Bölmələr
» Sayt xeberleri
» Sual-cavab
» Himnler
» Qehremanlar
» Gizli meqamlar
» Sexsiyyetler
» Testler
» Mektebimiz
» Insalar
» Mentiqi suallar
» Xronologiya
» Din
» Siyaset
» Tarixi kinolar
» Elektron kitablar
» Maraqli
» Proqramlar
» Azərbaycan

Son xəbərlər
» İnternet sürətinə görə 11 ...
» Kosmik gəmi 15 il sonra geri qayıdıb
» Polad Bülbüloğlu MDB Humanitar Əm&# ...
» Tarixdə 20 iyun
» Kosmosa Çindən ilk qadın kosmonavt g ...
» İlk kompüter satıldı
» Azərbaycandaki yeni arxeoloji abidə
» Riçard Aslanürəkli
» Uinston Çörçill
» Azərbaycan şairi Nizami Gəncəvinin ...

Unutma


Sayt admini

Saytla bağlı problemləriniz üçün
Fərrux:

(+99455) 766-41-96

E-Mail/Agent: Bagiroff_55@mail.ru





Çox oxunan

Arxiv
İyun 2012 (25)
Yanvar 2012 (1)
Sentyabr 2011 (1)
May 2011 (1)
Aprel 2011 (1)
Mart 2011 (1)

Sorğu
Saytda daha cox hansi bolmeye ustunluk verirsiniz?

Himnler
Sual-cavab
Milli qehremanlar
Gizli meqamlar
Sexsiyyetler
Testler
Mektebimiz
Insalar
Mentiqi suallar
Xronologiya
Din
Siyaset
Tarixi kinolar
Elektron kitablar
Maraqli
Proqramlar


Həftənin sualı
Qüdrət mənim nəvəmdi mən isə onun nənəsi deyiləm.Qüdrət mənim nəyimdi???


Əgər cavabı tapdınsa kliklə


Həftənin ən aktivi
Nick :Susqun_Deniz

Adı :Gülnarə

Yaşı : 15

Statusu :İdarəçi

E-Mail : *****

Ünvan : Bakı Şəhəri

Tel :*****

>> Səndə ulduz ol <<






Təqvim
«    Oktyabr 2014    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Sayğac
Cəmi:
İstifadəçilər: 325
Məqalələr: 213
Şərhlər: 960

Bu ay:
İstifadəçilər: 1
Məqalələr: 0
Şərhlər: 10


           

Dil seçimi:

CƏFƏR CABBARLİNİN HƏYATİ
Bölmə: Sexsiyyetler

alt

CƏFƏR CABBARLİ

Cefer Qafar oğlu Cabbarlı (20 Mart, 1899, Xızı-31 Dekabr, 1934, Bakı). Azerbaycan dramaturqu, şairi ve nasiri. aktyor, ssenari müellifi, rejissor.

"Cabbarlı öz yaradıcılığında Azerbaycan klassik dramaturgiyasının en gözel cehetlerini davam etdirmekle beraber dünya dramaturgiyasının da nailiyyetlerinden faydalanıb.İbsen kimi aktual, qeti ve cesaretli, Şiller kimi üsyankar, Şekspir kimi engin ve rengareng, Qorki kimi ideyalı olmağa çalışan, öyrenen, arayan Cabbarlı Azerbaycan dramaturgiyasında sosial realizmin esasını qoydu."

Adlar ve Mükafatlar

Azerbaycan Emekdar İncesenet Xadimi (1932)



Heyatı

İlk Tehsil İlleri

Azerbaycan edebiyyatı tarixinde özünemexsus yer tutan Cefer Cabbarlının adı görkemli klassiklerimizle bir sırada çekilir.

XX esrin ikinci onilliyinde yaradıcılığa başlayan Cefer Cabbarlı zengin ve herterefli yaradıcılıq yolu keçerek, edebiyyatın hem şer, hem dram, hem de nesr növlerinden bacarıqla istifade etmiş, istedadını sınamışdır.

XX esr Azerbaycan edebiyyatının, medeniyyetinin, incesenetinin inkişafında müstesna xidmetler göstermiş görkemli dramaturq, şair, nasir, teatrşünas, tercümeçi, kinossenarist, jurnalist Cefer Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-de Bakının 110 km-de yerleşen Xızı kendinde yoxsul bir kendli ailesinde anadan olmuşdur. Ceferin ailesi 1903-cü ilde Bakıya köçerek şeherin "Dağlı Mehellesi" adlanan yuxarı hissesinde yaşamışdır. Ceferin atası texminen 1901-1902-ci illerde ürek xesteliyinden vefat etmişdir. Yazıçının anası Şahbike xanım namuslu ve çalışqan bir qadın idi. Onun dörd oğlu var idi. Kiçiyi Cefer idi. Eri vefat etdikden sonra ailenin bütün ağırlığı onun üzerine düşmüşdü.

Şahbike heç olmasa kiçik oğlunu tehsilden mehrum etmemek üçün Ceferi evvelce mehelle mollasının yanında "çereke" oxumağa, bir az sonra ise Molla Qedirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cefer anasının bişirdiyi çörekleri alverçilerin dükanına daşımaqla ailesine kömek edir. Mollaxananın ona bir şey vermeyeceyini başa düşen Cefer başqa şeher uşaqları ile birlikde 1905-ci ilde "Stariy Poçtovı-25"de Hacı Memmedhüseyn Bedelovun şexsi mülkünde açılan üçsinifli "7-ci Müselmani ve rusi" mektebinin birinci sinfine daxil olmuşdur. Ceferin ilk müellimleri görkemli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rehim bey Şıxlinski, Elimemmed Mustafayev idi. Cefer Cabbarlı 1908-ci ilde "7-ci Müselmani ve Rusi" mektebini bitirib bir müddet aileye kömek edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai mektebde oxuyur. 1915-ci il aprelin 2-de mektebi bitiren genc Cabbarlı senedlerini Bakı Politexnik mektebinin elektro-mexanika şöbesine vermişdir.

Hele ibtidai mektebde oxuduğu zaman Abdulla Şaiq ve Süleyman Sani Axundov kimi yazıçı ve müellimlerin tesiri ile Cabbarlıda edebiyyata heves daha da qüvvetlenir ve o, Azerbaycan ve rus şairlerini mütalie etmekle beraber özü de yazmağa başlayır.

Ceferin elyazmaları içerisinde hele tamamile bitmemiş, mektebli xetti ile yazılmış bir neçe şer, hekaye, opera metni ve hetta roman da vardır. Bezi tedqiqatçılar Cabbarlının 1913-cü ilden öz yazıları ile qezet idarelerine geldiyini gösterirler. 1990-cı ilin evvellerine qeder bele hesab edilirdi ki, Cabbarlının ilk menzumesi 1915-ci il aprel ayının 3-de "Mekteb" jurnalının 6-cı nömresinde çap olunmuş Bahar şeridir. Lakin dramaturqun eserlerini son illerde tedqiq eden tedqiqatçı-alim Asif Rüstemlinin axtarışlarından melum oldu ki, C. Cabbarlının ilk lirik ve satirik şerlerinin tarixini 1915-ci ilin aprel ve iyun aylarında çap edilmiş "Bahar" ve "El Götür" şerlerinden deyil, "Heqiqeti-Efkar" qezetinin 5 Noyabr 1911-ci il 2-ci nömresinde derc edilmiş "Eşidenlere" ve "Şücaetim" şerlerinden başlamaq lazımdır.

1915-ci ilde Bakı Politexnik mektebinin elektro-mexanika şöbesine daxil olan yazıçı 1920-ci il mayın 6-da tehsilini başa vuraraq şehadetname ve attestat almışdır.
Cefer Cabbarlı 1920-ci ilde Bakı Politexnik Mektebini bitirdikden sonra Bakı Dövlet Universitetinin tibb fakültesine daxil olmuşdur. O, burada oxumuş, lakin bu senet onu maraqlandırmadığından erize yazıb hemin fakülteden çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı sehne alemi ve teatr tarixi ile yaxından tanış olmaq meqsedile Bakı Türk Teatr Mektebinde mühazirelere qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ilde Bakı Dövlet Universitetinin Şerq fakültesinin tarix şöbesinde de tehsilini davam etdirir.

