xranoloji ardıcılığı müəyyən edin?
1.Alanların Albaniyaya yürüşü
2.Albaniyanın süqutu
3.Azərbaycanın sasanilərin tərkibinə qatılması
4.Girdiman dövlətinin yaranması
A)1,3,4,2 B)1,3,2,4 C)3,2,1,4 D)4,1,3,2

7.Xranoloji ardıcılığı müəyyən edin?
1.Albanyaya son qoyulması
2.Aqulun kilsə məclisinə çağrilması
3.Məzdəklərin başlanması
4.Iranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi
A)2,3,4,1 B)3,4,1,2 C)4,2,3,1 D)1,2,3,4

8.Xranoloji ardıcılığı müəyyən edin?
1.Maqneziya döyüşü 2.Qavqamela döyüşü 3.Dizrav döyüşü
4.Xalxal döyüşü 5.Məzdəklər hərəkatının yatırılması
A)2,3,4,5 B)5,2,4,3,1 C)2,1,4,5,3 D)4,2,5,1,3

9.Alban hökumdarı Dizrav döyüşündə kimin tərəfindən çıxış edirdi.
A)Romalıların B)Sasanilərin C)Ermənilərin D)Parfiyalıların

10."Amil",Bəril",Mövla" anlayışlarıı Azərbaycanda ilk dəfə işlənmişdir?
A)Monqoların dövründə B)Ərəblərin dövründə C)Səlcuqların dövründə
D)Sasanilərin dövründə

11.Qanunauyğunluq gözlənib.
A)Sanatürk-Sasani hökümdarıdır
B)Sasanilər sülaləsinin mənşəyi-Türk idi
C)Beyləqan-"Aranın anası"kimi tanımışdır
D)Ermənistan 387-ci ildə İranla Roma arasında bölüdürülüb

12.Sasanilər dövründə olan əsas vergilər?
A)Malcəhət,Gezit B)Xərac,Malcəhət C)Gezit,Xərac D)Çobanbəyi,Cizyə

13.Sasanilərin hakimiyətə gəlməsilə İranda hansı sülanənin hakimiyətinə son qoyuldu?
A)Arşakilərin B)Seleviklərin C)Xəzərlərin D)Mehranilərin

14.Xilafət dövründə Azərbaycanda feodal torpaq mülkiyyətinin hansı formasını almaq,satmaq və xüsusi mülkiyətə çevirmək qadağa idi.
A)Divani B)Xanədan C)Vəqf D)Mülk

15.Xronoloji ardıcılığı müəyyən edin?
1.Həsdadsər döyüşü
2.Bəz qalasının alınması
3.Xürrəmilərə qarşı ilk nizami ordu göndərilməsi
4.Şirvanşahlar dövlətinin yaranması
A)3,1,2,4 B)4,2,1,3 C)1,3,2,4 D)3,4,1,2

16.Sasanilər Albanyada hərbi etnik dayaq yaratmaq məqsədilə həyata keçidikləri tədbirlər?
A)Aqrar islahatı B)Köçürmə siyasəti C)İnzibati islahat D)Atəşbərəstliyin yayılması

17.Xilafətdə "xaricilər" təriqətinin tərəfdarları tələb edirdilər?
A)Vergilərin ləğv edilməsini
B)Xəlifənin xalq tərəfindən seçilməsini
C)Əmlak bərabərliyini
D)Əsgəri mükəlləfiyətlərin ləğv edilməsini

18.Vəqf adlanırdı?
A)Yerli feodaların irsən keçən torpaqları
B)Müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlar
C)Ərəb feodallarına şərti verilən torpaqlar
D)Kənd icmasına məxsus torpaqlar

19.Xilafət dövründə Azərbaycanda dövləti tərəfindən orduda göstərdiyi xidmətə görə verilən sahibinin şəxsi mülkiyətinə çevirilən və nəsildən-nəsilə keçən torpaqlar adlandırılırdı?
A)İcarə edilən iqta B)Mülk C)Bağışlanan iqta D)Vəqf

