Ehli-beyt(a) mektebinin cavablari
 
Www.antiselefi.sayt.ws
Image by Cool Text: Free Graphics Generator - Edit Image

Bölmələr

» Nasibilərin Peyğəmbərlərə iftiraları
» Vəhabi(Sələfi) əqidəsi
» Şeyx Cavid-dən dərslər
» İmam Əli(ə)
» Maraqlı fətvalar
» Səhih Buxari və Müslim
» Əhli-Sünnə
» Müctehid və elm əhlindən videolar
» Böhtan və iftiralara cavab
» İslam Düşmənləri Müaviyə və Yezid
» Müvəqqəti Nigah (Mütə)
» Müxtəlif Məsələlər
» Namaz
» Quran
» Русский сектор
» Saxta hədislər
» Səhabələr
» Türkçə bölmə
» Təbərrük
» Təvəssül
» Təhriflər
» Tovhid
» Videolar
» Şiə əqidəsi
» İslam Tarixi
» Section in English(İnglis dilində Bölmə )
» Videos in English
» Məsumlar
» Mövlud keçirmək
» Necə hidayət oldum.
» Ölülər eşidir
» Şeyx Zəkəriyə - rəddiyələr
» Peyğəmbərin(s) zövcələri
» İmam Hüseyn(ə)
» Xanım Fatimə (s.ə)




Son xəbərlər

» Salafi belief that Allah (swt) sometimes feels bored (G ...
» Bu suala sələfilərin (vəhhabilə ...
» imamlar a.s Rasulullah s.a.a’in varisidir.
» Şeyx Zəkəriyə - İmam Məhd ...
» Seyyid Ağa Rəşid - Xomeyni ağan ...
» Şərab satıcısı səhabə ...
» İbn Teymiyyə - Müsəlmanların 9 ...
» Aişə və böyük insanın s&# ...
» İbni Abbas: “Şuara 214 və Təbbə ...
» Sələfi(vəhhabi) Veysəlin etiraf ...






Çox oxunan

» Şeyx Zəkəriyə - Quran təhrifi ...
» İmam Əlinin (ə) görünü ...

Arxiv

May 2014 (13)
Aprel 2014 (36)
Mart 2014 (23)
Fevral 2014 (15)
Yanvar 2014 (30)
Dekabr 2013 (30)





free hit counter

Təqvim

«    Noyabr 2017    »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Sayğac

Cəmi:
» İstifadəçilər: 419
» Məqalələr: 1716
» Şərhlər: 22897

Bu ay:
» İstifadəçilər: 12
» Məqalələr: 0
» Şərhlər: 1302


           

Məqalələrin sıralanması: tarix | populyar | çox oxunan | şərh sayı | əlifba sırası

İmam Əli (ə) övladlarını 3 xəlifənin adı ilə adlandırıbmı? - Şeyx Əli Ali-Muhsin
Bölmə: Müctehid və elm əhlindən videolar

Oxunub: 818 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (56) Davamı...

Şiələrin əsli məcusi və yəhudilərə dayanır?
Bölmə: Böhtan və iftiralara cavab

İnternet saytından ünvanlanmış sualın məzmunu:

Şiələrin əsli məcusi və yəhudilərə dayanır? Belə ki, İranlı şiələrin zahiri görkəmləri yəhudi və məcusilərə bənzəyir.

Cavab:
Allaha şükür şiələr müsəlmandırlar, çünki, kəlmeyi-şəhadəti deyir, Allahın məbudluğunu və peyğəmbərin nübuvvət və risalətini etiraf edir, islami ayinləri icra edir, gündəlik 5 namazı qılır, zəkatı verir, ramazan ayının orucunu tutur, Allahın evinə həccə gedir, Allahdan başqa məbuda ibadət etmirlər. Şiə kitabları dünyanın hər yerində yayılıb. Kim istəsə insaf və düşüncə əsasında kitabları oxusun və düşmənlərin dedikləri yalan və iftiraları bir kənara qoysun.

İran camaatı Əməvi dövləti, Abbasi dövləti  və digər hakimiyyətlərin zamanında sünni məzhəbinə mənsub idilər. Daha sonra, bundan yüz illər əvvəl şiə oldular. Əgər kökləri 1400 ildən öncəki zamanda, islamdan öncəki bir vaxtda məcusi idisə, o zaman İranın sünnilərdən olan keçmiş insanları da məcusi olublar. Lakin həqiqətdə bu hal onlara heç bir zərər yetirməz. Çünki islam əvvəldə olanları silib atır. Müsəlmanların hamısı islamdan əvvəl ya bütə və ya başqa şeylərə ibadət edən müşriklər olub, ya da yəhudi, xristian və ya məcusi dinində olublar. Yoxsa düşünürsən ki, əhli-sünnə Adəmdən bu yana haqq üzərində (tovhid əhli) olublar?

Әgər özünə nəzər yetirsən görərsən ki, islamdan öncə bütə sitayiş edən, şərab içən, qız uşaqlarını diri-diri torpağa basdıran, pis işlərdən əl çəkməyən bəzi səhabələrə təzim edirsən. Həmçinin, islamdan öncə yəhudi və ya xristian dinində olan bəzi səhabələrə təzim edirsiz. Ancaq islam həyatları gözəl olduqdan sonra bu keçmişin onlara heç bir ziyan vurmadığını düşünürsüz. Belə olan halda, nəyə görə şiənin kökünü araşdırır, onun kökünün yəhudi və məcusi olduğunu güman edirsən, ancaq digərlərinin köklərini görməzlikdən gəlirsən?

Sənə veriləcək ən önəmli sual budur ki, şiənin kökünü araşdırmaqda məqsədin nədir? Görəsən onların islamdan öncə etdikləri əmələ görə, hətta Allahdan başqa bütün ilah və məbudlardan uzaq durduqları halda indikilərimi qınayacaqsınız?

Yoxsa sən Allahın “Sizə salam verən (beləliklə, müsəlman olduğunu bildirən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin!” (Nisa, 94) ayəsinə xilaf çıxaraq, indiki şiələrin islamında insanları şəkkə salıb onların hələ də yəhudilik və məcusilikdə qalmaqda davam etdiklərini deyərək, onlara töhmətmi vurmaq istəyirsən?

Bilmirsən ki, ay qardaş, İranda sünni də var, şiə də? Yoxsa məcusilik və yəhudilikdən təşəkkül tapmış şəxslərin yalnız şiə olduqlarına, həmçinin İrandakı sünnilərin köklərinin Kisra və Yezdəgerdin zamanından bəri tövhid əhli olduqlarına inanırsan?

Şiənin yalnız İranda yaşadıqlarını düşünürsən? Şiələrin İraq, Liviya, Şam, körfəz ölkələri və s. kimi bir çox ölkələrdə yayıldıqlarını və İran camaatının şiə olmasından yüz illər öncə şiəliyin bu məntəqələrdə olduğunu bilmirsən?

Әgər İrana qarşı hansısa siyasi mövqedəsənsə və ya ona qarşı şəxsi düşmənçiliyin varsa, o zaman İranın yalnızca şiə məzhəbli ölkə olmadığına gərək diqqət edəsən.