Cabbarlı edebiyyata yüngül bir hevesle gelmemişdi. Onu edebiyyata çeken qüvve ictimai heyatda feal iştirak etmek ehtiyacı idi. O, hetta ilk eserlerinde de böyük maarifçi-yazıçılarımızın, realistlerimizin yolu ile getmeye çalışaraq, her eserinde ictimai bir fikir ifade edirdi, onun her eseri müeyyen daxili heyecanın, düşüncenin neticesi kimi meydana çıxırdı.

1915-1920-ci iller Cefer Cabbarlının tekce telebelik illeri deyil, edebiyyata, senete geldiyi dövrdür. O, bir-birinin ardınca "Vefalı Seriyye yaxud Göz Yaşı içinde Gülüş", "Solğun Çiçekler", "Nesreddin Şah", "Trablis Müharibesi ve ya Ulduz", "Edirne Fethi", "Bakı Müharibesi", "Aydın" kimi Azerbaycan sehnesini düşündüren eserler yazmış, lirik ve satirik şeirlerle, bir sıra hekayelerle müxtelif metbuat orqanlarında çıxışlar etmişdir



Yaradıcılığının İlk Dövrü

Lirik ve satirik şeirleri. Hekayeleri ve ilk dram eserleri.

Cabbarlının yaradıcılığı zaman etibarile çox davam etmese de, siyasi-ictimai cehetden çox ehemiyyetli bir dövrü, 1915-1934 -cü iller arasındakı iyirmiillik bir tarixi merheleni ehate edir. Çox mühüm ictimai-siyasi hadiselerle dolu olan bu tarixi dövrü nezerde tutaraq deye bilerik ki, Cabbarlının edebi fealiyyeti Azerbaycanda, xüsusen Bakıda kapitalizm münasibetlerinin süretle inkişaf etdiyi burjua ve mülkedar Azerbaycanının fehle-kendli sovet respublikasına çevrildiyi illerde keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çetin ve ziddiyyetli olsa da, esasen, yükseliş ve tereqqi yolu olmuşdur.

Azerbaycan demokratik-realist klassik edebiyyatına, zengin xalq yaradıcılığına esaslanan Cabbarlı, başlıca olaraq, Mirze Feteli Axundov realizminden qidalanırdı. Mirze Feteli Axundovun maarifçi-demokratik fikirlerini, heyatla derinden bağlı olan realizmini Cabbarlı ümumiyyetle Azerbaycan edebiyyatı üçün, xüsusen özü üçün en düzgün bir yaradıcılıq yolu hesab edirdi.
Cabbarlının esaslandığı realizm xalq heyatı ile, Azerbaycan zehmetkeşlerinin azad ve gözel heyat haqqındakı arzuları ile, xalqın ireliye, işığa ve sedaqete doğru coşqun meylleri ile bağlı idi.
Qeyd edildiyi kimi, Cabbarlı edebiyyata şeirle gelmişdi ve ilk metbu şeirleri 1911-ci ilde "Heqiqeti-Efkar" qezetinde derc olunmuşdu. 1915-ci il aprel ayının 3-de "Mekteb" jurnalının 6-cı nömresinde yazıçının "Bahar" adlı şeri neşr olunmuşdu. "Mekteb" jurnalı tutduğu mövqe ve mektebliler arasında geniş yayılması ile C.Cabbarlını da özüne celb ede bilmişdi. Demeli, C.Cabbarlının yaradıcılığa başlamasında "Mekteb" jurnalının da müeyyen rolu olmuşdur.
1915-ci ilde "Qurtuluş" jurnalı terefinden elan edilmiş müsabiqede Cabbarlının "Qürub Çağı Bir Yetim" şeiri beyenilmiş ve o, birincilik qazanaraq Sabirin "Hophopname" ve "Qurtuluş" jurnalının birillik abunesi ile mükafatlandırılmışdı.

Genc Cabbarlı hele uşaq yaşlarından insanların ağır veziyyetini, cemiyyetin yoxsullara ve varlılara bölündüyünü görür, birincilerin ağır, meşeqqetli heyat içerisinde yaşamasını müşahide edir ve bütün bunları qeleme almağa, onlara öz münasibetini bildirmeye çalışır. Ayrı-ayrı ailelerin ağır veziyyeti onu düşündürür. O, düşündüklerini "Boranlı Qış Gecesi" ("Qurtuluş" jurnalı, 1915), "Bayram Saxlayanlara", "Dilençi" ("Besiret" qezeti, 1917, 8 İyul) ve "Novruz Bayramına Hazırlaşan Müselmana Töhfe" ("Besiret" qezeti, 1917, 25 Fevral) kimi şeirlerinde eks etdirmişdir.

Cabbarlı yaradıcılığının ilk dövründe mühüm yer tutan satira edibin bir realist, bir demokrat kimi yetişmesinde mühüm rol oynamışdır. Onun ilk satirik şeirlerinde hem mövzu, hem de forma cehetden Sabir ruhu duyulmaqdadır. XX esrin evvellerinde Azerbaycanda yetişen realist satirik şairlerin hamısı bu ve ya başqa şekilde Sabir satirasının qüvvetli tesirini hiss etmişler. Genc Cabbarlı da ilk satirik şeirlerini bu böyük satirikin tesiri altında yazmışdır.

Sabirden öyrenmek, onun demokratik fikirlerinden müteessir olmaq, satirik üsullarından istifade etmek Cabbarlının müsbet cehetidir. Sabir yaradıcılığı onun üçün ilk realizm mektebi, vetendaş poeziyası mektebi, cemiyyete, xalqa xidmet mektebi idi.

Cabbarlı öz satirik şerlerini sade, aydın yazmağa, fikrini real ve canlı ifade etmeye çalışarken çox vaxt Sabire müraciet edir ve ondan bacarıqla istifade etmeye müveffeq olur. Aşağıdakı parçalar buna en yaxşı misal ola biler:

Qızıma

Fikrini verme ne elme, ne de ürfane, qızım!
Çoxdur elmin zereri din ile imane, qızım!
Oxuyub elmi, evin eyleme virane, qızım!
Yoxdur elmin semeri qövmi-müselmane, qızım!
Dersü mekteb sözün, ol lal, getirme diline;
Qelemi xarici mezheb kimi alma eline.
Vurma leke daha, allahı seversen, eline.
Elm bir şeymi, vere menfeet insane, qızım?
Ne revadır salasan möhnete qemsiz başını,
Edesen xalqın arasında xecil qardaşını;
Get bişir evde, bala, düşbereni, bozbaşını,
Verginen meylini xingale, fisincane, qızım!

"Qızıma" adlı satirasında ("Babayi-Emir", 1915,19) qızlarını cehaletde saxlayan köhne fikirli atalar tenqid edilmişler. Maraqlıdır ki, Cefer Cabbarlının "Qızıma" satirası Oksford Universiteti terefinden çap olunmuş dersliye daxil edilmişdir.

Zahiren yüngül ve bir qeder de "mezeli" görünen bu satirik şerlerde Cabbarlının qezebli sesi aydınca eşidilirdi. Onun ilk satirik şerlerinde qadın azadlığı mövzusuna xüsusi yer verilmişdir.
"Hürriyyeti-Nisvançılara Protesto", "Arvadlar Deyirler", "Kişiler Deyirler", "Qızlardan Kişilere Protesto" ve başqa şeirlerinde şair vaxtile deb halını almış qadın azadlığı meselesinin yarımçıq hell edildiyinden, qadınların hele de ibtidai hüquqlardan mehrum olduğundan behs edirdi. Bezen şairin tenqid ateşi ictimai, siyasi meselelere doğru yönelir, dövlet quruluşundakı nöqsanları ifşa edir.

Cefer Cabbarlının pyes ve hekayelerinde olduğu kimi, satirik şerlerinde de kapitalizm şeraitinde qadına münasibet meselesi mühüm yer tutur. Yazıçı satirik şeirlerinde pis kişinin qadına, naxelef övladın anaya ve elece de feodal-burjua cemiyyetin qadına menfi münasibetlerini tenqid ederek, onları öz hüquqlarını müdafie etmeye çağırır.