20.ııYezdəgirdin ölümündən sonra ııVaçe Albanyanın daxili siyasətində hansı dəyişikliyi etdi?
A)Albanyanın idarəçiliyini kahinlərə tapşırdı
B)Ölkəni mərzibanlıqlara böldü
C)Xristianlığın qadağan edilməsi haqqında fərman verdi
D)Zərdüştlük və atəşpərəstlik dinindən imtina etdi

21.Ərəblərin məğlub olduqları döyüşlər?
A) 643-Bələncər və 829-Həşdətsar
B) 833-Həmədanvə 653-Bələncər
C) 829-Həşdətsar və 833-Həmədan
D) 833-Həmədan və 829-Həştədsar

22.Göstərilən hansı hadisə Azərbaycanda baş verməyib?
A)Bəndərin üsyanı B)Xürəmilə hərəkatı
C)Babəkin edamı D)Ağa Məhəməd şah qacarın öldürülməsi

23.Xürəmilər xilafətə qarşı ilk üsyanı Babəkin edamından neçə il ayırır?
A)50 B)60 C)30 D)28

24.Bəzz məğlubiyyətindən sonra Arrana gəlmiş Babəkin məqsədi?
A)Afşinlə sülh bağlayıb xürrəmilərin qalan qüvvələrini qoruyub saxlamaq
B)Xəzər xaqanlığı ilə saziş bağlayıb müharibəni davam edirmək 
C)Bizans imperatorunun yanına getmək və yeni qüvvə toplayıb ərəblərə qarşı müharibəni dəvam etirmək
D)Yerli feodallar xəyanət etdiyinə görə onlardan intiqam almaq

25.Dizrav döyüşündə urnayırın sasanilər tərəfindən vuruşmasında məqsədi? 
A)Ermənistan dövlətinin müstəqiliyinə son qoymaq 
B)Albaniya torpaqlarının bütövlüyünü qoruyub saxlamaq
C)Ön qafqazdan keçən ticarət yollarına nəzarət etmək
D)Roma imperiyasının torpaqlarının bölüşdürülməsində iştirak etmək

   Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

 


Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.


Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.


Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.


 Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.


Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

 Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.


Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.


İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.


Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.


XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.


Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.


Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.


 XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.


Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.


Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.


Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.


Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.


Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı.


XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.


Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.


Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.


Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.


Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").


 Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.


Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.


Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika --- Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.


Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.


Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.


Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir.

Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.


Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.


Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

 Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.


Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.


Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı.

 

Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu.


Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi.


1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.


Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.


30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziya

Oxunub: 206 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

FIZIKA
Bölmə: fizika

Fizika - təbiətin ən ümumi qanunlarını,bizi əhatə edən maddi aləmialtn quruluşunu və xassələrini öyrənir. Fizika yunanca "füzis "sözündən gptürülmüşdür və mənası təbiət deməkdir. Ən sadə obyektlərdən (elementar zərrəciklərdən)tutmuş milyardlarla qalaktikanı özündə birləşdirən və haliyədə genişlənməkdə olan Kainata qədər hər şey daim hərəkətdədir, bir-birləri ilə qarşılıqlı təsirdədir və məlumat mübadiləsindədir.

Müasir cəmiyyət ilk növbədə fizika elmində edilən kəşflərin praktiki tətbiqi nəticəsində meydana gəlib. Elektromaqnetizmin öyrənilməsitelefonların, termodinamikanın öyrənilməsi avtomobillərin, elektronikanın inkişafı kompüterlərin metdana gəlməsinə səbəb olub.

Fizikada təbiəti öyrənmə metodları - müşahidə, eksperiment və nəzəriyyədir.

Müşahidə - hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulması, yaxud xüsusi cihazlarla məqsədli şəkildə seyr edilməsidir.

Eksperiment - hadisələrin əvvəlcədən düşünülmüş plan əsasında, xüsusi şəraitdə, xüsusi cihazlarla öyrənilməsinə deyilir.