Əgər sənin İran hökümətinə qarşı hər hansı bir siyasi mövqeyin, yaxud şəxsi düşmənçiliyin varsa, o zaman bilməlisən ki, İran demək, şiə məzhəbi demək deyildir.

İrana qarşı düşmənçiliyin səni şiə məzhəbinə qarşı düşmənçiliyə sövq etməsin. Necə ki, sünni hökümətlərdə olan çatışmazlıqları heç vaxt sünni məzhəblərinə aid etmirsən, eləcə də İran barəsində düşündüyün bütün çatışmazlıqların şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdu.
Bundan əlavə, İranda olduğuna inandığının məcusi və yəhudiliyin əlamətləri hansılardır görəsən? Çünki, İrana səyahət edən, onun siyasi mövqelərini, Livandakı və Fələstindəki müqavimət hərəkatına olan dəstəyini təhlil edən, iran xalqına və onun islamla əlaqəsinə nəzər salan hər kəs bilir ki, bu söz ortada baş verənlərdən xəbəri olmayan kəsin sözüdür və sadəcə olaraq digərlərinin sözlərini düşünüb araşdırmadan dilində təkrarlayır.

Ey qardaşım...

Düşüncəli və diqqətli ol. Eşitdiyin hər yalan və iftiranı tez təsdiqləmə. Şiə əleyhinə deyilən bütün sözlər üzrü olmayan yalan və iftiralardır.
Nəsihət edirəm ki, ey qardaşım, islamın haram edib müsəlmanları ondan çəkindirdiyi təəssübkeşliyi cəmiyyət arasında oyatmayasan. Ərəblə fars arasında təqvadan savayı başqa bir fərq yoxdur. Müsəlman millətlər arasında dil, rəng və milliyyətləri fərqlənsə belə, aralarında fərq yoxdur. Çünki Allah xarici görünüşlərinizə deyil, düşüncə və əməllərinizə baxır.

Həmçinin səmimi nəsihətim budur ki, ey qardaşım, hadisələrə insafla nəzər yetirəsən ki, qərb imperialist qüvvələrinin müsəlmanları parçalamaq və vəhdətlərini aradan aparmaq üçün etdikləri hiylələrinə aldanmayasan. Əgər insafli araşdırmaçısansa, o zaman hər hansı bir höküməti müəyyən məzhəbin haqq və ya batil olması üçün meyar qərar vermə. Necə ki, sünni məzhəblərinə onlara dəvət edib yayan sünni hökümətlərindən asılı olmayaraq nəzər yetirisən, eləcə də İran və qeyri-iran olmasından asılı olmayaraq şiə məzhəbinin özünə nəzər yetir.

Vəssalamu aleykum və rəhmətullah.

Şeyx Əli Ali-Muhsin

313news.net

Oxunub: 766 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (59) Davamı...

İbn Teymiyyə kimdir?
Bölmə: Videolar

Oxunub: 2556 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (483) Davamı...

Hz Əbu Talibin (r.a) imanı və Tövbə surəsinin 113
Bölmə: Videolar

Oxunub: 864 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (64) Davamı...

Şiələr Quranı zəif hədislərlə təfsir edirlər?
Bölmə: Quran

Sual: Şiənin bəzi müxalifləri deyirlər ki, şiələr “Üsuli-Kafi”nin əksər hədislərinin zəif olduğunu və Qurandan başqa səhih kitablarının olmadığını deyirlər. Belə olan halda, Quranın təfsirinin, özlərinin də etiraf etdikləri kimi əksəriyyəti zəif olan bir kitabda olduğunu necə iddia edirlər? (Yəni, əgər “əl-Kafi” kitabındakı hədislərin əksəriyyətinin zəif olduğunu etiraf edirlərsə, buradakı təfsirlə bağlı hədisləri Quranın həqiqi təfsiri olduğunu necə iddia edirlər?)

Qeyd: bu sualı biz sələfi şeyxi Suleyman ibn Salih əl-Xəraşinin məqaləsində tapdıq.
Onlayn mənbə: http://www.saaid.net/Warathah/Alkharashy/40.htm

Bu iradın cavabları aşağıdakılardır:

1) Şiələr Quranın təfsirinin “Üsuli-Kafi”də olduğunu iddia etməyiblər. Bu iddianı irəli sürənlər qarşı tərəfə öz iddiasını əsaslandırmaq üçün şiə alimlərinin kitablarından dəlil gətirməlidirlər. Hər hansı bir elmi əsas olmadan bu cür töhmət vurmağın heç bir qiyməti yoxdur.
Məlum olduğu kimi, “əl-Kafi” kitabı iki qismə ayrılır:

1) “Üsul əl-Kafi” - əqidə əsaslarını bəyan edən qisim,
2) “Furu əl-Kafi” - fiqhi hökümləri bəyan edən qisim.

Bu kitab ötəri olmaqdan savayı Quranın təfsirinə dair hədisləri özündə ehtiva etmir. Təfsirə dair hədisləri ehtiva edən kitablar Seyyid Haşim Bəhraninin "Kitabul-Burhan fi təfsiril-Quran", Şeyx Әbduəli Huveyzinin "Nurus-səqəleyn",  Feyz Kaşaninin "Təfsirus-Safi" kitabları, həmçinin "Təfsiru-Qummi" və "Təfsiru-Әyyaşi" adlı təfsir kitablarıdır.

2) “Üsuli-Kafi”də nəql olunan mötəbər hədislərin sayı 6000-dən çoxdur. Fəxruddin Tureyhi (1085 h.q) deyir:

أما الكافي فجميع أحاديثه حُصرت في  ستة عشر ألف حديث ومائة وتسعة وتسعين [16199] حديثاً، الصحيح منها باصطلاح مَن تأخَّر خمسة آلاف واثنان وسبعون [5072]، [والحسن مائة وأربعة وأربعون حديثاً (144)]، والموثَّق ألف ومائة وثمانية عشر حديثاً [1118]، والقوي منها اثنان وثلاثمائة [302]، والضعيف منها أربعمائة وتسعة آلاف وخمسة وثمانون [9485] حديثاً، والله أعلم.

“Üsuli-Kafi”nin bütün hədislərinin sayı 16199-dur. Bu hədislərdən sonrakı alimlərin terminalogiyasına görə səhih olanların sayı 5072-dir. Həsən hədislərin sayı 144-dür. Müvəssəq hədislərin sayı 1118-dir. Güclü hədislərin sayı 302-dir. Zəif hədislərin sayı isə 9485-dir. Әn doğrusunu bilən Allahdır.1

Həmin mətləbi Şeyx Yusif Bəhrani "Luluətul-Bəhreyn" kitabının 394-cü səhifəsində bəzi hədis ustadlarından, Seyyid Bəhrul-ulum rical kitabının 3-cü cild 331-ci səhifəsində, Ağa Bozorq Tehrani "əz-Zəria ila təsanif-şiə" kitabının 17-ci cildinin 245-ci səhifəsində və digərləri öz kitablarında qeyd edib.