İlk şeir, hekaye ve dramlarını Cabbarlı eyni ilde, 1915-1916-cı illerde yazmışdır. İlk hekayelerinden olan "Aslan ve Ferhad"ın üzerinde 15 İyul 1916-cı il tarixi vardır. "Mensur ve Sitare" hekayesinin elyazma nüsxesi ve hemçinin "Sitare" adlı operanın elyazma nüsxesinde tarix yoxdur. Lakin elyazmaların xettinden, eserlerin üslubundan asanlıqla teyin etmek olar ki, bunlar da 1915-ci ilin axırlarında ve ya 1916-cı ilin ortalarında yazılmışdır.
Cabbarlının ilk satirik ve lirik şerleri ile bir zamanda yazılan bu eserlerin mövzusu da, demek olar ki, bir-birine çox yaxındır. Müellif bu eserlerinde de cemiyyetdeki edaletsizlikden behs edir. Gördüyü zülme ve haqsızlıqlara soyuqqanlı baxa bilmeyen genc yazıçı öz heyecanını, qezeb ve nifretini ifade etmeye çalışır.

C.Cabbarlı yaradıcılığa şeirle başlasa da, en gözel eserlerini dramaturgiya janrında yazmış ve Azerbaycanın görkemli dramaturqu ve teatr xadimi kimi tanınmışdır.
Xalqın tereqqisinin ana xettini medeniyyetin, teatrın inkişafında gören senetkar bir-birinin ardınca gözel sehne eserleri yaratmış, eyni zamanda incesenetin müxtelif sahelerinde de fealiyyet göstermişdir.

C.Cabbarlının yaradıcılığının ilk dövrüne aid olan "Vefalı Seriyye yaxud Göz Yaşı içinde Gülüş" eserinin üzerindeki qeyde göre eser 30 Dekabr 1915-ci ilde yazılmışdır. Müellif bu eserinde cemiyyetdeki edaletsizlikden behs edir, gördüyü haqsızlıqlara qezeb ve nifretini bildirirdi. Bu eserde dramaturq burjua-mülkedar cemiyyetinde hökm süren nadanlığın, cehaletin ve avamlığın bir-birini temiz mehebbetle seven genclerin heyatlarına böyük manee olduğunu göstermişdir.

"Vefalı Seriyye yaxud Göz Yaşı içinde Gülüş" eserinden sonra yazıçı "Solğun Çiçekler" eserini yazmışdır. Eser 1915-ci ilde yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı "Solğun Çiçekler"de yaşadığı burjua-mülkedar cemiyyetinin ziddiyyetlerini esas götürerek, onu bir aile daxilinde vermeye çalışmışdır. Eyni zamanda hemin cemiyyetde hakim rolu olan pulun ve dövletin insanların exlaqını pozaraq, daxili alemlerini eybecerleşdirdiklerini, sedaqetli, temiz qelbli insanlara ezab ve işgenceler verildiyini ifşa etmişdir. Eser ilk defe İsmailiyyede (indiki EA-nın reyaset heyetinin binası) 1916-cı ilde oynanılmışdır.
Aile-meişet mövzusuna hesr olunmuş pyes Cabbarlının qüvvetli dramaturq istedadına malik olduğunu gösterir. Cefer Ceferov "Solğun Çiçekler" ve "Vefalı Seriyye" pyesleri haqqında yazır: "Klassik Azerbaycan dramaturgiyasının en yaxşı enenelerine sadiq qalan Cabbarlı eyni zamanda özünemexsus bir sepgisi, orijinal xüsusiyyeti olan, edebiyyata yeni mövzular, obrazlar ve ideyalar getiren bir edib kimi meydana çıxır.
Bu pyeslerin en qiymetli ceheti menfeet düşgünlerinin qeddar, qaba ve nadan adamlar olduğunu ifşa etmesidir".
Eserde Cabbarlı heyatı realist boyalarla tesvir ederek, edaletsizliyin, felaketlerin menbeyini göstere bilmişdir.

"Nesreddin Şah" C.Cabbarlının ilk tarixi pyesidir. Edibin elyazmaları içerisinde "Nesreddin Şah" variantlarının en köhnesi "Nesreddin Şah" texminen 1916-cı ile aiddir.
Eserde Cabbarlı İranda hökm süren şah despotizmi fonunda zehmetkeş kendlilerin ağır heyatını, xanların azğınlığını, mütereqqi İran genclerinin azadlıq uğrunda mübarizesini göstermişdir.

Cefer Cabbarlı Azerbaycanda ilk defe olaraq tarixi drama janrını milli-azadlıq ideyaları ile, geniş xalq kütlelerinin şah mütleqiyyetine qarşı çıxışı ile zenginleşdirmişdir.
"Nesreddin Şah" pyesinde istibdad ve mütleqiyyete qarşı geniş xalq kütlelerinin mübarizesinin eks olunması onun ferqli xüsusiyyeti olmuşdur. Azerbaycan dramaturgiyasında ve C.Cabbarlının yaradıcılığında tarixi mövzunun işlenilmesi "Nesreddin Şah"la yeni merhele idi. "Nesreddin Şah" ilk defe Aşqabadda 1919-cu ilde tamaşaya qoyulmuşdur.

1920-ci iller Cefer Cabbarlı dramaturgiyası üçün derin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibetdeki eniş yoxuşlar merhelesi idi. Azerbaycan Demokratik Cumhuriyyeti dövründe (1918-1920) bir çox yazıçılar kimi, genc Cabbarlının da derinden çulğalamış milli problematika, milli iftixar, qürur ve vetenperverlik ruhu ile yazılmış "Ulduz ve ya Trablis Müharibesi" (1917), "Edirne Fethi" (1917) pyesleri tenqid terefinden "Ziyanlı Senet", "Zererli Temayül" kimi qarşılanmışdı. Her iki eserin mövzusu Türkiye xalqının yadellilere qarşı apardığı reşadetli mübarizelerden götürülmüşdür. Obraz ve mövzu yaxınlığını nezere alaraq "Edirne Fethi" pyesini "Trablis Müharibesi ve ya Ulduz" pyesinin davamı hesab etmek olar. Bu eserler türk meişetini, türk qehremanlığını ve şücaetini tebliğ etdiyi üçün hele yazıldığı günden vulqar tenqid terefinden "panturkist", "panislamist" temayüllü eserler kimi qarşılanmış, az sonra tamamile sehneden çıxarılmışdır.

"Trablis müharibesi ve ya Ulduz" ve "Edirne Fethi" eserlerinin mövzusu qardaş Türkiye xalqının mübarize dolu tarixinin yaxın keçmişinden (1911-1913-cü iller) götürülmüşdür.
"Ulduz" (1917) ve "Edirne Fethi" (1917) eserlerini müellif ömrünün genclik çağında (18 yaşında), yaradıcılığının ilkin merhelesinde yazmışdır. C.Cabbarlı Bakı Politexnik mektebinin telebesi olmasına baxmayaraq, Türkiye tarixinin Balkan müharibesi (1911-1913) dövrünü metbuat melumatları esasında diqqetle izlemiş, behrelendiyi tarixi faktlara yaradıcı münasibet besleyerek, problemlerin ve xarakterlerin ziddiyyetli meqamlarını üz-üze qoyaraq oxucuları ve tamaşaçıları tesir altına, gergin heyecanlı anlara sala bilecek, bu gün de Azerbaycanda mövcud olan ictimai veziyyetle bağlı elahidde aktuallıq kesb eden deyerli sehne eserleri yaratmışdır.
"Ulduz"da hadiseler İtaliya-Türkiye müharibesi fonunda cereyan edir. "Edirne Fethi" faciesini genc Cabbarlı 1917-ci il oktyabrın 17-de bitirmiş, eser ele hemin il, dekabrın 15-de tamaşaya qoyulmuşdur. Pyesin esas mezmunu Balkan müharibeleri dövründe teslimçi, riyakar mövqe tutmuş hakim dairelere qarşı türk xalqının qezebi, itirilmiş Edirne torpaqları uğrunda vetenperverlik herekatı, qehremanlıq ve reşadeti teşkil edir.