Nəzəriyyə - real aləmin insan beynində ümumiləşmiş şəkildə əksidir. Fizika və texnika sıx əlaqədardır. Fizikanın inkişafı texnikanın inkişafına, əksinə, texnikanın inkişafı isə elmdə yeni-yeni kəşflərə zəmin yaradı

altalt [page=1]Fizika - təbiətin ən ümumi qanunlarını,bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənir. Fizika yunanca "füzis "sözündən gptürülmüşdür və mənası təbiət deməkdir. Ən sadə obyektlərdən (elementar zərrəciklərdən)tutmuş milyardlarla qalaktikanı özündə birləşdirən və haliyədə genişlənməkdə olan Kainata qədər hər şey daim hərəkətdədir, bir-birləri ilə qarşılıqlı təsirdədir və məlumat mübadiləsindədir. Müasir cəmiyyət ilk növbədə fizika elmində edilən kəşflərin praktiki tətbiqi nəticəsində meydana gəlib. Elektromaqnetizmin öyrənilməsi telefonların, termodinamikanın öyrənilməsi avtomobillərin, elektronikanın inkişafı kompüterlərin metdana gəlməsinə səbəb olub. Fizikada təbiəti öyrənmə metodları - müşahidə, eksperiment və nəzəriyyədir. Müşahidə - hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulması, yaxud xüsusi cihazlarla məqsədli şəkildə seyr edilməsidir. Eksperiment - hadisələrin əvvəlcədən düşünülmüş plan əsasında, xüsusi şəraitdə, xüsusi cihazlarla öyrənilməsinə deyilir. Nəzəriyyə - real aləmin insan beynində ümumiləşmiş şəkildə əksidir. Fizika və texnika sıx əlaqədardır. Fizikanın inkişafı texnikanın inkişafına, əksinə, texnikanın inkişafı isə elmdə yeni-yeni kəşflərə zəmin yaradır.

Oxunub: 182 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

INFORMOTIKA
Bölmə: informatika

Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Ücüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı “biliklər iqtisadiyyatının”, başqa sözlə neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.

Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı (İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Azərbaycan Respublkası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr üçün hökümət proqramı statusu almışdır. Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.

[redaktə]“İnformatika kursunun məqsədi

İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.

[redaktə]“informatika” elminin predmeti haqqinda ümumi məlumat

İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların intelektual fəaliyyətinin məhsulu kimi informasiya ehtiyatları sürətlə çoxalmağa başlanmışdır.

İnformatika - kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. “İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.

İnformatikanın fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir. Akademik B.M.Qluşkovun və B. S. Mixaleviçin fikrinə görə informatika kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.

“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi hallarda “Kompüter elmləri” (Computer science) termini ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar şəklində ifadə olunur. İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar.

  • İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
  • İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.
  • İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə qəbul edilməsi, saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözundən) qəbul edilmişdir. Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

  • 1 Bayt=8 bit;
  • 1 Kb = 1024 bayt = 210 bayt;
  • 1 Mb= 1024 Kb = 220 bayt;
  • 1Gb= 1024 Mb = 230 bayt;
  • 1Tb = 1024 Gb = 240 bayt.

[redaktə]İnformasiya prosesləri və onların avtomatlaşdırılması

Kompüter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.

  • İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
  • İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompüterlərdə istifadə olunan daşıyıcılarlda - maqnit və lazer disklərində və qurğularıında saxlanır.

İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Aftomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya istifadəçilərə adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

Qeyd olunmalıdır ki, son illərdə “İnformatika” termini əvəzinə “Kompüter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə olunur.

“Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.

İnformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.

İnformatikanin və IKT-nın yeni elm sahəsi kimi inkişafi. Hazırda İKT müstəqil və yeni elm sahəsi kimi formalaşır. İT-ın tədqiqat obyekti informasiya proseslərinin səmərəli təşkili üsullarıdır, tədqiqat pedmeti isə İT-ın nəzəri əsasları və yaradılması üsullarıdır. İT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və fundamental informatikanın bir bölməsidir. Onun nəzəri əsaslarını nəzəri informatika və ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir.

Kompüter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.

