Keçidlər
» Chat
» Forum

Bölmələr
» AzSaytim.Tk Həyatı
» Istək mp3
» Musiqi
» Kriminal
» Xəbərlər
» Şou biznes
» Oyunlar
» Proqramlar
» Video çarxlar
» Şəkillər
» Maraqlı
» Meyxana
» İslam
» Siyasət
» Sevgi
» Mobil dünya
» Avto dünya
» Futbol aləmi
» Web usta
» Lətifə və Aforizmlər
» Müxtəlif

Axtarış

Son xəbərlər
» Qusha benzer quzu
» Eurovision 2010
» Polyglot 3000 3.43 + Portable
» Çempionlar liqası, 1/8 final, cavab gör& ...
» 3 yeni Mp3
» Dünyanın ən ucuz universitetləri.
» Ən son xəbərlər!
» Kəbə rəsmləri.
» Bu uşaqlar məktəbə ancaq belə ...
» 31 mart - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜN ...

Sorğu
Hansı ölkəni gəzmək istərdiniz?

Türkiyə
Rusiya
Ukraniya
Kanada
Brazilia
Çin
Hollandiya
İtaliya


Son şərhlər
ferid (29 dekabr 2012 15:59)
» Bir-birinden gozel ramkalar

AA (19 mart 2012 19:44)
» Papaq atmaq

seninen (15 may 2011 01:41)
» Avast! 4.8 antivirusu

perviz (24 yanvar 2011 00:24)
» Bir-birinden gozel ramkalar

zamin86 (27 noyabr 2010 19:57)
» Kəbə rəsmləri.

FirsT_MaN (2 aprel 2010 01:29)
» Ən son xəbərlər!

FirsT_MaN (31 mart 2010 20:04)
» Bu uşaqlar məktəbə ancaq belə gedə bilir.

Kantro-12 (31 mart 2010 19:45)
» 31 mart - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

FirsT_MaN (31 mart 2010 19:43)
» 31 mart - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

Kantro-12 (30 mart 2010 21:03)
» 2 qatlı yazı [ photoshop lesson ]


           


Novruz bayramı ( inşa )
Bölmə: Müxtəlif

alt 

Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.

 