Yazıçının "Bakı Müharibesi" eserinde 1918-ci ilin martında Bakıda baş veren qanlı hadiseler, ermeni daşnaqlarının azerbaycanlılara qarşı etdiyi zülmler tesvir olunur, başda Nuru Paşa olmaqla qehreman xilaskar Türk ordusunun şeheri ermeni vehşilerinden xilas etmesinden danışılırdı. Hemin facie 1919-cu il sentyabrın 16-da Azerbaycan Dövlet Teatrosunda tamaşaya qoyulmuşdur. Lakin çox teessüf ki, eser bu güne kimi tapılmamışdır.

Cabbarlının satirik ve lirik şeirlerden başlanıb ictimai-meişet pyeslerinedek gelen ilk yaradıcılıq dövrünün ümumi istiqameti beledir. Cemi 3-4 il süren bu dövrü yazıçının edebi tecrübe illeri adlandırmaq daha düzgün olar. Bu dövrde yazdığı eserlerin bir çoxuna Cabbarlı neinki böyük ehemiyyet vermemişdi, hetta onların çap olunmasına da çalışmamışdı.

Lakin buna baxmayaraq, bu dövr genc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir merhele idi ve ciddi edebi tecrübe ehemiyyetine malik idi. Bu dövrde Cabbarlı realizm yoluna düşmüş ve ictimai-meişet mövzularını işlemeye başlamışdı. İlk satirik ve lirik şeirlerinde o, cemiyyetdeki nöqsanlara ince bir kinaye ile gülmeyi, onları acı-acı qamçılamağı, ifşa etmeyi ve onlara qarşı nifret oyatmağı öyrenmişdi; hekayelerinde insanlar arasındakı münasibetleri nisbeten geniş tesvir etmeye, yaxşı-yamanı, xeyir-şeri bir-birinden ayırmağa çalışmışdı. Bu hekayelerinde Cabbarlı hele cesaretsiz bir şekilde olsa da, xarakterler yaratmağa teşebbüs etmişdi. İlk pyeslerinde ise bu teşebbüs daha da artmışdı; yazıçı meişet sehnelerini, burjua cemiyyeti ile toqquşan ferdlerin faciesini ve nehayet, ictimai edaletsizliye qarşı mübarize meyllerini göstermeyi tecrübe etmişdi.
Senetkarlıq ve dil cehetinden de bu dövr Cabbarlı üçün bir hazırlıq mektebi idi.


Yaradıcılığının İkinci Dövrü

C.Cabbarlının 1920-1923-cü illerdeki edebi fealiyyetinin en yaxşı neticesi "Aydın" ve "Oqtay Eloğlu" pyesleri oldu. Her iki eser 1921-1923-cü illerde Azerbaycan Dövlət Teatrosunda müveffeqiyyetle tamaşaya qoyulmuş ve teatrın repertuarında görkemli yer tutmuşdur. İdeya ve üslub cehetden bir-birine yaxın olan bu eserlerde Cabbarlı pulun hökmranlıq etdiyi bir cemiyyeti, bu cemiyyetde ezilen zehmetkeşlerin faciesini göstermişdir.

"Oqtay Eloğlu" eserini yazmaqda Cabbarlının meqsedi Azerbaycan Milli Teatrını yaratmaq ideyası idi. Oqtay perestiş etdiyi xalq sehnesini yükseltmek, milli teatr yaratmaq uğrunda dinclik bilmeden çalışır. O, sehne xadimidir. Sehneni bütün varlığı ile seven Oqtay her şeyden evvel yaradıcı bir insandır. Yaradıcılıq onun esas keyfiyyetidir. O, deyir: "Yaşamaq isteyirikse, yaratmalıyıq. Sehnemiz yox, feqet olmalıdır. Onu da men yaradacağam."

Yaradıcılığının ilk dövründe yazılmış pyeslerinde - "Vefalı Seriyye, yaxud Göz Yaşları İçinde Gülüş" (1915), "Solğun Çiçekler" (1915), "Edirne Fethi" (1917), "Nesreddin Şah" (1916) - meharetle süjet qurmaq, ferdi psixoloji xarakterler yaratmaq yolunda gösterdiyi seyler artıq genc Cefer Cabbarlıya oxucu reğbeti qazandırmış olsa da, onun geniş oxucu - tamaşaçı kütlelerinin hiss ve duyğuları, fikir ve düşünceleri üzerinde esl dramaturq hakimiyyeti "Aydın" (1919), "Oqtay Eloğlu" (1921) pyesleri ile başlayır.

Cefer Cabbarlının esl peşekar ustalığı, bedii texniki yetkinliyi, heyati konfliktler, tebii monoloq ve mükalimeler qurmaq mehareti ilk defe olaraq bu pyeslerde tam qüdreti ile tezahür edir. Bu pyesler hem de Cefer Cabbarlı dramaturgiyası zemininde Cabbarlı teatrını qurmaq ve ucaltmaq yolunda iki esas temel sütunları idi. İdeoloji tezyiqlere mehel qoymadan millilik elementlerini qoruyub saxlayan, sehne ve senetkar problemini de bu rakursdan hell etmeye çalışan senetkarın vetenperverlik ve ziyalılıq ruhu bu pyeslerde tam gücü ile duyulur. Xalqın yaşaması, özü-özünün tesdiqi üçün milli medeni intibahın başlıca şert olduğunu anlayan Oqtay ("Oqtay Eloğlu") xalqını dahiler, senetkarlar, şexsiyyetler yetişdirmeye çağırır. Lakin doğma sehneni boş gören sarsılmış genc aktyor tebietine mexsus çılğınlıqla üzünü salona tutaraq: "Sefil xalq, ne bağırırsan. Sende senetkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl" - deyir. Tragik qehreman seviyyesine yükselen Oqtay Eloğlu perestiş etdiyi, varlığı qeder sevdiyi sehneni yükseltmek, milli teatr yaratmaq uğrunda dinclik bilmeden çalışır, facieli senet yolu keçir.

Aydının ve Oqtayın mübarize, inkar ve etiraz hedefleri müxtelif olsa da, onlar talece eyni bir heyat mecrasında birleşir ve qovuşurlar. Altun ve pulun qeddar derebeyliyi, incesenet, şöhret ve servet ehtiraslarının menhus tuğyanı qarşısındakı elacsızlıq onları eyni bir ağrı ve iztirab deyirmanında üyüdür.

Vetene, xalqa, milli medeniyyete ve senete xidmet yolunda her cür fedakarlığa hazır olan bu qehremanlardakı parlaq romantika, necib xeyalperverlik hadiseler axarında az keçmir ki, heyatın sert daşlarına deyerek çiliklenir. Her iki eser facievi bir finalla, sarsıdıcı bir sonluqla tamamlanır.

Cefer Cabbarlının tesvir etdiyi genc qehremanlar: aydınlar, oqtaylar real ve heyatı idiler.
"Oqtay Eloğlu" ile "Od Gelini" arasındakı iller Cabbarlı yaradıcılığında çox gergin edebi fealiyyet illeri ve yeni inkişaf dövrüne girmek üçün hazırlıq illeri olmuşdur.

"Od Gelini" tragediyası bir körpü kimi iki dövrü bir-birine bağlayır. "Od Gelini" eserinde Cabbarlı öz heqiqi mübariz qehremanını, yeni aydın ve yüksek meqsed uğrunda mübarize eden esl qehremanını tapmışdır. Eserin qehremanı Elxan azadlıq ve istiqlaliyyet uğrunda mübarize eden xalq kütlelerinin qehreman bir serkerdesi olmaqla beraber, bir mütefekkir ve islahatçıdır; o, ictimai quruluşun yaramazlıqlarını derk etmiş ve onu deyişdirmek qerarına gelmişdir. Bu nöqteyi-nezerden Elxan yalnız Cabbarlı yaradıcılığında deyil, bütün Azerbaycan edebiyyatında yeni müsbet bir qehreman idi.

