wWw.MeniMGuluM.CoM



Bölmələr
» Ariqlama Sirleri
» Psixoloq Məsləhəti
» Pəhriz(diet)
» Moda
» Gozellik
» Nifret Mesajlari
» Ayriliq Mesajlari
» Sevgi Sekilleri
» Sevgi hekayeleri
» Sevgi Sozleri
» Sevgi Seirleri
» Sou-Biznes
» Ordan Burdan

Son xəbərlər
» MenimguluM.CoM
» Salam
» Toy Gecesi Ne Etmeli?
» Cazibedar ve Valehedici olmaq ucun Ne etmeli?
» TEKBIR FIRMASININ GEYIM KOLLEKSIYASI
» QARIN PİYLƏRİNİN MASAJLA ƏR ...
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ...
» Doktor Mehmet Özdən "Gəncləşd ...
» Ulduzlarda 15 pehriz
» Quru meyve pehrizi

Zengimcell

Hava Haqqinda



Sorğu
Sayt Xosunuza Geldimi???

Beli love
Pis Deyil winked


Təqvim
«    Sentyabr 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 


           


Burclere Gore Gozellik!
Bölmə: Gozellik

Qoç bürcü – gözəlliyini düşünən enerjili qadın<!--colorend--><!--/colorend-->
Qoç ilk və ən atəşli bürc olaraq, qatarı izləməkdənsə, onu yaratmağı üstün tutur. Əgər Qoçsunuzsa, hansı nəsildən olduğunuzu nəzərə alaraq, saçlarınızı düzləşdirə və yanaqlarınıza boya çəkə, yaxud da şişirdib bal mumu rəngli bikinilər geyinə bilərsiniz. Ağır və təsiredici ətirləri üstün tutursunuz. Gözlərinizi və baxışlarınızı ortaya çıxaran makiyaj sizin üçün çox əhəmiyyətlidir. Yeni şeylərdən istifadə etməyi sevməyinizə baxmayaraq, qırmızı sevimli rənginizdir. Atəş bürcü olaraq, yeni işlərə başlamağı sevirsiniz, amma onları bitirməyə kifayət qədər qabiliyyətli olduğunuzu söyləmək çox çətindir. Bu, gözəlliyiniz üçün gördüyünüz işlərdə də belədir. Yeni çıxan bütün malları ala, fəqət bir müddət sonra bundan darıxa bilərsiniz. Keçən mövsümdən qalan yarımçıq bir ətir və ya kirşanın artıq sizin üçün əhəmiyyəti yoxdur. Losyonlar və dərmanlar parlaq və gözəl görünməyinizə kömək etsə də, əsl gözəlliyiniz açıqürəkliliyinizdən və yeni şeylərdən istifadə etmə arzunuzdan irəli gəlir. Sahib olduğunuz enerji ən böyük varlığınızdır.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Buğa bürcü – sadə, amma güclü bir gözəlliyə, gizli cazibəyə sahib qadın<!--colorend--><!--/colorend-->
Buğa bürcünün simvolu erkək Buğa olsa da, torpaq elementi Buğaya qadınlıq, təbiilik və dağları yerindən oynada biləcək qədər gözəllik qatır. İndi özünüzü yavaş, inadkar yaşlı bir Buğa olaraq görürsünüz, elə deyilmi? Buğa qadını sadə, amma güclü bir gözəlliyə sahibdir və gizli cazibəsi vardır. Əsasən az, amma ən yaxşı işə yarayan kosmetik vasitələrə sahibsiniz. Markalar kimi, keyfiyyət də sizin üçün çox vacibdir. Gözəlliyinizi ön plana çıxaran sadə məhsullardan istifadə edirsiniz. Buğanın təsirli iti baxışları və mükəmməl duruşu valehedicidir. Təbii qıvrım saçlarınızı düzləşdirməyə çalışmayın. Sadəcə, uzun və seksual olduğunu düşündüyünüz üçün dırnaqlarınızı uzatmayın. Əmin olun ki, əvvəlki halı daha gözəldir. Təbiət qoxulu parfümlər sizə ən yaxşı yaraşan ətirlərdir. Saçlarınızın çiyinlərinizə sərbəst tökülməsini və ya üzünüzə düşməsini çox sevirsiniz. Qadınlığınız ən böyük silahınızdır.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Əkizlər bürcü – yenilikləri sevən zəkalı qadın<!--colorend--><!--/colorend-->
Əkizlər bürcü insanı olaraq siz parçalanmış və dəyişkən şəxsiyyətinizdən bezmiş ola bilərsiniz, fəqət daxilinizdə bu vəziyyətin əksinə getmirsiniz. Əkizlər, siz yorulmaz və əsasən uğurlusunuz. Bu dəyişkən hava qrupu olan bürcün insanları həyatları boyunca ehtiyac duyacaqları qüvvətli təsir gücü və hiylə ilə təchiz olunmuşlar, gözəlliyin gündən-günə dəyişən tələbləri ilə məşğul olmalarına ehtiyac yoxdur. Ağlınızda sizin üçün daha çox vacib olan şeylər vardır, bunlar da hər halda ailəniz üçün yaxşı bir tətil planlaşdırmaq, ətrafınızla sülh saxlamaq və daxili ehtiyaclarınızı tamamlamaq kimi şeylərdir. Xəbərdarlıq edən fikirləriniz, sürətli əlləriniz və olduqca danışqan olan ağzınız üçün istifadə etdiyiniz xoş vücud dilinə diqqət yetirmək məcburiyyətində olacaqdır, amma yenə də hərdənbir tutulduğunuz əsəbi enerjili vəziyyətlərdə dırnaqlarınızı çeynəyə bilərsiniz. Bunları da canlı dırnaq rəngləri və bəzən etdiyiniz manikürlər ilə saxlaya bilərsiniz. Əgər əllərinizə insanlar baxmırsa, dodaqlarınıza baxa bilərlər. Hər hansı bir dodaq rəngi sizin kimilər üçün güc yarada bilər. Fəqət olduqca güclü beyniniz sizin ən çox diqqət çəkən qisminizdir, az miqdarda yasəmən qoxulu ətir və çəhrayı ilə mavi qarışıq makiyaj hər şeyin tamamlayıcısı ola bilər. Yeniliklərə doğru olan meyliniz rənglərdən qorxmamağınızı təmin edər. Gözəlliyiniz qıvraq zəkanız, makiyaja meyildənsə, təbiiliyinizi ortaya çıxarmağınıza bağlıdır.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Xərçəng bürcü – həssas, mükəmməl qadın<!--colorend--><!--/colorend-->