Deməli, “əl-Kafi” kitabında olan mötəbər hədislərin sayı 6636 civarındadır. Bu səhih hədislər  təkrar olanları sildikdə “Səhih əl-Buxari” və “Səhih Müslim”də olan hədislərin sayından, bəlkə də hətta sünni kitablarında nəql olunan səhih hədislərin sayından çox olmaqdadır.

İbn Həcər əl-Әsqalani deyir:

فأما ما يتعلّق بالأحكام خاصّة، فقد ذكر أبو جعفر محمد بن الحسين البغدادي في كتاب «التمييز» له عن الثوري، وشعبة، ويحيى بن سعيد القطان، وابن مهدي، وأحمد بن حنبل، وغيرهم، أن جملة الأحاديث المسندة عن النبي صلى الله عليه وعلى آله وسلم (يعني الصحيحة بلا تكرير) أربعة آلاف وأربعمائة حديث، وعن إسحاق بن راهويه أنه سبعة آلاف ونيف. وقال أحمد بن حنبل: وسمعت ابن مهدي يقول: الحلال والحرام من ذلك ثمانمائة حديث. وكذا قال إسحاق بن راهويه عن سعيد عن يحيى بن سعيد.

Əhkamla əlaqəli hədislərə gəldikdə, Әbu Cəfər Məhəmməd ibn Hüseyn əl-Bağdadi “ət-Təmyiz” kitabında əs-Səvri, əş-Şubə, Yəhyə ibn Səid əl-Qəttan, İbn Mehdi, Әhməd ibn Hənbəl və digərlərindən nəql edir ki, peyğəmbərdən təkrar olmadan səhih sənədlə nəql olunmuş hədislərin sayı 4400-dür. İbn İshaqın isə 7500 dediyini nəql edib. Әhməd ibn Hənbəl deyir: "İbn Mehdinin bele dediyini eşitdim: “Bu hədislərdən halal və haramla bağlı olanların sayı isə 800-dür.”  İshaq ibn Rahaveyh də eyni sözü Yəhya ibn Səiddən nəql edərək deyir.2
Әgər “Səhih-Buxari” və “Səhih-Müslim”də Quranın təfsirinə dair hədislər mövcuddursa, nəyə görə bu müxalif “əl-Kafi”nin də Quran təfsirinə dair hədisləri ehtiva etməsinə təəccüblənir, bir halda ki, “əl-Kafi”də olan səhih hədislərin sayı bu iki kitabdakı sahih hədislərin sayından çoxdur? Bununla yanaşı, şiələrdə “əl-Kafi”dən əlavə Quran təfsirinə dair yuxarıda qeyd etdiyimiz başqa kitablar da vardır.

3) Әhli-sünnənin “Təfsirut-Təbəri”, “əd-Durrul-mənsur”, “Təfsirul-Qurtubi” və digər məşhur təfsir kitabları sənəd yönündən zəif hədislərlə doludur. Hətta bu hədislərin böyük bir hissəsi Kəbul-əhbar kimi yəhudi, Vəhəb ibn Münəbbih kimi xristianlardan nəql olunub. Bəs onlar Quranın təfsirində bu cür hədisləri necə nəql edirlər? Halbuki, şiələrin nəql etdikləri hədislər, sənəd yönündən zəif olduqlarını qəbul etsək belə, yəhudi və xristianlardan nəql olunmayıb, əhli-beyt imamlarından nəql olunub.

Həmçinin bəzi sünni alimləri təfsir kitablarının sənədsiz olduqlarını etiraf ediblər.
Zərkəşi yazır:

قال الميموني: سمعت أحمد بن حنبل يقول: ثلاث كتب ليس لها أصول: المغازي، والملاحم، والتفسير. قال المحققون من أصحابه: ومراده أن الغالب أنها ليس لها أسانيد صحاح متصلة، وإلا فقد صحَّ من ذلك كثير.

Əl-Məymuni deyir: Әhməd ibn Hənbəlin belə dediyini eşitdim: “3 növ kitab var ki, sənədləri yoxdur: bunlar Məğazi (müharibələrə dair kitablar), Məlahim (axirəz-zamanda olacaq hadislərə dair kitablar), təfsir.” Öz məzhəbindən olan araşdırmaçı alimlər deyib: “Bu sözdən məqsədi əksər kitabların səhih və tam sənədlə nəql olunmamsıdır.”3

Səxavi deyir:

وأما كتب التفسير فمن أشهرها كتابا الكلبي ومقاتل بن سليمان، وقد قال أحمد في تفسير الكلبي: من أوله إلى آخره كذب. قيل له: فيحل النظر فيه؟ قال: لا.

Təfsir kitablarına gəldikdə, bunlardan ən məşhuru Kəlbinin və Müqatil ibn Süleymanın təfsirlərdir. Әhməd ibn Hənbəl Kəlbinin təfsiri barədə deyib: “Başdan sona dək yalandır. Həmin kitaba nəzər etmək barədə soruşulduqda isə “yox” - deyə cavab verib.4

4) Şiələr hədis kitablarında Quran təfsirinə dair mövcud hədislərin hamısının səhih olduğunu iddia etmir, sadəcə bu hədislərin əhli-beyt imamlarından nəql etdiklərini deyirlər. Şiələr imamlardan düzgün əqidəyə və şəri hökmlərə dair hədislər nəql etdikləri kimi, Quran təfsirinə dair də çox sayda hədislər nəql etmişlər. Lakin, şiələr nəql etdikləri bu hədislərin hamısının səhih  və Quranın həqiqi təfsiri olduğuna da qəti inanmayıblar. Buna baxmayaraq, həmin hədislərin arasında Quranın təfsirinə dair çox sayda səhih hədislər var. Ona görə araşdırmaçı biri gərək bu hədislər arasından səhih olan və mötəbər olanı tapıb götürsün və uydurma olanı da tərk etsin.
Şiə olmayan digər məzhəbər isə əqidələrini müəyyyən kəslərdən, fiqhi hökümləri başqa kəslərdən, hədisləri isə tamam başqalarından öyrəniblər. Halbuki, şiələr öz dinlərini öyrənmək üçün yalnız imamlardan yapışıblar. Bu böyük nemətə görə Allaha şükürlər olsun.
_________________________________________________
1 “Camiul-məqal”, səh. 193
2 Ən-Nukat əla kitab İbn Salah, c.1, səh. 154
3 “əl-Burhan fi ulumil-Quran”, c.2, səh.156; “əl-Məqasidul-həsənə”, səh. 481; “Lisanul-Mizan”, c.1, səh.13
“əl-Məqasidul-həsənə”, səh.481

Şeyx Əli Ali-Muhsin

313news.net

Oxunub: 1453 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (199) Davamı...

Hz.Əlinin (ə) fəzilətlərinə qarşı qısqanclıq və xəyanət - Seyid Kamal Heydəri
Bölmə: Müctehid və elm əhlindən videolar

Oxunub: 910 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (65) Davamı...

Əməvilər Əhli-beytə (ə) qarşı - Sünni alim Dr. Adnan İbrahim
Bölmə: Videolar

Oxunub: 1111 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (77) Davamı...