"Od Gelini" tragediyası şahların, xelifelerin, hökmdarların heyatına hesr edilmiş eser deyildir. O, zehmetkeş xalqın heyatını, mübarizesini, xalqın öz içerisinden çıxan qehremanları tesvir edir. Babek xalq qehremanı, xalq serkerdesi ve xalq başçısıdır.

"Od Gelini" tragediyasını yazmaq fikri ilk defe Cabbarlıda 1924-cü ilde oyanmışdır. "Od Gelini" esas etibarı ile IX esrde baş vermiş tipik tarixi hadiselere ve bu hadiselerin başında duran xalq serkerdesi Babekin ereb işğalçılarına qarşı mübarizesine hesr edilmişdir. Eserin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzerinde tam üç il de işlemiş, tekmilleşdirmiş ve ancaq bundan sonra teatra vermişdir. Heç bir eser üzerinde Cabbarlı "Od Gelini" qeder çox ve seyle işlememişdir.

1928-ci ilde dramaturq "Od Gelini" pyesi ile tarixi menşeyine göre olduqca problematik, zamanına göre aktual, aktual olduğu qeder de xtalı, süjet ve kompozisiya helline göre benzersiz möhteşemliye malik bir mövzuya müraciet etmişdi. Mövzunun derinliyi ve genişliyindendir ki, eser ilk variantında 38 şekilden ibaret pyes kimi qeleme alınmış, tamaşaya hazırlıq prosesinde ise 18 şekle endirilmişdir.

Sovet tenqidinin "ateist ruhlu", dine qarşı mübarizede çox tesirli eser kimi qiymetlendirdiyi faciede konkret olaraq islam ve onun ziyanlı cehetlerinin tesviri yoxdur, lakin ereblerin Azerbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adetlerine, dinine, heysiyyatına tecavüzünü eks etdiren sehneler bir-birini evez edir.

Memmed Emin Resulzade "Çağdaş Azerbayçan Edebiyyatı" eserinde yazırdı: "Od Gelini"ni Cefer "Çeka" hebsinden çıxdıqdan sonra yazmışdır. O, vaxtile ister memleketde, isterse memleket xaricinde ses salmış bir hadiseye göre "müsavatçılar" qrupu ile birlikde hebs edilmişdi. Bu eserde ateşperest Azerbaycanın müselman-ereb istilasına qarşı mübarizesi tesvir edilir.Yeni sahibler memleketin bütün zenginliklerini çapıb aparırlar. Neft dövletin malı elan edilir. Erebistana daşınır. Azerbaycanlıları islam dinini qebul etmeye mecbur edirler.
Menzerenin remziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ereb" ve "islam" sözleri yerine "rus" ve "kommunizm" sözlerini qoymaq menanı aktuallaşdırmaq üçün kifayetdir".

"Od Gelini" eseri 1928-ci ilde tamaşaya qoyuldu. Eserin quruluşçu rejissoru A.A.Tuqanov idi.
Cabbarlının yaratdığı pyesler öz bedii dili ve üslubu ile de seçilirdi. Heç şübhesiz ki, Cabbarlının edebi dil sahesindeki fealiyyeti Azerbaycan dilinin inkişafında bir merhele teşkil etmekdedir.
Cabbarlının, xüsusen dramaturq Cabbarlının yaradıcılığında dil esas tipleşdirme vasitelerinden biridir. Buna göre de yazıçının saf, aydın ve müsteqil Azerbaycan dili uğrundakı mübarizesi bilavasite onun senetkarlıq xüsusiyyetleri ile bağlıdır.

Cabbarlı dilinin qüvveti, her şeyden evvel onun dramlarında meydana çıxır.
Cabbarlı müasir dram dilimizin banisidir: xalq danışıq diline esaslanan dram dilinin yox, normativ bedii dile esaslanan dram dilinin yaradıcısıdır. Mehz dramaturqun formalaşdırdığı dram dili Avropa klassiklerinin pyeslerini ana dilimize tercüme elemeye, bu sahede lazımi adekvatlığa nail olmağa imkan verdi. O, Azerbaycan bedii dilinin normativ dram üslubunun banisi oldu. Dramaturqun yaratdığı bedii üslubu ne nesr, ne de şer dili ile müqayise etmek olar. Onun yaratdığı dramatik danışıq üslubunu Mirze İbrahimov, Mehdi Hüseyn, İlyas Efendiyev, Sabit Rehman, Enver Memmedxanlı kimi istedadlı yazıçılarımız inkişaf etdirmişler.

Cabbarlı Azerbaycan heyatından alınmış tarixi ve efsanevi mövzularla çox maraqlanırdı. O, Azerbaycan xalqının azadlığı uğrundakı mübarize tarixini, efsane ve nağıllarını öyrenerek, xalqın menevi qüdretini öz eserlerinde eks etdirmek isteyirdi.

Hele 1922-1923-cü illerden üzerinde işlediyi "Araz Çayı" menzum faciesini Cabbarlı oynamaq üçün Dövlet Dram Teatrına teqdim etmişdir. Çox ehtimal ki, bu menzum facie Azerbaycan xalqının vehdeti meselesine hesr edilmişdi. O dövrde ağızlarda gezen "Araz çayı, qalx aradan, qoy birleşsin Azerbaycan!"-misrasının da hemin facieden olması güman edilir. Lakin teessüf ki, bu eser tapılmadığı kimi haqqında müfessel melumat da yoxdur. 1923-cü ilden başlayaraq Cabbarlı "Qız Qalası" adlı efsanevi poemasını "Maarif ve Medeniyyet" jurnalında derc etdirmişdir. "Qız Qalası" 1922-1923-cü illerde yazılmışdır.

1924-cü ilde Bakı Dövlet Universitetinin Şerq fakültesinde oxuyarken Cabbarlı edebi fealiyyetini de davam etdirirdi. O, bir sıra hekaye ve şerler yazmaqla beraber tercümeçilikle de meşğul olur, ayrı-ayrı metbuat orqanlarında meqalelerle çıxışlar edirdi. Yazıçının teatr seneti haqqında nezeri düşünceleri 1924-1925-ci illerde yazdığı "Azerbaycan Edebiyyatının Son Veziyyeti", "Bizde Teatro", "Azerbaycan Teatr Mektebi",1922-ci ilde "Edebi Mübahiseler" meqalesini "Zehmet" qezetinde derc etdirmişdir ve s. meqalelerinde daha seciyyevi formada öz eksini tapmış, yeni repertuarın yaradılması, senetkar aktyorlar, aktrisa ve rejissorlar yetişdirmek meselesi ireli cürülmüşdü.

Memmed Emin Resulzadenin qeydlerinden: "Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Mehşur musiqi professoru Qilyer onun "Şahsenem" adlı menzum pyesini nota çevirerek opera yazmışdır. "Qız Qalası" menzumesi kimi, eserlerinden bir qismi rusca ile beraber, Qafqaz dillerine de tercüme edilmişdir. Dramlarından başqa Cabbarlının şerleri ve hekayeleri de vardı. Cabbarlının dramaturqluğu Azerbaycan dramaturgiyasında mühüm bir merheledir."

1925-ci ilde dövlet teatrı üçün Şekspirin "Hamlet" faciesini tercüme etmiş, 1927-ci ilin evvellerinde "Dilber" hekayesini çap etdirmiş, eyni zamanda F.Qladkovun "Sement" eserinden bir parça tercüme etmişdi. 1928-ci ilde Lev Tolstoyun "Uşaqlıq" povestini ve Maksim Qorkinin "Üzügüler" hekayesini tercüme ve çap etdirmişdi.


Yaradıcılığının Üçüncü Dövrü

Axan çaylar, sen kiminsen? - Mene körpü salanın!
Doğan güneş, sen kiminsen? - Menden işıq alanın!
Sonsuz feza, sen kiminsen? - Mene qanad çalanın!
Heyat, söyle, sen kiminsen? - Men heyatı öyrenenin, bacaranın, alanın!