Xərçəng dəyişkən bir su qrupu bürcü kimi, haqsızlığa düşmə məsələsində çox həssaslığına baxmayaraq, öz ehtiyaclarını nəzərdən qaçırır. Gündəlik gözəlliyinizə diqqətiniz ən aşağı səviyyədədir. Cazibəli gözləriniz və yanaqlarınız var. Həssas və parıltılı gözləriniz, qüsursuz vücudunuz sizi əsl mənada bir qadın edir. Xaricdən özünüzü insanlarla maraqlanan kimi aparırsınız. Ana olmasanız belə, həssas və cinsi münasibətlərə əhəmiyyət verən bir qadınsınız. Özünüzə vaxt ayıra bildiyiniz zaman köpüklü bir vanna, avaqado maskası kimi olduqca lüks şeyləri çox sevirsiniz. Klassik tərzdə incilər, açıq rənglər və özünü təsdiq etmiş məhsullara üstünlük verirsiniz. Gözəlliyiniz cömərdliyinizlə, xoşagəlimli təbiətiniz və real görünüşünüzlə əlaqədardır. Dünyanı qucaqlamaq üçün qollarınızı açdığınız zaman əsl mənada mükəmməl olursunuz.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Şir bürcü – yumşaq ürəyə sahib qadın<!--colorend--><!--/colorend-->
Gözəllik məsələlərində çox gözəl bir seçimə sahib olsanız da, yenə də ətrafınızdakı insanların sizi dəstəklədiyini duymaq olduqca inamverici olur və sizi arxayınlaşdırır. Rahat bir geyim tərzi sizi hər şeydən çox rahat edir. Gözəgəlimli saçlarınız simvolunuz olan Şirin tükləri qədər sizin üçün vacibdir. Siz danışmasanız da, o, sizə lazımi şeyləri söyləyir. Başdan-ayağa sizi nəzərdən keçirdikdə dünya sizin böyük və enerji dolu gözlərinizi, enli çiyinlərinizi və Şirə məxsus qürurunuzu görür. Pul yığmaqla işiniz yoxdur. Kilometrlərlə gəzib uyğun şey üçün çoxlu pul ödəyə bilərsiniz. Canlı rəngləri, meyvə ətirlərini sevirsiniz və istifadə etdiyiniz kosmetikaların riskindən qorxmursunuz. Tam parlaq bir ulduz olmasanız da, gözəlliyiniz özünüzü və hədiyyələrinizi həmişə bölüşməyə hazır olmağınızda və təmiz, yumşaq ürəyinizdədir.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Qız bürcü – xoş xasiyyətli qadın<!--colorend--><!--/colorend-->
Şirin Qız. Nə qədər yaxşı olduğunuzu oxumaqdan yoruldunuz, eləmi? Bir dəfə də gizli qalan mənfi cəhətləriniz barədə eşitmək istəyərsiniz. Bəli, söhbət gözəllikdən düşəndə qarşılaşdığınız vəziyyət belədir. Özünüzü daim ciddi göstərməyiniz bəzi pis nəticələrə gətirib çıxarır. Həqiqətən də, Qız yaxşı qayda-qanuna salınmış bir gözəllik anlayışına sahibdir. Dəyişkən və torpaq sinfinə aid bu bürcün insanları kiçik detalları görən və onlara önəm verən təbii bacarığa sahibdirlər. Hər vəziyyət üçün bir silahınız olduğu üçün daxilən özünüzü çox bəyənirsiniz. Markalı kosmetik vasitələri və trendləri təqib etdiyiniz və görünüşünüzə diqqət yetirdiyiniz üçün qürur duyursunuz. Bütün diqqətinizi toplasanız, əla bir qadın imici yarada bilərsiniz. Keyfiyyətdən qurban verməzsiniz, amma miqdar başqa məsələ… Yüngül, yağlı, torpaq rəngli və qadına xas makiyaja üstünlük verirsiniz. Gözəlliyiniz mükəmməlliyinizin, insanlığınızın və həyata olan real baxışınızın nəticəsidir.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Tərəzi bürcü – aşiq olduğu zaman ən gözəl görünüşə sahib olan qadın<!--colorend--><!--/colorend-->
Tərəzilər, siz insanları necə məmnun etməyi bilirsiniz. Bilirsiniz ki, dünya gözəllik istəyir, siz də bunu təmin etməyə çalışırsınız. Xanım-xatın, amma güclü, cazibəlisiniz. Utancaq deyilsiniz və bununla bərabər, təsirli bir baxışı çətinlik çəkmədən yaxalaya bilirsiniz. Bəlkə də bu vəziyyət hava qrupu bürcünün təbiətindən gələn cazibədir və yaxud da nəyin bahasına olursa-olsun, tarazlığa nail olmaq istəyinizdən doğur. Tərəzilərin ehtiyacı olan şey uğurdur ki, bu da onların həmişə ən yaxşı şəkildə görünmələrini təmin edə bilər. Sizə parlaq bir baxış və güclü bir həyat anlayışı verən bu şeylər sizin makiyaj etmədən çölə çıxmağınızı təmin edə bilər. Tərəzilər sevimli bir çağalıq, maraqlı bir uşaqlıq keçirmiş, evdar bir şahzadə olmuşlar və indi artıq çılğın, açıq və qeyri-adi bir insan gözəlliyinə sahibdirlər. Tarazlıq və səliqə ilə dolu bir həyat yaşasanız da, stres yaşlanmayan və elastik cildinizdə görünə bilər. Tərəzilər çəhrayı və yaşıllar içində xoş görünə bilərlər. Bitki ekstraktlı və isti ətirlərdən istifadə edə bilərsiniz. Əziyyət çəkmədən sirlərinizi gizləyə bilirsiniz. Gözəlliyinizin mənbəyi təbiətinizdir. Aşiq olduğunuz zaman ən gözəl görünüşə sahib olursunuz.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Əqrəb – şəhvətli mistik qadın<!--colorend--><!--/colorend-->