Nəyə görə İmam Әli (ə) kağız-qələm gətirmədi?
Bölmə: İmam Əli(ə)

Şiənin bəzi müxalifləri deyir:

Peyğəmbər (s.ə.a) vəfatından öncə yollarından azmamaları üçün onlara yazı yazmağı tələb etdikdə nəyə görə Hz Әli (ə.s) bir söz demədi? Bir haldakı o, Allahdan başqa heç kimdən qorxmayan şücaətli biri idi. Və həmçinin bilirdi ki, haqq sözü deməyən kəs lal şeytandır....
Qeyd: bu sualı biz sələfi şeyxi Suleyman ibn Salih əl-Xəraşinin məqaləsində tapdıq.

Onlayn mənbə: http://www.saaid.net/Warathah/Alkharashy/40.htm

Cavab:
Bu irad peyğəmbərin vəfatından 4 gün öncə baş vermiş cümə günü rəzalətinə işarə edir. Bu hadisə “Səhih əl-Buxari” və “Səhih Müslim”də İbn Abbasdan belə nəql olunub:

لما اشتد بالنبي صلى الله عليه وآله وجعه قال: ائتوني بكتاب أكتب لكم كتاباً لا تضلوا بعده. قال عمر: إن النبي صلى الله عليه وآله غلبه الوجع، وعندنا كتاب الله حسبنا. فاختلفوا وكثر اللغط، قال: قوموا عني، ولا ينبغي عندي التنازع. فخرج ابن عباس يقول: إن الرزية كل الرزية ما حال بين رسول الله صلى الله عليه وآله وبين كتابه.

Peyğəmbərin xəstəliyi şiddətləndiyi zaman dedi: “kağız gətirin elə bir şey yazım ki, məndən sonra əsla yolunuzu azmayasız.” Ömər isə dedi: “Peyğəmbərin xəstəliyi ona qalib gəlib, aramızda Allahın kitabı var, bəsimizdir.” Bunun üzərinə anlaşmazlıq yarandı və səs-küy oldu. Peyğəmbər dedi: “Durun yanımdan, mənim yanımda mübahisə olunmaz.” İbn Abbas evdən çıxıb deyirdi: “Ən böyük rəzalət peyğəmbərin yazı yazmasının qarşısının alınması idi.” (“Səhih əl-Buxari”, 1/38; 4/85; 6/11; 7/155; 9/137; “Səhih Müslim”, 3/1257-59)

Amma təəccüblüdür ki, bu müxalif və onun kimilər Öməri peyğəmbərə qarşı olan etirazına və ümmətin peyğəmbərin vəfatından sonra azmaqdan qoruyacağı yazını yazmağına mane olmasına görə səhv çıxarmırlar. Әksinə, bu işdə Öməri düz bilir və bu əməli onun dərin düşüncəsinin bir əlaməti olaraq görürlər, peyğəmbəri isə səhv hesab edirlər. Buna səbəb də Peyğəmbərin bu tələbindən vaz keçməsi və Ömərin fikri ilə razılaşmasıdır. Ona görə də yazı yazma istəyində israr etmədi.

Bunlar bu hadisədə təkcə peyğəmbəri səhv çıxarmaqla kifayətlənmirlər. Bundan əlavə çalışırlar ki, bu hadisədə uzaqdan-yaxından adı hallanmayan Әlini də səhv çıxarsınlar. Müxalifin iradı budur ki, peyğəmbər yazı üçün kağız istəyərkən Hz.Әli (ə.s) tələb olunan şeyi gətirmədi. Bu da onun peyğəmbərin əmrinə qarşı müxalifətini göstərir. Ona görə də evdə olan bütün hamıya aid olan məzəmmət Hz.Әliyə (ə.s) də şamil olmaqdadır.

Bu irada cavabımız aşağıdakılardan ibarətdir:

1) Hadisə zamanı Hz.Әlinin (ə.s) də evdə olmasına dair əlimizdə heç bir dəlil yoxdur. Bəlkə orda deyildi. Qeyd olunan hədislərin heç birində Hz.Әlinin (ə.s) hadisə zamanı evdə olduğunu göstərəcək nəsə yoxdur. Ona görə hadisə zamanı Hz.Әlinin (ə.s) evdə olduğunu iddia edən kəs gərək səhih dəlillə bunu isbat etsin.

Bəli, Şeyx Müfidin "əl-İrşad" adlı kitabında nəql etdiyi uzun hədisdə belə keçir:

فلما سلم انصرف [النبي صلى الله عليه وآله] إلى منزله واستدعى أبا بكر وعمر وجماعة ممن حضر المسجد من المسلمين، ثم قال: ألم آمر أن تنفذوا جيش أسامة؟! قالوا: بلى يا رسول الله. قال: فلمَ تأخرتم عن أمري؟ فقال أبو بكر: إنني كنت خرجت، ثم عدت لأجدِّد بك عهداً. وقال عمر: يا رسول الله، لم أخرج لأنني لم أحب أن أسأل عنك الركب. فقال النبي صلى الله عليه وآله: فأنفذوا جيش أسامة، فأنفذوا جيش أسامة (يكرِّرها ثلاث مرات)، ثم أغمي عليه من التعب الذي لحقه والأسف، فمكث هنيهة مغمى عليه، وبكى المسلمون، وارتفع النحيب من أزواجه وولده والنساء المسلمات ومن حضر من المسلمين، فأفاق عليه وآله السلام، فنظر إليهم، ثم قال: ائتوني بدواة وكتف، أكتب لكم كتاباً لا تضلوا بعده أبداً. ثم أغمي عليه، فقام بعض من حضر يلتمس دواة وكتفاً، فقال له عمر: ارجع، فإنه يهجر! فرجع. وندم من حضره على ما كان منهم من التضجيع في إحضار الدواة والكتف، فتلاوموا بينهم، فقالوا: إنا لله وإنا إليه راجعون، لقد أشفقنا من خلاف رسول الله. فلما أفاق صلى الله عليه وآله قال بعضهم: ألا نأتيك بكتف يا رسول الله ودواة؟ فقال: أبعد الذي قلتم! لا، ولكنني أوصيكم بأهل بيتي خيراً. ثم أعرض بوجهه عن القوم فنهضوا، وبقي عنده العباس والفضل وعلي بن أبي طالب وأهل بيته خاصة، فقال له العباس: يا رسول الله، إن يكن هذا الأمر فينا مستقرًّا بعدك فبشِّرنا، وإن كنت تعلم أنا نُغلب عليه فأوص بنا. فقال: أنتم المستضعَفون من بعدي. وأصمت، فنهض القوم وهم يبكون، قد أيسوا من النبي صلى الله عليه وآله.