Mürekkeb ictimai-siyasi hadiselerle zengin olan 1920-1930-cu iller Azerbaycan xalqının hem siyasi, hem de edebi tarixinde xüsusi merhele teşkil edir. Bolşevik hakimiyyeti, sovet rejimi, kolxoz quruculuğu, ellikle kollektivleşme kimi mürekkeb hadiselerle xarakterize olunan bu dövrün heqiqetlerini eks etdiren tarixi senedler, edebiyyat nümuneleri çoxdur.
C.Cabbarlı mürekkeb, ziddiyyetli bir tarixi dövrün edebi sehnesine onun hem qaranlıq, hem de işıqlı cehetlerini bize çatdırmaq üçün gelmişdir.

Cefer Cabbarlı 1920-1930-cu illerde Azerbaycan dramaturgiyasının en populyar dramaturqu idi. Dövrün tarixi-ictimai mezmununu tesvir ve seciyyelendirmek qüdreti mehz ona nesib olmuşdur. Cefer Cabbarlısız bu dramaturgiyanı bütöv, feal, müsteqil ve qüdretli hesab etmek mümkün deyildir.

1928-ci ilden başlayaraq, yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azerbaycanda sovet hakimiyyeti qurulduqdan sonra bir müddet dram yaradıcılığına fasile veren yazıçı 1927-ci ilde "Sevil" eserini yazır. Eser qadın azadlığı mövzusuna hesr olunmuşdur. 1928-cu ilde "Sevil"in tamaşaya qoyulması ile sanki Şerq qadınlarının azadlığı üçün bir yol açıldı.
Qadın azadlığı Cabbarlı dramaturgiyasının esas mövzularındandır. Celil Memmedquluzade kimi Cabbarlı üçün de qadın derdi "köhne bir derd" idi.

Yazıçının hekayelerinin ekseriyyeti Azerbaycan qadınının bedbext taleyine hesr edilmişdir. Lakin yazıçı Azerbaycan qadınlarını donmuş bir veziyyetde yox, inkişafda tesvir etmişdir. Onlar get-gede şüurlanır, insanlıq leyaqetlerini derk edirler. Cabbarlının qadın suretleri passiv etirazdan başlayaraq feal etiraza, ictimai mübarizeye qeder yükselirler.

Qadın azadlığı herekatında metbuatın ve bedii edebiyyatın üzerine mühüm vezife düşürdü ve Cabbarlının "Sevil" pyesi bu mübarizede xüsusi ehemiyyet kesb etdi.
Eserde Azerbaycan qadınının dünenki, bugünkü, hetta gelecek heyatı Sevilin simasında eks etdirilmişdir.

30-cu illerin edebi-ictimai mühitine bilavasite tesir gösteren, böyük tamaşaçı ve oxucu kütlesi arasında rezonansa sebeb olan "Sevil" pyesinde dramaturq yeni cemiyyet, yeni insan, yeni aile ve exlaq normalarının bedii illüstrativ tesvirine sey göstermişdir. Eserde müti bir qadının keçdiyi heyat yolu, menevi tekamül prosesi tesvir olunur. Pyesde edib müasir heyat materialı esasında köhnelik ve yeniliyin mübarizesini eks etdirmişdir.
1930-cu ilde Cabbarlı Türk Dövlet Teatrında bedii hisse müdiri ve rejissor vezifesinde işlemeye başladı.
"Sevil"den sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi ise yeni kend meselesi idi.

C.Cabbarlının 1930-cu iller dram yaradıcılığı "Almaz" pyesi ile başlayır. Eserin ilk tamaşası 1931-ci il aprelin 13-de gösterilmişdi. Tamaşa böyük müvefeqiyyet qazanmışdı.
Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illerin esas ictimai meselelerinden biri kend teserrüfatının kollektivleşdirilmesi idi. Almazın simasında yazıçı sosializm cemiyyeti üçün xarakterik olan bir gencin suretini yaratmışdır.

1931-ci ilde Cabbarlı "1905-ci İlde" pyesini tamamlayıb teatra verdi. Eser xalqlar dostluğundan behs edir. Türk Dövlet Dram Teatrı 1931-ci il mövsümünü bu pyesle açmışdır. Eserin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzerinde Cabbarlı özü işlemişdir.
1932-ci ilde C.Cabbarlı "Dönüş" eserini yazmışdır. Heyat yoldaşı Sona xanıma yazdığı mektubda edib eser haqqında bele yazmışdı: "Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilmesem, gerisini gelib bağda qurtaracağam…"

Cabbarlının 1932-ci ilin yayında yazdığı bu mektubda gösterdiyi balaca pyes - "Dönüş" pyesi idi. Yazıçı bu pyesi ne sebebe "balaca" adlandırmışdı? Bu suala edibin bir az evvel A.A.Tuqanova yazdığı mektub cavab vermekdedir. Hemin mektubda Cabbarlı bildirir ki, Dövlet Dram Teatrının yubileyi münasibeti ile kiçik satirik bir pyes yazacaqdır. Bele melum olur ki, Cabbarlı teatrın yubileyinde tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına tenqid eden bir pyes üzerinde işleyirdi. Bu pyes bir ve ya iki perdeli bir komediya, "sehnemizin güzgüsü" kimi tenqidi bir eser olacaqdı. Lakin iş zamanı eser getdikce böyümüş, mövzuca genişlenmiş ve axırda sosializm seneti meselelerini ehate eden ciddi bir pyese çevrilmişdi.

Eseri yazmaqda yazıçının esas meqsedi edebiyyat ve senet alemindeki nöqsanları meydana çıxarmaq, zererli ve yaramaz fikir ve nezeriyyelerden teatr mühitini temizlemek idi. Nöqsan ise az deyildi. Onları cesaretle tenqid etmek lazım idi.

Moskvada oxuyub Azerbaycana gelmiş genc Gülsabah teatr kollektivini yeni repertuar, yeni üsul, möhkem intizam uğrunda mübarizeye çağıranda bu nöqsanlarla üz-üze gelir. Gülsabah gördüyü nöqsanları hamının nezerine çatdırır. Kollektivin kömeyi ile onları aradan qaldırmağa çalışır. O deyir: "Bir de, yoldaşlar, bizde bir konservatizm vardır: Yenilikden qorxmaq, köhneliye perestiş". Gülsabahı her şeyden artıq bu esas nöqsan, mühafizekarlıq narahat edir; o, konservatizmle, köhnelikle mübarizeye girişir. Pyes "Oqtay Eloğlu" eserinin davamı kimi götürüle biler.

"Dönüş" ile bir zamanda, 1932-ci ilde Cabbarlı "Yaşar" pyesi üzerinde de işleyirdi. Eser 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu.
Eserde yeni Azerbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli genc bir alimdir. O, öz ixtirası ile veten torpağını abad etmek isteyir.

Pyesde Cabbarlı köhne elmi normalara, köhnelmiş üsullara perestiş eden elmin eleyhine çıxır, inkişafa mane olan köhnelmiş qaydaları cesaretle qırıb atan yeni, teşebbüskar elm adamlarını alqışlayır.

"Yaşar" Cabbarlının son tamamlanmış eseri idi.
1933-1934-cü illerde Cabbarlının sehneye yeni bir eser vermemesine baxmayaraq, bu iller de onun heyatında en gergin fealiyyet illeri idi. Bu zaman o hem dram teatrında, hem opera teatrında, hem de kinoda işleyirdi.


Kino Fealiyyeti

Cefer Cabbarlı teatra böyük qiymet verir ve onun başlıca rolunu xalqa xidmetde görürdü. Teatr haqqında yazdığı qeydlerinden birinde oxuyuruq: "Teatro-yüksek bedii bir derecededirse ölke de ümumen gözel inkişaf edecekdir. Medeniyyet - elm ve senetden ibaretdir. Teatro ise senetin başqa qismlerini birleşdiriyor".

Bütün heyatını teatrla bağlamasına baxmayaraq dramaturq incesenetin vacib sahelerinden biri olan kinoya da çox böyük ehemiyyet verir, Azerbaycan milli kinosunun yaranması ve inkişafı üçün elinden geleni esirgemirdi.

Uzun müddet Azerbaycan Dövlet Dram Teatrında edebi-hisse müdiri işleyen professional dramaturq o vaxt yenice inkişaf eden kino seneti ile çox maraqlanırdı. 1928-ci ilde Bakı kino fabrikinde Mirze Feteli Axundovun vefatının 50 illiyi münasibetile "Hacı Qara" eserinin motivleri esasında "Sona" adlı kino-film çekilir. "Hacı Qara" bedii filmi ile Azerbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azerbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi ve ictimai heyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifade etmek fikrinde idi. O, bu arzusunu "Sevil" filmi ile heyata keçirdi.