[redaktə]“İnformatika” fənninin əhəmiyyəti və vəzifələri

Informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. Informatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.

İnformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır. İnsanların praktiki fəaliyyətə, əməyə və öz təhsillərini fasiləsiz davam etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və informasiya mədəniyyətinin aparıcı rol oynamasından, gənclərrin İnformasiya cəmiyyətinə nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. İnsanlar informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.

[redaktə]“İnformatika” fənninin əsas tərkib hissələri

İnformatika fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri mövcuddur: a)İnformasiya və informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.

İnformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür. İnformasiya proseslərinə müxtəlif təlim prosesində, idarəetmədə qərar qəbul etmədə texniki layihələrin işlənməsi və s. zamanı baş verən informasiya çtvrilmələri də aiddir. İnsan öz fəaliyyəti prosesində ətraf aləmdən informasiya almadan keçinə bilməz və bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin proseslərə şüurlu, hərtərəfli və məntiqi yanaşır.

Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma. Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin, onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın. Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır. Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.

Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli, formalı proseslərin formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllığının öyrənilməsi, məsələlərin həlli ardıcıllığının müəyyənləşdirilməsi vacibdir və onsuz kompyuter vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.

Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri. Müasir kompyuterlər bir-birini tamamlayan iki - texniki təminat hissəsindən (qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun proqram təminatı kompyuterin yaddaş qurğularında saxlanılan və kütləvi istifadə olunan proqramlar toplusundan ibarətdir.

İKT kursuna mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video konfrans, Internet, informasiya sistemləri və s. daxildir və onların öyrənilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.

Cəmiyyətin informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır.

İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.

[redaktə]Elmi tədqiqat işlərinin yerinə yetirilməsində IKT-nin rolu və yeri

Elmi sahələrdə informasiyalaşdırma, kompüter, telekommunikasiya texnologiyalarının və müasir informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni İKT-dan istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar.

Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompüterləşdirilmiş və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də həyata keçirməlidir:

  • İnformasiya resuslarının elektronlaşması;
  • Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanı;
  • Rəqəm kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
  • ET-da kompüter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
  • Elmi verilənlər bazasına girişin təmini;
  • Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
  • İnformasiya mərkəzləri və fondları arasında səmərəli əlaqənin qurulması;
  • Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
  • Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.

[redaktə]İnformatikanin və IKT-nin digər elm sahələrində tətbiqi

İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsisi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır. Ona görə də burada iqtisadiyyat elminin nümunəsində İnformatikanın tətbiqi məsələlərinin təhlilinə baxılır. Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın, iqtisadi-riyazi üsul və modellərin inkişafı da informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açdı və informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşdı.

İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi informatika yaranır.

Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya təsir edir, onu öyrənir, ona iqtisadi obyekt kimi baxır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın iqtisadiyyatı bölməsinin üzərinə düşür.

Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.

Bununla yanaşı əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaratmışdır.

[redaktə]İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və azərbaycandaki müasir vəziyyəti

Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü - mikroprosessorların, fərdi kompüterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.

  • İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
  • <span style="font-size: small;
Oxunub: 87 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

MEULLIMLERIMIZ
Bölmə: qagikesh mellimlerimiz

 

İKT fənnini tədris edən müəllimlərimiz Kazımova Sülhiyyə,Məmmədova Rübabə 20

Ümummilli liderimiz, mərhum Heydər Əliyev demişdir:"Təhsil millətin gələcəyidir".