Peyğəmbər (s.ə.a) xəstəliyi sağaldığı zaman evinə yollandı və Әbu Bəkri, Öməri və məsciddə olan müsəlmanları çağırdı. Sonra dedi: “Sizə Usamənin qoşununu təchiz etmək əmrini vermədimmi?” Dedilər: “Bəli, ey Allahın elçisi.” Peyğəmbər (s.ə.a) dedi: “bəs niyə əmrimi icra etməkdə gecikdiniz?” Әbu Bəkr dedi: “Mən çıxmışdım, lakin əhdimi təzələmək üçün geri döndüm.” Ömər dedi: “Mən çıxmadım, çünki sizin halınızı suvarilərdən soruşmaq istəmərəm.” Peyğəmbər (s.ə.a) dedi: “Usamənin qoşununu təchiz edin deyə 3 dəfə təkrarladı. Sonra isə yorğunluqdan özündən getdi və az müddət bu halda qaldı. Müsəlmanlar ağladı, xanımlarının, övladlarının, müsəlman qadınlarının və məsciddə olanların hönkürtü səsi ucaldı. Sonra özünə gəldi və ətrafındakılara nəzər yetirdi. Sonra dedi: “Kağız-qələm gətirin sizin üçün elə bir şey yazım kı, məndən sonra əsla yolunuzu azmayasız.” Sonra yenə özündən getdi. Yanında olanlardan bəziləri kağız-qələm axtarmağa başladılar. Ömər dedi: “Geri dönün, o sayıqlayır.” O da geri döndü. Orda olanlar kağız-qələm gətirmək üçün etdikləri səhlənkarlığa görə peşman olub bir-birilərini qınamağa başladılar. Dedilər: “Biz Allahdanıq və ona tərəf qayıdacağıq. And olsun, biz Allahın elçisinə qarşı müxalifətçilikdən qorxduq.” Peyğəmbər özünə gəldiyi zaman bəziləri dedilər: “Kağız-qələmi gətirək, ey Allahın elçisi?” Peyğəmbər (s.ə.a) dedi: “Bütün bu dediklərinizdən sonra? Xeyr! Lakin sizə əhli-beytimə yaxşı olmağınızı vəsiyyət edirəm.” Sonra onlardan üzünü çevirdi və durdu. Yanında isə yalnızca Abbas, Fəzl, Әli və yaxınları qaldı. Abbas dedi: “Ey Allahın elçisi, əgər dediyin bu iş səndən sonra bizdə sabit və davamlı olacaqsa, müjdələ. Yox, əgər bu işdə məğlub olacağımızı bilirsənsə, o zaman bizə vəsiyyə et!” Peyğəmbər (s.ə.a) dedi: “Sizlər məndən sonra zəif salınmış kəslərsiz.” Әtrafındakılar ağlayaraq peyğəmbərin yanından durdular və artıq onun sağlığından məyus olmuşdular. (“əl-İrşad”, 1/183)

Bu hədis peyğəmbərin (s.ə.a) yazı yazmaq üçün kağız-qələm istəyən zaman Hz.Әlinin (ə.s) də məclisdə olduğunu göstərir. Lakin, hədis sənəd yönündən səhih deyil, çünki qopuq sənədlə nəql olunub. Ona görə bu hədislə dəlil gətirmək doğru deyil.

2) Hz.Әlinin (ə.s) hadisə zamanı evdə olduğunu qəbul etsək belə, bu hal peyğəmbərin (s.ə.a) əmrinə itaət etmədi deyib, onu tənə etməyə əsas vermir. Çünki, tənə yalnızca peyğəmbərin (s.ə.a) sayıqladığını və xəstəliyin ona qalib gəldiyini deyən kəslərə və onun yazını yazmasına söz və ya əməldə mane olanlara aiddir. Amma orda olduğu halda heç bir müxalifətçilik göstərməyən kəs barədə tənə etmək düzgün deyil. Çünki, həqiqətdə onun kağız-qələm gətirməyinə mane olacaq səbəblərdən xəbərimiz yoxdur.

3) Şiə və sünni kitablarında bütün yolları ilə nəql olunan bu hədislərin heç birində kağız-qələm gətirmək üçün əmr olunan şəxsin Hz.Әli (ə.s) olmasına  və onun da bu işdə müxalifəçilik və ya tənbəllik etməsinə dəlalət edəçək heç nə yoxdur ki, bununla da onun peyğəmbərin (s.ə.a) əmrinə itaət etmədiyi üçün tənə olunması düzgün olsun. Ola bilsin bu işi görmək üçün başqası buyrulmuşdu.

4) Hz.Әlinin (ə.s) kağız-qələm gətirmək üçün buyurulduğunu və ya əmrin Hz.Әlinin (ə.s) də aralarında olduğu evdəki hər kəsə şamil olduğunu qəbul etsək belə yenə də bu hal Hz.Әlinin (ə.s) kağız-qələm gətirmədiyi üçün tənə olunmasına səbəb olmaz, çünki Ömər və onunla eyni fikirdə olan kəslərin saldıqları fitnə kağız-qələm gətirilməsinə mane oldu. Buna görə də həmin kəslərin dedikləri sözlərdən sonra peyğəmbər (s.ə.a) faydasız olacağı üçün yazı yazılmasını israr etmədi. Bu səbəbdən ətrafındakıları danladı və durub getmələrini əmr edti.

5) Hz.Әli (ə.s) peyğəmbərin (s.ə.a) hüzurunda olduğu üçün yazı yazılmasının qarşısını alanlara qarşı mübarizə apara bilməzdi. O, yalnızca Allah Rəsulunun (s.ə.a) icazəsi ilə nəsə söz deyib bir şey edə bilərdi. Әgər peyğəmbər (s.ə.a) ona nəsə bir şey etməyi əmr etməyibsə, deməli bu işinə görə tənə oluna bilməz.

Şeyx Əli Ali-Muhsin

313news.net

Oxunub: 1009 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (74) Davamı...

Niyə Əlinin adı gəldiyində möminlərin əmiri demirsiz? - Seyid Kamal Heydəri
Bölmə: Müctehid və elm əhlindən videolar

Oxunub: 1278 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (149) Davamı...

Görəsən Hz.Adəm imamət məqamına layiq deyildi?
Bölmə: Müxtəlif Məsələlər

Sual: Allah-Təala İbrahim peyğəmbərə xitab edərək deyir: "Mənim əhdim zalımlara yetişməz." Bilirik ki, zülm, bir şeyi özünə aid olmayan başqa yerdə qərar verməkdir. Və həmçinin bilirik ki, imamət məqamına, hətta özünə zülm etmiş şəxs də nail ola bilməz. Ona görə də tərki-övlanı edən şəxsin özünə zülm etmiş olduğu üçün imamət məqamına yetişə bilməyəcəyini deyə bilərikmi? Çünki, Qurani-Kərimdə nəql olunmuş bəzi hekayələrdə tərki-övlanı edən şəxsin özünə zülm etdiyi qeyd olunub. Necə ki, Adəm (əleyhis-səlam)-ın hekayəsində bu mövcuddur. Quran deyir: "Bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız." Bu ayədən Adəmin imamət məqamına layiq olmadığı nəticəsini ala bilərikmi?

Cavab: Tərki-övla edən şəxsin imamət məqamına layiq olmadığını deyən kəs şübhəsiz düzgün nəticəni əldə edə bilməyəcək. Çünki, belə olsa, o zaman yer üzündə heç bir zaman imamət məqamına layiq olacaq bir kəs - nə peyğəmbərlər, nə də qeyriləri olmayacaq,. Halbuki, bu söz şübhəsiz batildir. Çünki, Quranın bəzi ayələrindən məlum olur ki, Hz.Muhəmməd Peyğəmbər (s.ə.a) tərki-övla etmiş və buna görə Allah onu danlamışdır. Quran deyir:

عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ

Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin? (Tövbə, 43)

يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir. (Təhrim, 1)
Ona görə də əgər tərki-övlanı edən öz nəfsinə zülm etmiş sayılırsa, o zaman peyğəmbərimiz (s.ə.a) imamət məqamına layiq olmur, halbuki ittifaq olunduğu üzrə bu batildir.