Ola bilər ki, dövlət bayramını kimsə bu bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir.Novruz bayramı həm bu dünyada yaşayanların bayramıdır, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə də təsadüfi deyildir ki, bu bayram ərəfəsində və günlərində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrəbalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir.Bununla yanaşı, bu, bizim milli bayramımızdır. Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir*****im üçün - Azərbaycan üçün, indi həyatının, tarixinin bu ağır dövrünü keçirən bir xalq üçün, bir millət üçün bu, çox lazımdır, çox zəruridir. Biz tariximizin həm şərəfli bir dövrünü, həm də ən çətin və ağır dövrünü yaşayırıq. Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik. Deməli, bu bizim azadlığımızın, sərbəstliyimizin, müstəqilliyimizin ən yüksək, ən parlaq təzahürüdür***** həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq, hüquqi dövlət qururuq, demokratik dövlət qururuq, insanlara azadlıq, sərbəstlik verən, insanların həyatının daha da firavan olmasına xidmət edə bilən cəmiyyət yaradırıq. Ona görə bu, tariximizin şərəfli səhifəsidir, şərəfli dövrüdür. Biz bu şərəfli dövrü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik. Bunlar hər bir vətəndaşın sərvətidir. Xalqımızın, millətimizin sərvətidir, ölkəmizin sərvətidir, dövlətimizin sərvətdir. Ona görə də bu, tarixin ən şərəfli dövrüdür.Bununla yanaşı olaraq, biz, tariximizin çətin bir dövrünü yaşayırıq. Çətinlik ondan ibarətdir ki, əgər XX əsrin əvvəlində bizim həyatımızda və dünyanın bir çox ölkələrinin həyatında, ictimai-siyasi quruluşunda baş vermiş dəyişikliklər hər bir insanın həyatını qarmaqarışıq etdi, pozdu, dağıtdı, ölkələrin həyatında böyük dəyişikliklər əmələ gətirdisə, XX əsrin sonunda biz müstəqillik əldə etdikdən sonra, bir ictimai-siyasi, iqtisadi sistemdən başqasına keçəndən sonra, sərbəst, müstəqil bir həyat yoluna addım atdığımız zaman böyük çətinliklərlə rastlaşmışıq. Bunlar keçid dövrünün çətinlikləridir. Bu çətinliklər təbiidir, bunlar tarixin obyektiv proseslərindən meydana gələn, zəruriyyətindən doğan çətinliklərdir. Biz bunu yaşamalıyıq, biz buna dözməliyik. Buna nə qədər dözümlü olsaq, gələcək həyatımız da bir o qədər xoşbəxt olacaq, istədiyimiz kimi olacaqdır.Tariximizin çətin dövrünü yaşayırıq, ona görə ki, səkkiz il bundan öncə Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan torpağına Ermənistan tərəfindən hərbi təcavüz edilibdir. Bu təcavüz Azərbaycana böyük zərbələr vurubdur. Azərbaycan ərazisinin bir qismi işğal olunub, dağıdılıb, viran qoyulubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, qaçqınlıq şəraitində yaşayır, bir çoxu çadırlarda yaşayır. Onların vəziyyəti ağırdır. Bunlar həyatımızın, tariximizin çətin mərhələsini əks etdirir. Torpağımız yaralanıbdır, vətənimiz yaralanıbdır. Bizə böyük yara vurulubdur, zərbə dəyibdir. Ancaq bunlar bizim iradəmizi sındırmayıbdır. Bu yaralar bizi qorxutmamalıdır və xalqımızı heç vaxt qorxuda da bilməz. Biz bunların qarşısını alacağıq. Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Bütün bu yaralar sağalacaq, müstəqil Azərbaycan öz hüdudları çərçivəsində, öz hüdudlarının sahibi, öz torpağının sahibi, öz ərazisinin sahibi olacaqdır.Lakin bu yol asan yol deyildir. Bu, çətin, ağır yoldur. Çünki biz zərbələr almışıq, torpaqlarımız işğal edilibdir, vətəndaşlarımız yerindən-yurdundan olublar. Bunların hamısını bərpa etmək asan deyildir, çətin işdir. Ona görə də biz tariximizin çətin dövrünü yaşayırıq. Ancaq xalqımızın iradəsi ilə, millətimizin iradəsi ilə, dövlətimizin iradəsi ilə biz bu çətinliklərdən çıxacağıq. Əminəm ki, çıxacağıq. Bu gün Azərbaycanın hər yerində, o cümlədən Bakıda xalqımızdakı bu bayram əhval-ruhiyyəsi, bu nikbinlik, bu sevinc, bu şənlik ümid verir ki, biz bu çətinliklərdən çıxacağıq.Bildiyiniz kimi, biz məsələləri sülh yolu ilə həll etmək üçün iki ilə yaxındır ki, atəşkəs rejimində yaşayırıq. Atəşin dayandırılması barədə erməni təcavüzkarları və qəsbkarları ilə saziş əldə etmişik. Bu, lazımdır. Biz bu addımı atmışıq və bu, düzgün addımdır. Bu addımı ona görə atmışıq ki, bundan sonra qan tökülməsin. Bu addımı ona görə atmışıq ki, məsələləri sülh yolu ilə həll edək. Biz buna da çox ümidlər bəsləyirik. Ümidvaram ki. biz məsələni bu yolla həll edəcəyik. Biz müharibəyə bu yolla son qoyacağıq. Biz bu yolla bölgədə sülh yaradacağıq. Bu yolla Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, insanlar öz yerinə-yurduna qayıdacaq, qaçqınlar öz evinə-eşiyinə dönəcək və Azərbaycanda daimi sülh yaranacaqdır.Mən buna əminəm. Əminəm ona görə ki, haqq işi, ədalət işi həmişə qələbə çalıb. Əminəm ona görə ki, Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib və bu sınaqdan da keçəcəkdir. Əminəm ona görə ki, Azərbaycan xalqının zəkası, iradəsi, qəhrəmanlığı buna əsas verir. Əminəm ona görə ki, biz, Azərbaycan dövləti xalqın əmin-amanlığının, xoşbəxt gələcəyinin keşiyində durmuşuq.Bu bayram günü bu sözləri sizə çatdıraraq sizdə daha yüksək əhval-ruhiyyə yaratmaq istəyirəm. Eyni zamanda sizdə daha möhkəm əzmkarlıq, ümumi işimiz naminə daha sıx birlik yaratmaq istəyirəm. Mən bu gün, Novruz bayramı günü, bu bahar bayramı günü, bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər də tez bu çətinliklərdən çıxacağıq, o qədər də tez torpaqlarımızı geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik

 
Zəhmət olmasa sistemə daxil olun və ya qeydiyyatdan keçin.
  • 85
 (səs sayı: 1)
Oxunub: 5657 Müəllif: FirsT_MaN 20 mart 2010 Çap et Şərhlər (5)

#1 Müəllif: K_R_A_L (20 mart 2010 19:24)
aaaa, ozum olum mene tetile ev tapsiriqi ucun navruz haqqinda insa tapwirmisdilar,cox saq ol


bu arada menim adim Elvindir, sizin adiniz nedir?


--------------------
Qeydiyyat: 25.02.2010

#2 Müəllif: FirsT_MaN (20 mart 2010 19:33)
saq ol qaqaw sad oldum menimde adim Ruzigar, DeN_KuSo nikinin adi ise Nicatdir, menim sinif yoldawim


--------------------
Qeydiyyat: 24.02.2010

#3 Müəllif: DeN_KuSo (20 mart 2010 21:32)
Ruzi sen ol deyirem Mahire bunu eve verecek.Kisi kimi kitabdan deyil?


--------------------
Qeydiyyat: 12.03.2010

Məlumat
Qonaq qrupuna aid istifadəçilər bu məqaləyə şərh yaza bilməzlər.



Giriş
İstifadəçi adı
Şifrə

Təqvim
«    Noyabr 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30















myWAP
waptop