Gənc nəslin təlim - tərbiyəsi  ilə  məşğul   olan   müəllimlər  öhdələrinə  düşən  məsuliyyətin 
necə  böyük  olduğunu  dərindən  dərk  edirlər .  Müəllim  şəxsiyyəti  həmişə öz  nüfuzu  ilə
seçilməli,başqalarına örnək olmalıdır.Müəllim cəmiyyətdə  tutduğu  mövqeyə  layiq  olmalı,
öz üzərində daim işləməlidir.
          Ölkəmizdə   fasiləsiz  təhsilin  mərhələlərindən  biri  olan  ilk  peşə-istisas təhsili uzun
illər cəmiyyətdə öz layiqli yerini tutmuşdur.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev  demişdir: "Texniki-peşə
məktəbləri  ölkəmizin    inkişaf   üçün   həmişə   lazımdır, insanlar da  bundan  böyük  fayda
görəcəkdir".
         Bu  onu   göstərir  ki ,  ilk  peşə - ixtisas  təhsilinə  böyük  inam var.Dövlətin təhsilə,o
cümlədən ilk peşə-ixtisas təhsilinə   gösərdiyi  qayğı  və  diqqət  artıq icti maiyyət tərəfindən
yüksək fəallıqla qarşılanır.
         Qəbələ  Turizm  və  Otelçilik  üzrə  Peşə  Tədris  Mərkəzi kimi fəaliyyət başladığımız
ilk gündən bizə artan maraq və müraciətlərdən bunu hiss etmişik.
         Təhsilin   keyfiyyətinin   yaxşılaşdırılması    müəllimlər    qarşısında   duran   ən   ümdə
vəzifədir.Bu  mənada  şagirdlərə   yüksək səviyyədə elmi biliklərin verilməsi vacibdir.Dərsin
keyfiyyəti müəllimin hazırlığından çox  asılıdır.Təlim   prosesi   yalnız  biliklərin şərh edilməsi
deyil,onun mənimsənilməsi,bacarıq və vərdişlərin  aşılanması, təfəkkürün  inkişaf  etdirilməsi
kimi mürəkkəb bir sistemdir.
         Müəllimlərimiz   öz   peşəsinin   sirlərinə   dərindən   bələd  olan ,ali təhsilli kadrlardır.
İxtisas  fənn  müəllimlərimiz, İKT  və ingilis dilini tədris edən pedaqoqlarımız böyük həvəslə
şagirdlərimizin təlim-tərbiyyəsi ilə məşğul olurlar.Onlardan Kazımova Sülhiyyə,Şahverdiyev
Rəşad, Eyvazova Hökumə,Ağayeva  Nazlı, Babayev  Carul, Əfəndiyev  İlham   kollektivin
dərin hörmətini qazanmışlar.ildən artıq pedaqoji staja malik təcrübəli kadrlardır.Onlar şagirdlərə mükəmməl bilik verir,gənclərdə bu elmə böyük həvəs yaradırlar. Mərkəzin gənc müəllimləri Şahverdiyev Rəşad və Eyvazova Hökumə artıq öz sahələrinin bacarıqlı mütəxəsisləridir. Mərkəzin bütün müəllimlərinin bir amalı var: "Daha yaxşı daha keyfiyyətli fəaliyyət göstərmək və peşə təhsili sahəsində əldə olunan uğurlara töhfəsini vermək "

alt

alt

alt

altalt

alt

Oxunub: 48 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

ORTA ESRLER TARIXI
Bölmə: orta esrler tarixi

Ealtsrlər tarixi » VIII sinif

I Bölmə. Dünya ölkələri XI-XV əsrlərdə (klassik feodalizm dövrü)
I Fəsil. Böyük Səlcuq imperatorluğu. Atabəylər (Eldənizlər) imperatorluğu. Dehli sultanlığı
§1. Böyük Səlcuq imperatorluğu. Hissə 1.

 

alt
Sual 1
Səlcuqlar hansı boya mənsub idilər?
Cavab 1
Oğuz türklərinin qınıq boyuna

Dostlarinizla paylasin!
Müəllif: Admin

Əlavə edilib: 21.04.2010

alt
Abune ol, h601;diyy601; qazan

 

alt
Sual 2
Səlcuq tayfası öz adını haradan götürmüşdür?
Cavab 2
Dukak bəyin oğlu Səlcuqun adından

Dostlarinizla paylasin!
Müəllif: Admin

Əlavə edilib: 21.04.2010

alt
Abune ol, h601;diyy601; qazan

 

alt
Sual 3
Dukak bəy oğuz dövlətində hansı vəzifəni tuturdu?
Cavab 3
Subaşı vəzifəsini, o “dəmir yaylı” ləqəbi ilə məşhur idi