Müsəlmanlar fasiqlərin imamət məqamına layiq olmaları barədə ixtilaf etsələr də, tərki-övlanın imamət məqamına layiq olmağa mane olmadığı barədə ittifaq ediblər.

Ola bilsin kimsə Bəqərə sürəsinin 35-ci ayəsindəki "Bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız" sözünə baxaraq, Adəm və Həvvanın ağacdan yeməklə bu işləriylə özlərinə zülm etdiklərini güman etsin. Beləki, zalım kəs imamət məqamına layiq deyil.  Bu iki ayəni cəm etdikdə Adəm (əleyhis-səlam)-ın imamət üçün layiq olmadığı nəticəsi hasil olur. Halbuki, bu nəticə yanlışdır.

Ayədə keçən “zülm” kəlməsindən imamətə manə olan zülmün qəsd olunmadığını deməklə bu yanlış gümanı aradan qaldırmaq olar. Çünki, nəfsə zülmün bir-birindən fərqli dərəcələri var. Məsələn, şirk qoşmaq nəfsə edilən böyük zülmdür. Həmçinin, günahsiz birini öldürmək, zina etmək, şərab içmək, qeybət etmək, söz gəzdirmək, yalan danışmaq və s. Bütün bunlar ədalətə xələl yetirən günahlardır, bu işi görən də imamət məqamına layiq olmaz. Amma məkruh iş görmək, müstəhhəb əməli tərk etmək, tərki-övla - bunlar nəfsə zülm olsa da, lakin kiçik zülm olub ədalətə xələl yetirəcək və imamət məqamına olan ləyaqəti aradan aparacaq həddə deyil. Bu işlərin misalı eynilə haram olmayan, lakin az zərərli yeməkləri yeməyə bənzəyir. Tox halında yemək yeyən şəxs, çox yeməkdən mədəsi ağrıyan, yemək yeyərkən təmizliyə riayət etməyən və s. kəslər kimi. Lakin, şəri qaydada kəsilməyən əti yemək isə artıq haram olub ədaləti də aradan aparar.

Buna görə də "Bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız" ayəsindəki zülmün insanı savabdan məhrum edən və çətinliklərə salan zülm olduğu məlum olur. Allah-Təala Adəm və Həvvanı çəkindirdi ki, əgər bu ağacdan yesələr o zaman cənnətdən çıxaraq  yer üzünə endikləri zaman çətinliklərə, əziyyət və xəstəliklərə mürtəkib olacaqlar. Bu da özlüyündə nəfsə əziyyət və bir növ zülm hesab olunsa da, ədalətə xələl yetirib imamət məqamına olan ləyaqəti aradan aparacaq həddə deyil.

Əbül-Fəzl ibn Həsən ət-Təbərsi deyir:

وقوله: (فتكونا من الظالمين) أي تكونا بأكلها من الظالمين لأنفسكما، ويجوز أن يقال لمن بخس نفسه الثواب أنه ظالم لنفسه، كقوله تعالى حكاية عن أيوب: (إني كنت من الظالمين)، حيث بخس نفسه الثواب بترك المندوب إليه.

Ayədəki "Zalamlardan olarsınız" sözündən məqsəd: yəni, ağacdan yeməklə özünüzə zülm edənlərdən olarsınız. Özü görə də savabı əldən verən şəxs barəsində "nəfsinə zülm etdi" deyilə bilər. Necə ki, Allah-Təala Əyyub (əleyhis-səlam) barəsində deyir: "Həqiqətən mən, zalımlardan idim." Çünki bəyənilən bir işi görməməklə savabı əldən vermişdi. (Məcməul-bəyan, 1/188)

Əllamə Təbatəbai deyir:

قوله تعالى: (فتكونا من الظالمين)، من الظلم لا من الظلمة على ما احتمله بعضهم، وقد اعترفا بظلمهما حيث قالا على ما حكاه الله تعالى عنهما: (ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وترحمنا)، إلا أنه تعالى بدل في سورة طه هذه الكلمة أعني قوله: (فتكونا من الظالمين) من قوله: (فتشقى) والشقاء هو التعب،

"Zalımlardan olarsınız" cümləsindəki "zalım" sözü bəzilərinin ehtimal etdiyinə görə "zülm" sözündəndir. Quranın da qeyd etdiyi kimi, onlar hər ikisi öz zülmlərini etiraf etdilər: "Ey rəbbimiz, biz öz nəfsimizə zülm etdik, əgər bizi bağışlamasan və rəhm etməsən..." Lakin Taha sürəsində Allah-Təala Bəqərə sürəsində keçən "zülm" sözünü "şəqavət" sözü ilə əvəz edir. "Şəqavət" sözü isə məşəqqət mənasını verir.

Daha sonra Əllamə Təbatəbai bu sözü açıqlayaraq geniş izah edir:

فقال: (إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى * وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى) الآيات. ومن هنا يظهر أن وبال هذا الظلم إنما كان هو الوقوع في تعب حياة هذه الدنيا من جوع وعطش وعراء وعناء، وعلى هذا فالظلم منهما إنما هو ظلمهما لأنفسهما، لا بمعنى المعصية المصطلحة والظلم على الله سبحانه، ومن هنا يظهر أيضا أن هذا النهى أعني قوله: (ولا تقربا)، إنما كان نهيا تنزيهيا إرشاديا يرشد به إلى ما فيه خير المكلف وصلاحه في مقام النصح، لا نهيا مولويا. فهما إنما ظلما أنفسهما في ترك الجنة، على أن جزاء المخالفة للنهي المولوي التكليفي يتبدل بالتوبة إذا قبلت، ولم يتبدل في موردهما، فإنهما تابا وقبلت توبتهما، ولم يرجعا إلى ما كانا فيه من الجنة، ولولا أن التكليف إرشادي ليس له إلا التبعة التكوينية دون التشريعية لاستلزام قبول التوبة رجوعهما إلى ما كانا فيه من مقام القرب.