Əlbəttə, bir çoxunuz şəhvətli Əqrəb haqqında hekayələr eşitmisiniz. Digər bürclərin heç biri bu bürc qədər mistik xüsusiyyətlər daşımır. Sabit və su qrupu olan bu bürcün təsiri altındakı insanlar şiddətli və arzulu hisslər keçirərkən, eyni zamanda sirr verib-verməmək xarakterlərini ortaya çıxarırlar. Söhbət gözəllikdən düşdükdə Əqrəb bürcü şəhvətə olan meylini büruzə verir və bu vəziyyət onların hər hərəkətini nəzarət altına alır. Hisslərini nəzarətdə saxlaya bilmədikləri halda, bir az da olsa, onları təmin etsələr, daha həssas tərəfləri ortaya çıxar. Yəni həssas bir partnyor və ya vəfalı bir dost halına gəlirlər. Olduqca diqqət çəkən ətirlər əvəzinə daha şirin ətirləri və əsasən vanil və ya ədviyyat kimi ekstraktları (məsələn, darçını) üstün tuturlar. Dramatik və gizli makiyajlardan zövq alırlar. Pariklər və qoyma kirpiklər ən çox aldıqları kosmetik vasitələrdir. Digər insanlardan geri qalmaq onları narahat edir və əgər bir az daha çalışqan və hiyləgər olsalar, parlamalarını təmin edərlər. Gözəlliklərinin gücü sahib olduqları gizlilik, dərin məna, arzular və gizli hissləridir. Gözəlliklərinin ən yüksək zirvəsinə çatmalarının ən incə məqamı bu sualın cavabındadır: ”Necə yaxşı hiss etsən, elə ol”.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Oğlaq bürcü – işgüzar qadın<!--colorend--><!--/colorend-->
Hər zaman söylədiyiniz şey özünüzü çalışqan olaraq çox yaxşı hiss etməyinizdir. Özünüzü ən yaxşı hiss etməyin yolu yataq otağından və mətbəxdən keçir. Oğlaq diqqətli və muhafizəkar bir şəkildə çalışarkən, əsasən, nəzərdən qaçırdığı şey gözəlliyi olur. Oğlaq xaosun içində qanunlar tapma bacarığının nəticəsi olaraq vaxtsız və gözlənilmədən gələn trendlərdən diqqətli şəkildə özü üçün yaxşı ola biləcək yeniliklər yarada bilər. Yəni siz incə bir beli və gözəl bir görünüşü qorumaq üçün diqqətli bəslənən bir insansınız. Təbii ki, nəticədə sizin üçün sağlam və təbii olan bir həyatı qoruyursunuz. Hər Oğlaqda olan ümumi düşüncə tərzinin nəticəsində iş görüşlərində və həyatın monotonluğu içində təsirli bir xarakter ortaya çıxara bilərsiniz. Bu, sizin həyatda uğurlu və təsirli olmağınızın açarını təşkil edir. Siz, həqiqətən, özünüzə qulluq etməyi və özünüzü ortaya çıxara bilməyi bacarırsınız. Bu qədər muhafizəkar olmağınıza ehtiyac yoxdur: ağıllısınız, keyfiyyəti yaxalaya bilirsiniz və xoşagəlməz vəziyyətlərdən çıxmağı bacarırsınız. Seçilməyiniz özünüzə inamda, bir məqsədə diqqətinizi yönəltməkdə də görünür. Saçlarınızı qısa kəsdirə və ya arxadan bağlaya bilərsiniz. Bu da sizin olduqca gözəl boynunuzu göstərəcəkdir. İsti, təbii ətirlər sizə uyğundur. Zəngin rənglərə: məsələn; ərik tonu, qırmızı kimi rənglərə üstünlük verməlisiniz. Oğlaq üçün güc normal bir şeydir, təbii ki, ona sahib olduğunuzda sizə xoşbəxtlik gətirir. Gözəlliyinizin mənbəyi tədqiqatçı təbiətinizdən və yüksək səviyyəli həyat tərzinizdən irəli gəlir.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Dolça bürcü – özünə hörmət edən qadın<!--colorend--><!--/colorend-->
Bir Dolça kimi bacarıqsızlığın verdiyi şirin bir görünüşə sahibsiniz. Şirin bir dağınıqlıq… Bütün dünyanı qucaqlamağa çalışan bir ürək… Bütün dünya vətəndaşları üçün narahatçılıq keçirirsiniz. Hətta insan olmayanlar üçün belə, narahatsınız. Gözəlliyinizə gəlincə, təbii və tamamilə sərbəst olmaq sizin gözəllik fəlsəfənizdir. Sosial uğurlarınızın arxasında bir sabit hava bürcü kimi, yeni və xüsusilə də təbii ki, seçilmiş məhsullar qarşısındakı zəifliyiniz gizlənir. Çox tez bezdiyiniz üçün bir məhsuldan digərinə keçmək sizin üçün çox asandır. Reklamların təsiri altında qalmağınız təbiidir. Özünüzə çox hörmət etməyinizə baxmayaraq, bəzən özünüzə inam əskikliyi hiss edirsiniz. Həmişə kifayət qədər yaxşı görünmədiyiniz və ya kifayət qədər qadın kimi olmadığınız haqqında lazımsız qayğılar çəkirsiniz. Narahat olmağa ehtiyac yoxdur. Gözəlliyiniz özünüzü qəbul etdirə bilmə qabiliyyətiniz, hədiyyə seçimindəki bacarığınızdan irəli gəlir. Öz gözəllik standartlarınızı qurursunuz ki, bu sərbəst anlayışınız gözəlliyinizi qat-qat artırır. Sizin gözəlliyiniz mövcud olan bütün standartların xaricindədir.