Dostlarinizla paylasin!
Müəllif: Admin

Əlavə edilib: 21.04.2010

alt
Abune ol, h601;diyy601; qazan

 

alt
Sual 4
Oğuzlar islam dinini nə vaxt qəbul etmişdilər?
Cavab 4
Cənt şəhərində məskən saldıqdan sonra

Dostlarinizla paylasin!
Müəllif: Admin

Əlavə edilib: 21.04.2010

alt
Abune ol, h601;diyy601; qazan

 

alt
Sual 5
Səlcuqların Mərv qurultayının qərarı nə oldu?
Cavab 5
Şərqdə və Qərbdə yeni fəthlərə başlamaq

Dostlarinizla paylasin!
Müəllif: Admin

Əlavə edilib: 21.04.2010

alt
Abune ol, h601;diyy601; qazan

Bu səhifə 508 dəfə baxılıb

ORTA ESRLER HAQQINDA:

orta əsrlər tarixi → Teymurun imperiyası və Cənubi Qafqaz

Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə adət etmişdi.


Ardı )

orta əsrlər tarixi → Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət

XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya bilmişdi. 
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu iləİrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 1255­1256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son qoyuldu.


Ardı )

orta əsrlər tarixi → Avropanın siyasi xəritəsi

Roma imperiyasının dağılması nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi. 
Əgər Avropa başdan-başa parçalanmışdırsa şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub müasir  yaxın şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı Dunayla Reyn çayl arasında ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları nəticəsində aradan qaldırılmış idi.


Ardı )

orta əsrlər tarixi → Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər

Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir. 
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.


Ardı )

orta əsrlər tarixi → Fransada feodal demokratiyasi

IX əsrdə Roma imperiyasının süqutundan sonra Avropada minilliyi əhatə edən orta əsrlər dövründə ilk mərkəzləşmiş dövlətlər bərqərar olmağa başlayır. Mərkəzləşmiş dövlətlərin yaranması orta əsr şəhərlərinin güclənməsinə, külli miqdarda iqtisadi resursların şəhər varlılarının əlində cəmlənməsinə gətirib çıxarır. Daim pula ehtiyacı olan hökmdarlar nə bu sərvətdən keçə bilir, nə də ciddi müqavimətə görə əhalinin razılığı olmadan onun üzərinə vergi qoya bilirdilər. 

Əhalinin razılığını almaq üçün hakim sinif cəmiyyətin əsas təbəqələrinin nümayəndələrini yığıncağa çağırmalı olurdu. Bu dövrdə Almaniyada reyxstaq və landtaq, İngiltərədə parlament, İspaniyada korteslər, Fransada və Niderlandda baş ştatlar s. yaranırdı. Kral hakimiyyətinin və onun nəzarət etdiyi mərkəzləşdirilmiş bürokratiyanın getdikcə güclənməsi bu təsisatların əhəmiyyətini azaltsa da, onlar demokratiyanın inkişafında öz izini qoya bilmişdi. Orta əsrlərə xas olan bu demokratiyanın yaranması və inkişafı prosesini XIV əsrin əvvəllərində Fransada meydana gələn Baş Ştatların timsalında daha bariz şəkildə müşahidə etmək olar. 
Ardı )

orta əsrlər tarixi → Kordova xilafəti

Əməvilər sülaləsi 750-ci ildə süqut tdikdən sonra yerinə Abbasilər sülaləsi kçdi. Əməvilərdən Abdurrahman bin Muaviyə Əndəlüsə qaçaraq burada müstəqil Əndəlüs Əməvi dövlətini qurdu. Bu dövlət 284 il hökm sürdü. Ordu gücləndirildi. Təsərrüfat və sənay inkişaf tdi. Böyük bir ticarət yarm


Əndəlüs əməviləri III Abdurrahman dövründə xəlifəliyini lan edərək siyasi baxımdan Abbasilərdən tamamilə ayrılmış, müstəqil bir dövlət qurmuşdular. Bu dövlət III Abdurrahman və ondan sonrakı dövrlərdə siyasi, iqtisadi və fikri üstünlüyün zirvəsinə ytişdi. Xristian ordularına qalib gələrək böyük fəthlər tdi.