"Həqiqətən, sən burada acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!  Həmçinin, burada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!" (Taha 118-119). Bu ayələrədən məlum olur ki, zülmün nəticəsi yalnızca dünya həyatında aclıq, susuzluq, çılpaqlıq kimi məşəqqətlərə düşməkdir. Buna əsasən, onların etdikləri zülm şəriətdəki günah və Allaha qarşı edilən zülm mənasında deyil, öz nəfslərinə qarşı etdikləri zülmdür. Buradan həmçinin aydın olur ki, "ağaca yaxınlaşmayın" ayəsindəki qadağa mükəlləfi öz xeyrinə olacaq işlərə yönləndirmək üçün edilən nəsihət xarakterli qadağadır. O ikisi cənnəti tərk etməklə özlərinə zülm etdilər. Halbuki, əgər qadağa mövləvi (təşrii) xarakterli olsaydı, o zaman etdikləri tövbə qəbul olunduğu təqdirdə, həmin qadağanın cəzası ləğv edilməli idi. Halbuki, onlar tövbə edib etdikləri tövbənin də qəbul olunmasına baxmayaraq, bir daha cənnətdəki yerlərinə qayıda bilmədilər. Ona görə də nəsihət xarakterli (irşadi) vəzifəyə müxalifətçiliyin aqibəti yanızca təkvini məşəqqətə giriftar olmaqdır, tövbə olunduğu təqdirdə öz əvvəlki məqamlarına qayıtmalarını gərəkli edən təşrii vəzifə deyil. (əl-Mizan, 1/130)

Bütün bu dediklərimizdən aydın olur ki, nəfsə olan zülmün hamisi ədalətə xələl yetirən və imamət məqamina olan ləyaqəti aradan aparacaq mənada deyil. Əksinə, ədalətə xələl gətirib imamət məqamına olan ləyaqəti aradan aparan zülm yalnızca Allaha qarşı edilən günahdır, başqası deyil.

Şeyx Əli Ali-Muhsin

313news.net

Oxunub: 977 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (63) Davamı...

Abdullah ibn Səbə mövzusunda vəhhabi şeyxlərinə cavab
Bölmə: Şeyx Zəkəriyə - rəddiyələr

Oxunub: 1099 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (70) Davamı...

"Nəbi", "rəsul" və "imam" məfhumları arasındakı fərq nədir?
Bölmə: Müxtəlif Məsələlər

"Nəbi" kəlməsi «النبأ» - "nəbəə" sözündən kök taparaq "önəmli xəbər" mənasını ifadə edir. Buna əsasən mənası: "Önəmli bir xəbəri daşıyan və ya ondan xəbər verən" olacaqdır.

Qurani-Kərimdə bu söz vəhyi müxtəlif yollarla Allahdan alanlar barəsində işlədilib. Nəbi sözünün həqiqəti budur. Amma lüğət, təfsir və hədis kitablarında nəbi sözü barəsində qeyd olunan sifət və xüsusiyyətlər hamısı "nəbi" sözünün məfhumundan xaric olub, onun həqiqəti ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan xüsusiyyətlərə "nəbi" sözü uyğun gəlmir. Sadəcə olaraq xarici dəlillərin vasitəsilə həmin mənalar əldə edilir.

Şeyx Tusi "nəbi" sözünün tərifində deyir:

إنّه مؤد من اللّه بلا واسطة من البشر

"Nəbi  - arada vasitə olmadan xəbəri Allah tərəfindən çatdırandır, mənası xəbəri alan və onu Allah tərəfindən xəbər verəndir."
Amma "rəsul" kəliməsi əgər elçiliyi bəşər deyil, Allah tərəfindəndirsə, o zaman nübuvvət məfhumunun tərkibinə daxil olar. Buna əsasən, "rəsul" sözünün mənası: Allah tərəfindən hansısa sözün çatdırılması və ya hansısa əməlin icrasını öhdəsinə götürmüş şəxsdir.

Başqa sözlə, nübuvvət və risalət məfhumu əgər yalnız xəbəri almaq və əldə etmək xüsusiyyətinə işarə edirsə, o zaman bu nəbidir, amma aldığı xəbərin təbliğ və yayılmasına işarə edirsə, o zaman rəsuldur.

Bu iki məfhumun həqiqi və düzgün mənaları bunlardır. Ancaq bu iki məfhum barədə lüğət, təfsir, kəlam kitablarında qeyd olunan xüsusiyyət və özəlliklərin həqiqi mənayla əlaqəsi yoxdur.

Bu nəzəriyyəyə əsasən nəbi və rəsulun vəzifələri yalnızca qorxutmaq, çəkindirmək, təbliğ etmək, yol göstərməkdir, əmr vermək, qadağa etmək,  qərarlar qəbul etmək deyil, həmçinin ilahi vəhyi əks etdirmək və ilahi əmr və qadağaları təbliğ etməkdir.

Qurani-Kərim pəyğəmbər və rəsulları ümumi olaraq belə vəsf edir: "Allah, peyğəmbərləri müjdə verən və qorxudan olaraq göndərdi." (Bəqərə, 213) İslam peyğəmbəri barəsində isə belə deyir: "Belə isə, öyüd – nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd – nəsihət verənsən. Sən onların üzərində hakim deyilsən." (Ğaşiyə, 21 və 21)

Bu iki ayə və həmçinin, "Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır" (Maidə, 92) ayəsi, əvvəldə peyğəmbərin özündən heç bir əmr və qadağa vermədiyi xüsusiyyətini də nəzərə alsaq, bütün bunlar başqa bir həqiqətə işarə edir: "Peyğəmbətlərin cəmiyyətdə rolları və dəvətləri ancaq yol göstərmək və hidayət etməkdir."

Peyğəmbərlər nübuvvət və risalət çərçivəsində hərəkət edərkən böyük ciddiyyətlə hidayət etmək,  şəriətin qırmızı xəttlərini, əmr və qadağaları bəyan etmək, insanları səadət və qurtuluşa aparan yolları açıqlamağa səy edirlər. Bütün bunlar ilahi vəhy və əmrlərin işığında icra olunur və bu sahədə vəhydən ayrı müstəqil heç bir rəy və nəzərləri yoxdur. Dedikləri və etdikləri hər şey Allahın söz və əmrləridir.

Onlar həqiqətdə yalnızca ilahi vəhyin açıqlayıcılarıdırlar.
Həqiqətdə ortada hidayət edən və yol göstərən yalnızca bir varlıq var ki, o da Allahdır. Peyğəmbərlər və rəsullar isə sadəcə olaraq əmrə tabe olanlardırlar. Bu səbəbdən onlara iman gətirib itaət edənlər həqiqətdə Allaha iman gətirib ona itaət edir, onları inkar edib qarşı çıxanlar isə həqiqətdə Allahı inkar edib ona qarşı çıxmış olurlar. Çünki peyğəmbərlərə  aid məxsusi itaət və üsyan mövcud deyil. Quran, bu həqiqəti belə açıqlayır: "Hər kim rəsula itaət etsə, həqiqətən Allaha itaət etmişdir" (Nisa, 80). Səbəb isə əmr verən kəsin həqiqətdə yalnız Allah olması, peyğəmbərin isə yalnızca ilahi vəhyin açıqlayıcısı olmasıdır.

Amma "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik" (Nisa, 64) ayəsinə gəldikdə isə, bu ayə Allaha itaət və qarşı çıxmaqdan savayı peyğəmbər və rəsula aid məxsusi itaət və qarşı çıxmanın da olduğunu demir. Çünki ayədə keçən "Allahın izni ilə" sözü itaət olunan varlığın həqiqətdə Allah olduğunu, peyğəmbərə itaətin isə Allaha itaət olduğunu göstərir.
Әgər bu həqiqəti elmi terminlərlə ifadə etməyə çalışmaq istəsək, o zaman Allaha olan itaətin xüsusi predmet olduğunu, peyğəmbərə olan itaətin isə bu predmetə aparan yönləndirici vasitə olduğunu deməliyik. Biz yalnızca Allaha ibadət edirik. Çünki peyğəmbərə itaət eynilə Allaha itaət və ona aparan yoldan başqa bir şey deyil.