<!--colorstart:#FF0000--><!--/colorstart-->Balıqlar bürcü – romantik qadın<!--colorend--><!--/colorend-->
Balıqlar vaxtlarının çox hissəsini eşq və xoşbəxtlik xəyalları ilə keçirirlər. Saçlarını hörmələrinə və kiçik bəzək əşyaları vurmalarına ehtiyac yoxdur. Dəyişkən və su qrupu olan Balıq bürcü üçün xəyallar ən vacib detallardır. Çox dəyişkən və buqələmuna bənzəyən biridir. Ağıllı və çalışqandır. Hər Balığın içində həyatın qanunlarını anlaması, istehsalçı xəyal güclərinin yaranmasını təmin edən sabit bir nikbinlik vardır. Fiziki gözəllik məsələsinə gəlincə, Balıq bürcü adət edilmişin əksinə, riskə girmə istəyi olan və dünyəvi olmayan istəklər göstərən bir xarakter büruzə verir. Müstəqilliklərini axıra qədər müdafiə edirlər. Rahatlığa çox əhəmiyyət verirlər, buna görə də başqalarının nə dediyinin əhəmiyyəti yoxdur. Özünüzü ərköyünləşdirmək istədiyiniz zaman pedikür kifayət edəcəkdir. Gündəlikdə isə onlar ayaqlarına lazımı diqqəti göstərməyə bilərlər. Yüngül makiyaj sizi romantik edər. Gözəlliyiniz açıqürəkliliyinizdən, xoş təbiətinizdən və hiss etdiklərinizi söyləyə bilmək bacarığınızdan irəli gəlir.

