Ödənişli xidmət qaydaları



Bu qaydalar SaytService(www.sayt.ws) tərəfindən təklif edilən kommersiya saytlarının (hostinq xidməti) qeydiyyatı, alınması və bununla əlaqəli digər xidmətlərdən istifadə şərtlərini müəyyən edir. Kommersiya saytlarının qeydiyyatı və istifadə qaydaları SaytService mərkəzinə kommersiya saytı üçün qeydiyyat xahişi edildikdən və SaytService tərəfindən həmin xidmətin həyata keçirilməsindən dərhal sonra qüvvəyə minir. Yeni saytı qeydiyyatdan keçirərkən siz göstərilən qaydalarla razı olduğunuzu bildirirsiniz.

1. Xidmətin mahiyyəti
SaytService elektron informasiyanın qlobal İnternet şəbəkəsində yerləşdirilməsi və bununla bağlı digər xidmətləri həyata keçirmək məqsədilə istifadəçilərə öz serverində virtual sahə təklif edir. Saytın fəaliyyətini daha yaxşı təmin etmək məqsədilə bu xidmət paket şəklində təqdim olunur. Yeni veb sayt haqqında məlumat SaytService-in müvafiq qeydiyyat formasını doldurduqdan sonra istifadəçinin email ünvanına göndərilir və yeni saytın alınması və istifadə qaydaları sayt sahibinin nəzərinə çatdırılır.
2. İstifadəçinin vəzifələri
Kommersiya saytlarının idarə olunması hər bir istifadəçinin öz ixtiyarındadır. İstifadəçi səhifə açılması üçün qeydiyyatdan keçərkən öz email ünvanını düzgün göstərməyə borcludur, çünki bütün zəruri məlumatlar bu ünvana göndəriləcək. Saytın idarə olunması üçün nəzarət panelinə giriş informasiyası (istifadəçi adı və şifrə) məxfi yerdə saxlanılmalıdır.
Saytda yerləşdirmək istədiyiniz informasiyaya müəyyən qadağalar tətbiq oluna bilər, buna görə də növbəti bölmə ilə diqqətlə tanış olun.
3. Qadağalar
Kommersiya saytlarının qeydiyyatı və istifadəsi SaytService tərəfindən yoxlanılmaması və idarə edilməməsinə baxmayaraq SaytService hər hansı informasiya növünün öz serverində yerləşdirilməsinə müəyyən qadağalar tətbiq edə bilər. Sayt yaratmaq məqsədilə istifadəçiyə təqdim edilən virtual sahədə tətbiq olunan qadağalar:
- istənilən növ pornoqrafik məzmunlu informasiya yerləşdirmək; - arzuolunmaz elektron poçtunun ("spam") göndərilməsi və ya "spam" vasitəsilə sayta istifadəçilərin cəlb etmək; - müəlliflik hüquqları başqalarına məxsus olan informasiyanın ("pirat") müvafiq razılaşma olmadan saxlamaq və yaymaq; - öz sahəsindən arxiv kimi istifadə etmək; - müvafiq dövlət qanunlarını pozan fəaliyyətlə məşğul olmaq və ya informasiya yaymaq; - istənilən növ çat proqramlarının istifadəsi;
Göstərilən kateqoriyalara daxil olan informasiya istifadəçiyə məxsus virtual sahədə tapıldıqda müvafiq dəyişikliklər edilmək tələbi ilə sayt sahibinə bu barədə xəbərdarlıq ediləcək, əks təqdirdə xidmətin fəaliyyəti dayandırılacaq.
4. Xidmət haqqı
Kommersiya saytlarının qeydiyyatı pullu xidmət hesab olunur və qeydiyyatın həcmindən, xidmət paketindən, həmçinin qeydiyyat müddətindən asılı olaraq məbləğ SaytService-ə ödənilməlidir. Xidmət haqqı ödənildikdən və kommersiya saytının qeydiyyatının başa çatması SaytService tərəfindən təsdiq edildikdən 1 ay sonra, eyni zamanda müştərinin müqavilə müddətində öz saytından istifadə edib-etməməsindən asılı olmayaraq qeydiyyat üçün ödənilmiş məbləğ geri qaytarıla bilməz. Müqavilənin müddətindən asılı olaraq yeni sayt həmin müddət ərzində sayt sahibinin ixtiyarında olur.
Xidmət haqqının ödənilməsi, eyni zamanda bütün digər zəruri sənədləşmə əməliyyatları SaytService ilə əməkdaşlıq edən digər hüquqi şəxslər tərəfindən müvafiq ödəmə məntəqələrində həyata keçirilir. Müştəri ilə hesablaşmalar müxtəlif formalarda (nəqd, köçürmə, plastik kart və s.) reallaşdırıla bilər.
5. Xidmətdən imtina
Əgər istifadəçi ona təqdim edilən xidmətlərdən 100% razı deyilsə, ödənilmiş xidmətlərdən 30 gün ərzində imtina oluna bilər və bu zaman ödənilmiş məbləğ tam olaraq istifadəçiyə qaytarılır.
6. SaytService-in vəzifələri
SaytService özunə Internet səhifəsi açmaq istəyən hər bir istifadəçisini öz serverində pullu virtual sahə ilə təchiz edir. Eyni zamanda saytın normal fəaliyyətini təmin etmək məqsədilə bir sıra əlavə xidmətlər paket şəklində təklif olunur. Saytın normal fəaliyyətini təmin etmək məqsədilə SaytService bütün saytların 24 saat, 7 həftə dövriliyə ilə monitorinqini həyata keçirir və istənilən problem barədə məlumat SaytService-ə bildirilməlidir. SaytService istifadəçinin qeydiyyat zamanı daxil etdiyi şəxsi məlumatı hər hansı digər məqsədlər üçün istifadə etməmək barədə istifadəçiyə zəmanət verir. Sizə təqdim edilmiş virtual sahədə yerləşdirilmiş informasiyaya görə yalnız siz məsuliyyət daşıyırsiniz. Müvafiq xəbərdarlıqla SaytService-ə müraciət etmək yersizdir. Qaydalara əməl olunmadığı təqdirdə administrator sizə təqdim edilmiş xidmətin fəaliyyətini əvvəlcədən xəbərdarlıq bildirməklə dayandıra bilər.
SaytService-in təqdim etdiyi bu xidməti istənilən vaxt istənilən müştəri üçün əvvəlcədən razılaşdırdıqdan sonra dayandırmaq hüququ vardır.
7. Digər qaydalar
SaytService, istifadəçilər tərəfindən fəaliyyətsiz saxlanılan, arxiv kimi istifadə olunan və ya məqsədəuyğun şəkildə istifadə olunmayan veb saytların fəaliyyətinin mütəmadi və ya dərhal dayandırılması hüququna malikdir.
SaytService təklif etdiyi pulsuz hostinq xidmətləri daxilində veb saytlarda reklam xarakterli materialların yerləşdirilməsi hüququnu özündə saxlayır.
Hostinq paketlərdə pulsuz təklif edilən xidmətlər alternativ ola bilər və istifadəçi seçimindən asılıdır.
Bu qaydalar SaytService və kommersiya saytı qeydiyyatçısının maraqlarına uyğun olaraq optimal şərtlərə əsaslanır. Buna baxmayaraq SaytService göstərilmiş qeydiyyat qaydalarını istənilən vaxt istənilən formada dəyişmək hüququnu saxlayır və bu zaman cari müştərilər bu barədə müvafiq bildiriş alacaqlar.