"Sevil" filmi 1929-cu ilde Cefer Cabbarlının ssenarisi üzre çekilmişdir (1999-cu ilde filmin 70 yaşı tamam oldu). Bu film Azerbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın esaretine ilk etiraz sesi idi.

Kinofilmde Sevil rolunu oynamaq üçün münasib bir azerbaycanlı qızı axtarmaq işinde Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz qehremanının ekranda suretini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçelerine düşüb qapı-qapı gezerek evlerde, idarelerde, ali mekteblerde azerbaycanlı qız axtarırdı. Cefer isteyirdi ki, filmde Sevili mütleq azeri qızı oynasın. O, bu arzusuna da özünemexsus bir inadkarlıqla nail olmuşdu. Hetta başına qeribe maceralar da gelmişdi. Bu axtarış zamanı aldığı teessürat esasında "Güler" hekayesini yazmışdı.

Sevil rolunu Azerbaycan Dövlet Neft ve Kimya İnstitutunun telebesi İzzet Orucova oynamışdır.
"Sevil" filmi böyük müveffeqiyyet qazandı. Kinodakı bu işinden hedsiz derecede sevinen Cabbarlı "Almaz" ve "1905-ci İlde" pyesleri üzre kinossenariler yazdı ve "Sevil"den sonra derhal "Almaz" filminin çekilişlerine başladı.

Sona xanımın xatirelerinden: "Burada da qehreman rolunu, yeni Almazı İzzet xanım oynayırdı. Teessüf ki, Cefer bu quruluşu başa çatdıra bilmedi. Amansız ölüm onu bu işinden de vaxtsız ayırdı. Ceferin senet dostları "Almaz" filmini Cefersiz çekib qurtardılar ve 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümünde, işi müveffeqiyyetle qurtardıqları haqqında mezarı üstünde raport verdiler".

Sona xanım Cabbarlının xatirelerinden melum olur ki, yazıçı ömrünün son illerini kinostudiyadakı fealiyyetine serf etmiş,heyatı qeder sevdiyi teatrdan özü istemeden uzaqlaşmağa mecbur olmuşdu.

Ceferin bedxahları iddia edirdiler ki, guya yazıçı Azerbaycan Dövlet Dram Teatrını monopoliyaya götürüb ve ne qeder ki, Cefer teatrdadır ve yazır, biz oraya pyes vermeyeceyik.
Cefer Cabbarlının bununla elaqedar Sovet Yazıçıları İttifaqının teşkilat komitesine yazdığı mektubdan bir parçaya diqqet yetirek: "…Eger bu doğru ise, men derhal teatrı terk etmeye hazıram, teki onlar yazsınlar. Men başqa müessiselere: 14 ilden beri kimsenin heç bir şey yazmadığı ve menim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işlemediyim ve buna baxmayaraq repertuarını menim "1905-ci İlde", "Almaz", "Yaşar", "Sevil" pyeslerim teşkil eden rus işçi teatrına; 14 ilden beri kimsenin heç ne etmediyi, men ise özümü orada borclu saydığım Azerkinoya; habele pyeslerimin ekseriyyeti oynanılan özbek, türkmen, tacik, tatar teatrlarında, fehle klublarında işlerem, nehayet, tamamile yazmaya bilerem, teki o yoldaşlar yazsınlar".
Belelikle de, Cefer tamamile teatrdan çıxıb Bakı kino fabrikinde daimi işe keçdi.

Kino Cabbarlıni getdikce daha çox celb edirdi. Azerbaycanda senetin bu sahesinde lazımi kadrların olmaması veziyyeti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlerini canlandırmaq meqsedi ile elinden geleni esirgemir, orada hem ssenarist, hem de rejissor kimi çalışırdı.

Cabbarlı azerbaycanlılardan operator, ressam, rejissor ve kino-aktrisa yetişdirmek barede mesele qaldırmış, kinoda işlediyi zaman ise bu sahede ciddi fealiyyet göstermişdi.Teatrda olduğu kimi kino işine de çox ciddilikle yanaşan yazıçı bu sahede milli kadrların yetişdirilmesi ve hazırlanmasına böyük ehemiyyet verirdi. "Hara Gedir Azerkino" adlı meqalesinde oxuyuruq: "Azerkinonun rehberlerine sual verende: ne üçün Sizde fabrikin nezdinde yerleşen metbeede dörd mürettibden (özü de onların ikisi yenice işe götürülüb) biri de türk deyil ve türk yazıları bu dili bilmeyenler terefinden ele tehrif olunur ki, "gözel qızlar"-"gözel qozlar" kimi yazılır, onlar cavab verirler ki, türk mürettibleri yoxdur, burada ise türk mürettibi özü üçün gezir ve nerd oynayır. Soruşanda ki, ne üçün Sizde türk qadını rolunda türk qadını çekilmir, dediler türk qadınları yoxdur.

Lakin ele buradaca, fabrikde türk qadını Orucova (Azerkinonun türk olmayan 125 işçinin içerisinde hemin 8-9 türkden biri, gözel aktrisa) makinaçı işleyir. Kişi rollarında aktyorlar ne üçün Moskvadan, Leninqraddan, Xarkovdan devet olunur sualına ise heç kes aydın cavab vere bilmir ve direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstüne yıxır ve s.i.a. Azerkinonun öz siması yoxdur. O, özünün şexsi yaradıcılıq simasını tapmalıdır. Azerkinonun yegane xilas yolu-başlıca olaraq xidmet etdikleri Azerbaycanın zehmetkeş kütlelerine inamsızlıqdan imtina etmesinde ve bu esas kütlenin yaradıcılıq iradesini ve tebietini özünün bütün işi üçün bazis seçmesindedir. Bizim kinofabrikanın qapılarını açmaq ve oraya bu canlı yaradıcı kütleni buraxmaq lazımdır. Yalnız o, Azerbaycan kinosunun esl simasını müeyyenleşdirmeye qadirdir. Bütün qalanlar ise yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil ve demeli, bir qepiye de deymez ve mehve mehkumdur. Başqa kino teşkilatları bele işleyir ve bizimki de bele işlemelidir. Bizim kinomuzun rehberleri bunu ne qeder tez derk etse, o qeder yaxşı olar. Ve eger yene inadkarlıq etmek fikrine düşseler, çox guman ki, bu defe onların özleri üçün pis qurtaracaq. Biz ise indi xeberdarlıq edirik, bizim kino yanlış yol ile mehve doğru gedir."
Kinoda işlemeye başladıqdan sonra Cabbarlı istiraheti tamamile yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 1933-cü il 29 Avqust tarixli mektubunda Cabbarlı öz gergin iş veziyyetini bele tesvir edirdi: "…Sonra, Sonası, öz işim beledir: Moskvada qet olunub ki, kinoda "1905-ci ilin" pastanovkasını ancaq men vermeliyem. Özge adamın vermesine razı olmayıblar.