Əndəlüs əməviləri İslam dinini İspaniyadan Avropaya yaydı. Fəs, Kordova və Qərnət universitetlərini qurub qərbdə lmi bilikləri inkişaf tdirdilər. Xristian aləmi oyandırıldı, bu gün baş vrən müsbət irəliləyişlərin, bir çox lmlərin və xüsusilə tibb, astronomiya lmlərinin təməlləri atıldı.


Ardı )
  • 5 sentyabr 2011, 23:41
Oxunub: 68 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

INGILIS DILI
Bölmə: ingilis dilli

[hide][/hide]alt

İngilis dili

Vikipediya, açıq ensiklopediya
Anglospeak(800px).png
alt

İngilis dili (ing. English, English languageHind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007).

BMT-nin altı rəsmi və işçi dilindən biridir. ingilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili),İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan,Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilir. Linqvistikada ingilis dilində danışanları nqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülməsözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

Mündəricat

  [gizlə

[redaktə / تحریر]Əlifba

İngilis əlifbasında 26 hərf var.

HərfHərfin adının tələffüzü (IPA)Hərfin adının tələffüzü (azərbaycanca)
Aa [eɪ] ey
Bb [biː] bi
Cc [siː] si
Dd [diː] di
Ee [iː] i
Ff [ɛf] ef
Gg [dʒiː] ci
Hh [eɪtʃ] eyç
Ii [aɪ] ay
Jj [dʒeɪ] cey
Kk [keɪ] key
Ll [ɛl] el
Mm [ɛm] em
Nn [ɛn] en
Oo [əʊ] ou
Pp [piː] pi
Qq [kjuː] kyu
Rr [ɑː] və ya [ɑɹ] ar
Ss [ɛs] es
Tt [tiː] ti
Uu [juː] yu
Vv [viː] vi
Ww [ˈdʌb(ə)l juː] dabl-yu
Xx [ɛks] eks
Yy [waɪ] uay
Zz [zɛd] və ya [ziː] zed

[redaktə / تحریر]Sözlərin uzunluğu

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdə və publisistikada işlədilir.

[redaktə / تحریر]Dil tarixi

İngilis dili inkişafına görə üç mərhələyə bölünür: qədim ingilis dili (4501066), orta dövr ingilis dili (10661500), yeni dövr ingilis dili (1500-ci ildən indiki dövrə qədər).

[redaktə / تحریر]Dialektləri

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-da dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

İngilis dilini öyrənmə istiqamətlərindən biri də fasiləsiz ingilis dili kuralrına qoşulmaqdır. Hər bir kəsin arzusudur ki, ingilis dilini tez bir zamanda öyrənsin və özünün dünya görüşünü artırsın. Bildiymiz kimi dünya görüşünün artmasında və daha geniş məlumat, bilik əldə etmək üçün ingilis dili qarşıda duran əsas vacib şərtlərdən biridir.

Fasiləsiz ingilis dili kurslarının digərlərindən əsas üstün cəhəti odur ki, həftənin 6 günü 5 saat  ingilis dili dərslərində olur. Və artıq ingilisdilli mühitdə yaşayırmış kimi olur.  Bu da təbii ki, onun ingilis dili öyrənməsində çətinlikləri aradan qaldırır.

İngilis dilinə maraq dairəsinin artması, tələbatın çoxalması artıq insanların daha çox bu dili öyrənməyə can atmasına səbəb olub. İngilis dili müxtəlif məqsədlər üçün öyrənənlər vardır. Kimisi xaricdə təhsil almaq üçün öyrənir, kimisi karyerası üçün öyrənir, kimisi də ümumi bilik üçün dünyaya çıxmaq üçün öyrənir.