Zəhmət olmasa sistemə daxil olun və ya qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Oxunub: 1188 Müəllif: Romantic_Boy 10 iyun 2010 Çap et Şərhlər (3)

#1 Müəllif: Lola (12 sentyabr 2011 12:33)
Axi oxatan burcu yoxdu
Qeydiyyat: 12.09.2011 [sitat]

#2 Müəllif: lale (25 mart 2012 20:37)
ela
Qeydiyyat: -- [sitat]

#3 Müəllif: gunel (2 may 2013 15:35)
oxatan
Qeydiyyat: -- [sitat]

Şərh əlavə et

Giriş
İstifadəçi adı
Şifrə

Axtarış

Çox oxunan

Son şərhlər
GregoryOl (22 may 2014 07:05)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

hrir26 (20 may 2014 15:44)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

payday loans (20 may 2014 04:28)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

Nermin (16 may 2014 18:29)
» SSevdiyiniz insanın bürcü haqqında melumatları buradan elde ede bilersiniz!

loans with bad credit (13 may 2014 11:20)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

payday loans (9 may 2014 04:11)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

Dennissob (2 may 2014 02:01)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

ece ullusu (21 aprel 2014 21:21)
» Cazibedar ve Valehedici olmaq ucun Ne etmeli?

zllterms (20 aprel 2014 22:31)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN

hzwmhn (16 aprel 2014 02:28)
» YALNIZ YERİMƏKLƏ 20 gündə 4 kq ARIQLAYIN


Arxiv
Sentyabr 2010 (2)
Avqust 2010 (2)
İyun 2010 (38)

Sayğac
Cəmi:
İstifadəçilər: 75
Məqalələr: 42
Şərhlər: 177

Bu ay:
İstifadəçilər: 0
Məqalələr: 0
Şərhlər: 3


Keçidlər
» wWw.DizaynlaR.Tk

Saygac