Moskvada hell olunub ki, hansı kinolar gede biler ve hansını hansı rejissor qoymalıdır. "1905-ci İlde" filminin rejissorundan söhbet gedende demişler ki, Braginski-mraginski tanımırıq, Cefer özü qoymalıdır. Özü de bu il olmalıdır. Ve teatrdan kinoya keçmelidir. Men dedim: teatrdan getmerem. Sonra dediler ki, teatrda da, kinoda da işle. İndi gerek rejissor ssenarisine başlayaq. Ayın 1-den kinoda qulluqdayam. Sonra, "Sefa"nın ancaq birce 4-cü perdesi qalıb. 1-ci, 2-ci, 3-cü perdelerini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gelib Narkomprosda deyir: gerek bir hefteye "Şahsenem"i qurtarasan, operada oynayaq. Deyirem vaxtım yoxdur. Deyirler, özge adam eyleye bilmez. Bu yandan da Şillerin "Qaçaqlar"ı, o yandan da "Efqanıstan" …Xülase, işlerim çox dolaşıqdır, haraya gedib çıxsa, sene yazaram… Sonra, Türk teatrında "1905-ci İlde"ni quruluşda vermeliyem. Rus teatrında da "1905-ci İlde" gedir. Mayorov deyir, gerek ikili işleyek, tek qoya bilmerem. Operada da "Sefa"nın pastanovkasını gerek men verem. Bizim teatrda da "Otello"nu tezelemek boynuma qalmışdır. Onlardan bir cür ile boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülase, alem çaxnaşıb bir-birine, heç bilmirem ne edeceyem. He, "Od Gelini"ni de gerek Mayorov ile men işleyem. Budur, texminen menim işlerim. İndi gelek senin işlerine…"

Bir daha qeyd edek ki, Cefer Cabbarlı milli kino senetimizin inkişafında böyük xidmetleri olan şexsiyyetlerdendir. Azerbaycan milli kinosunun yaranmasında, bu sahede milli kadrların yetişdirilmesinde, kino işinin yeni, milli esaslar üzerinde qurulmasında Cabbarlının xidmetleri evezsizdir.

O, 1928-ci ilde Mirze Feteli Axundovun "Hacı Qara" pyesi esasında ssenari yazaraq Azerbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi gözel filmler bexş etmişdir.

Sona xanımın xatirelerinden: "Ümumiyyetle, bu illerde Cefer sehhetinin pozulduğuna baxmayaraq, çox gergin işleyirdi. Ömründe birce defe de kurorta, ya sanatoriyaya getmemişdi. Hetta, bağa, yaylağa da gelmeye vaxt tapmırdı; gelende de ancaq işlemek üçün, yazmaq üçün gelirdi."

İşe aludelikle sarılması, get-gede şiddetlenmekde olan ürek xesteliyine ehemiyyet vermemesi neticesinde Cabbarlı çox zeifledi ve 1934-cü ilin sonunda, dekabrın 31-de seher saat 4-de ürek iflicinden vefat etdi.

M. E. Resulzade öz eserinde qeyd edirdi: "O, genc yaşlarında, qüvvet ve enerji ile dolu iken, 1934-cü ilin sonunda vefat etdi. Onu dövlet hesabına defn etdiler. Azerbaycan komissarları onun tabutu başında növbeye durdular ve bununla onun kommunist deyilken, kommunistliyi menimsediyini göstermek istediler. Kommunist olmadığını gösteren hadiselerden biri de onun Moskvada toplanan edibler qurultayında söylediyi meşhur nitqdir. Bu nitqinde o, "heqiqi senetkar ve yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yeni şairleri hökumet terefinden müeyyen mövzularda yazmağa mecbur edilmenin eleyhine çıxmışdır".

Cabbarlının coşqun bir heves ve enerji ile yazıb yaratdığı bir zamanda gözlenilmeden vefat etmesi Azerbaycan edebiyyatı ve teatrı üçün, Azerbaycan xalqı üçün böyük bir itki idi.
Semed Vurğunun yazdıqlarından : "C.Cabbarlı XIX ve XX esr Azerbaycan edebiyyatı tarixinin en nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüseti, senet xezinesinin zenginliyi etibarile Mirze Feteli Axundovdan ve Celil Memmedquluzadeden (Molla Nesreddin) sonra XX esr edebiyyatının en görkemli simasıdır. Cabbarlı Azerbaycan klassik dramaturgiyası ve klassik şeiri zeminesinde yetişmiş, milli edebiyyatımızın en gözel enenelerini inkişaf etdirmiş, yeni bir dramaturgiya edebi mektebini yaratmış bir şexsiyyetdir."

Zəhmət olmasa sistemə daxil olun və ya qeydiyyatdan keçin.
 (səs sayı: 8)
Oxunub: 10452 Müəllif: alasks 26 noyabr 2010 Çap et Şərhlər (105)

#1 Müəllif: alasks (26 noyabr 2010 15:05)
buyurun fikirleriniz.bilirem bir az hecmi boyukdur.amma maraqlidir
Qeydiyyat: 24.11.2010 [sitat]

#2 Müəllif: Respect (26 noyabr 2010 15:37)
Teshekkur


--------------------
Qeydiyyat: 19.11.2010 [sitat]

#3 Müəllif: Susqun_Deniz (26 noyabr 2010 17:40)
TeRa,
Halaldir sene...Mektebimizin adini dawiyan Cefer Cabbarli dahi wexsiyyetdir..Xebere gore twk...


--------------------
Qeydiyyat: 23.11.2010 [sitat]

#4 Müəllif: FreD4iK (27 noyabr 2010 19:01)
halaldir deyendeki normal xeberdir....birdene facebookda paylawmagi zadi da qoysan yaxwi olar...bele olanda bizim saytimiz qabaga getmeyecek coxda...yenede TWK


--------------------
Qeydiyyat: 19.11.2010 [sitat]

#5 Müəllif: yalandunya (27 noyabr 2010 21:06)
twkur xeber gore... maraqlidir amma seliqesi xowuma gelmedi...


--------------------
Qeydiyyat: 23.11.2010 [sitat]

#6 Müəllif: intiqam (11 may 2011 11:21)
dahiye rehmet

dahiye rehmet
Qeydiyyat: -- [sitat]

#7 Müəllif: TARKAN (18 oktyabr 2011 15:42)
Elaaaaaaa........ halaldir...
Qeydiyyat: -- [sitat]

#8 Müəllif: telebe (25 yanvar 2012 02:49)
cefer cabbarlinin pyeslerini,seirlerini cox sevirem ve maraqla demek olarki hamisin oxumusam.yene oxumaq isteyirem ama nedense axtardigimi tapmiram.xebere gore tesekkurler
Qeydiyyat: -- [sitat]

#9 Müəllif: Shahana (12 aprel 2012 02:04)
Salam sizin islediyiniz movzu hec dersliklerde bu qeder derin ve deqiq islenilmeyib.Gorunur ozunuze,kecmisinize ve geleceyinize boyuk hormetle yanasan insansiniz.Cox minnetdaram,axtarsaniz Cefer Cabbarli mektebinin davamcilarini da tapa bilersiniz,novbeti axtarisinizda size uqurlar.
Qeydiyyat: -- [sitat]

#10 Müəllif: aysen (21 may 2013 22:45)
salam
Qeydiyyat: -- [sitat]

Geri qayıt << 1 2 3 4 5 6 7 8 9 10 ... 11 >> Növbəti səhifə
Şərh əlavə et

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə WwW.Tarixci187.Tk  Adminstrasiyası məsuliyyət daşımır !
Bütün hüquqlar qorunur © 2010- 2012 WwW.Tarixci187.Tk Created by: FreD4iK

Giriş
İstifadəçi adı
Şifrə


Hava Haqqinda



Online Tv

Az TV - Azərbaycan
Lider Tv - Azərbaycan
İctimai Tv - Azərbaycan
Show Tv - Türkiyə
Cine5 - Türkiyə
NTV - Türkiyə

Online blok



Xidmətlərimiz

WwW.Chat-Tarixci187.Tk

WwW.Forum-Tarixci187.Tk

WaP.Tarixci187.WeN.Ru



Dəstəkləyən brauzerlər
Saytı dəstəkləyən brauzer



MOZILLA FIREFOX

..:: Yüklə ::..



Axtarış

Son şərhlər
Jaydup (19 iyun 2014 12:10)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

el113a (19 iyun 2014 02:05)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

el113a (18 iyun 2014 17:07)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

elhy004 (18 iyun 2014 16:43)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

rsqgod (18 iyun 2014 04:27)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

ErnestGon (17 iyun 2014 18:56)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

Gilbertdup (13 iyun 2014 17:56)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

elhy004 (13 iyun 2014 02:46)
» CƏFƏR CABBARLİNİN HƏYATİ

azart58 (12 iyun 2014 22:20)
» Azərbaycan xronologiyasi

elhy004 (12 iyun 2014 19:50)
» CƏFƏR CABBARLİNİN HƏYATİ


Keçidlər
» Www.XezerXeber.Com
» Www.Prezident.Az

Mini Chat