CELT Colleges tədris mərkəzinin statistik məlumatına görə hər il demək olar ki, CELT-də 600-700 gənc ingilis dili kurslarına gəlir və ingilis dilini öyrənmək istəyirlər.Məlumatda  o da deyilir ki, ingilis dili öyrənmək istəyənlərin əsas hissəsi xaricdə təhsil almaq üçün öyrənirlər.

Deməli, Azərbaycanda hər il minlərlə gənc ingilis dilini öyrənməyə can atır və yaxud da öyrənirlər. Bu da sevindiricidir ki, insanları hər hansısa dili öyrənib dünya miqyasında məlumatları öyrənirlər, müxtəlif araşdırmalar aparırlar, bir sözlə əhatə dairələri genişlənir.

Fasiləsiz ingilis dili kursları sizin ingilis dili öyrənməyinizdə, dil biliklərinizi zənginləşdirməkdə mühüm rol oynayacaq. Təsəvvüralt edin ki, bir insanlar var ki , ingilis dilli mühitdə olmaq üçün xarici ölkələrə üz tuturlar. Fasiləsiz ingilis dili kursları sizi ingilisdilli ölkədəki kimi hiss etdirəcək. Daha ingilisdilli mühitdə olmaq üçün xaricə getməyə ehtiyac qalmayacaq, özünüzü bu kursda əsl ingilisdilli mühitdə hiss edəcəksiniz. Hər gün 5 saat ingilis dili ilə məşğul olacaqsınız və tez bir zamanda özünüzdə hiss etmədən görəcəksiniz ingilis dilini mükəmməl şəkildə öyrənmisiniz.

Siz sadəcə bu kurslara qoşulun və artıq 1-ci ayda özünüzdə necə bir dəyişikliyin olduğunu görəcəksiniz.

İngilis dili tədrisi ilə 10 ildir ki, məşğul olan CELT Colleges tədris mərkəzi sizə ingilis dilinin öyrədilməsində sizə kömək edə bilər. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə CELT ən müasir texnologiyalardan istifadə edərək tədrisdə onları tətbiq edir ki, öyrəncilər üçün öyrənmək asan olsun. Əgər sizdə ingilis dilini öyrənmək istəyirsinizsə o zaman CELT sizə bu şəraiti yaradır. Fürsətdən istifadə edin.İntensiv  İngilis dili Kurslarıalt

Bildiyimiz kimi ingilis dili dərsləri üç istiqamətdə keçrilir.

  • Ümumi ingilis dili kursları
  • İntensiv ingilis dili kursları
  • Sürətli ingilis dili kursları

Ümumi ingilis dili kuralrı barədə sizə məlumat vermisdik keçən dəfəki yazıda. Bu dəfəki yazıda intensiv ingilis dili kurları haqqında danışacayıq. Ümumi ingilis dili kursları ilə intensiv ingilis dili kursları fərqlidir. İntensiv ingilis dili kursunun əsas müsbət xüsisyyətlərindən biri də budur ki, ingilis dili daha tez bir zamanda öyrənirsiz.

Ümumi ingilis dili kursundan fərqli olaraq bu istiqamətdə keçirilən dərslər həftədə 6 dəfə olmaqla hər bir dərs 2.5 saat müddətdə keçirilir. Bu kimi kursda siz daha çox yeni sözlər, praktik işlər, danışıqlar, yazı işləri edəcəksiniz. Kursun ümumi müddəti 9 aydır.İngilis dilini tamamilə öyrənmək üçün 6 səviyyəni bitirmək tələb olunur.

  • Beginner level
  • <span style="f
Oxunub: 46 Müəllif: oxumaq 3 mart 2012 Şərhlər (0) Davamı...

Geri qayıt << 1 2 >> Növbəti səhifə

Giriş
İstifadəçi adı
Şifrə



Axtarış



Sorğu
oxumaq.sayt.ws hardan tapdin

a)dost tanisadan
b)googleden
c)reklamlardan
d)tesadufen



       
 

     Fizika Riyaziyyat ve Informatika temayullu lisey