Bura qədər "nəbi" və "rəsul" kəlmələrinin həqiqi mənaları bizlər üçün aydın oldu. İndi isə bu iki kəlmənin mənəvi məqamlarını izah etmənin vaxtı gəlib çatdı. Nəbi və rəsul Allah tərəfindən imtahan olunub çətin bəla və müsibətlərə məruz qaldıqları zaman sahib olduqları kamal və istedadları ilə potensialdan real məqama yüksəlir və ilahi eşq ilə yanıb əriyərlər, bu məhəbətin qəlblərinə, hiss və atifələrinə hakim olduğu zaman isə Allahın zatına olan bu mütləq məhəbbət məqamına yetişər və bu zaman Allah onları vəhyi almaq, təbliğ etmək, müjdələmə və qorxutmaqla yanaşı ümmətin işlərini idarə etmək məqamına seçər. Bu məqam isə əmr, qadağa, cəmiyyəti kamala çatdırmaq üçün idarəçilik səlahiyyətlərinə sahib olan imamət məqamıdır.

Həmçinin, kamilliyindən asılı olmayaraq heç kimin başqaları üzərində hakimiyyəti yoxdur. Hakimiyyət yalnızca Allaha aiddir. Bəli, mümkündür bəzi məsləhətləri nəzərə alaraq, Allah-Təala həyatın müxtəlif çətinliklərindən üzü ağ çıxmış və seçilmiş kamil insana öz mütləq vilayətindən versin və onu imamət, vilayət, itaət və rəhbərlik məqamı ilə mükafatlandırsın, belə ki, bununla əmr və qadağa səlahiyyətinə sahib olub müstəqil itaət haqqı olmuş olsun.

Şübhəsiz, bu məqam yanızca vəhyi alan və ilahi hökmləri təbliğ etməklə məhdudlaşan nübuvvət və risalət məqamından fərqlənir. Çünki, imamət məqamına yetişmiş biri başqa bir məqam və dərəcəyə yüksəlmiş olur. Artıq həmin kəs, əvvəldə dediyimiz kimi, ümmətə rəhbərlik, cəmiyyətin  tənzimlənməsi və işlərinin idarəsi kimi böyük bir məsuliyyət daşımış olur. İmamət məqamından ayrı olan nübuvvət və risalət məqamında rəsula itaət eyni Allaha itaətdir və ortada iki növ müstəqil itaət yoxdur. Lakin rəsul, imamət məqamına yetişdikdə və bu vəzifəyə təyin olunmağa nail olduqda, artıq əmr və qadağa haqqına sahib olur və özünə məxsus müstəqil itaəti olmuş olur.

Ayətullahul-üzma Şeyx Cəfər Sübhani

313news.net

Oxunub: 741 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (46) Davamı...

Muhəmməd ibn Əbdül-Vəhhabın şiələrə atdığı çirkin iftiralar
Bölmə: Müctehid və elm əhlindən videolar

Oxunub: 909 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (53) Davamı...

Osmanın Uhud müharibəsində döyüşdən qaçması (Səhih əl-Buxari)
Bölmə: Səhabələr

Bizə Musa ibn İsmayıl rəvayət etdi (və dedi): bizə Əbu Əvanə rəvayət etdi (və dedi): bizə Osman ibn Məvhəb rəvayət etdi və dedi:

 

“Misirdən olan bir şəxs Allah evini həcc etməkdən ötrü (Məkkəyə) gəldi. Bir dəstə oturmuş şəxs gördü və dedi: “Bu şəxslər kimdirlər?” Dedilər: “Bunlar qüreyşlilərdirlər”. Dedi: “Aralarında şeyx kimdir?” Dedilər: “Abdullah ibn Ömər.” Dedi: “Ey Ömərin oğlu, mən səndən bir (neçə) şey barədə soruşacağam, mənə cavab ver. Bilirsən ki, Osman Uhud günü döyüşdən qaçmışdır?”Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Bədrdə olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Ridvan beyətində olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Həmin şəxs dedi: “Allahu əkbər!” İbn Ömər dedi: “Gəl sənə izah edim. Osmanın Uhud günündə qaçmasına gəlincə, şəhadət verirəm ki, Allah onu əfv etmiş və bağışlamışdır...”


alt
alt
alt
alt


 


Fotoşəkil: Muhəmməd ibn İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, “Osmanın üstünlükləri babı”, c.3, səh.1352-1353, hədis 3495

az.313news.net

Oxunub: 1050 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (68) Davamı...

Müaviyəni tərifləmək istəyən vəhabi (sələfi) şeyxi :)
Bölmə: Videolar

Oxunub: 932 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (60) Davamı...

Osmanın Uhud müharibəsində döyüşdən qaçması (Təfsir əl-Alusi)
Bölmə: Səhabələr

Alusi özünün “Ruhul-məani” təfsirində demişdir:

فقد ذكر أبو القاسم البلخي أنه لم يبق مع النبي صلّى الله عليه وسلم يوم أحد إلا ثلاثة عشر نفسا خمسة من المهاجرين أبو بكر وعلي وطلحة وعبد الرحمن ابن عوف وسعد بن أبي وقاص، والباقون من الأنصار رضي الله تعالى عنهم أجمعين ومن مشاهير المنهزمين عثمان ورافع بن المعلى وخارجة بن زيد وأبو حذيفة بن عتبة والوليد بن عقبة وسعد وعقبة ابنا عثمان من الأنصار من بني زريق، وروي عن ابن عباس أن الآية نزلت في الثلاثة الأول، وعن غيره غير ذلك ولم يوجد في الآثار تصريح بأكثر من هؤلاء، ولعل الاقتصار عليهم لأنهم بالغوا في الفرار ولم يرجعوا إلا بعد مضي وقت إلى رسول الله صلى الله تعالى عليه وسلم حتى أن منهم من لم يرجع إلا بعد ثلاث، فزعموا أن رسول الله صلى الله تعالى عليه وسلم قال: لقد ذهبتم بها عريضة، وأما سائر المنهزمين فقد اجتمعوا في ذلك اليوم على الجبل، وعمر بن الخطاب رضي الله تعالى عنه كان من هذا الصنف كما في خبر ابن جرير خلافا للشيعة وبفرض التسليم لا تعيير بعد عفو الله تعالى عن الجميع، ونحن لا ندعي العصمة في الصحابة رضي الله تعالى عنهم ولا نشترطها في الخلافة

Əbul-Qasim əl-Bəlxi belə nəql etmişdir ki, Uhud günündə Peyğəmbərlə (sallallahu əleyhi [və alihi] və səlləm) birgə  yalnız 13 nəfər qalmışdır. Bunların beşi mühacirlərdən olmuşdur: Əbu Bəkr, Əli, Təlhə, Əbdür-Rəhman ibn Auf və Səd ibn Əbi Vəqqas, digərləri isə ənsardan olmuşdur, Allah onların hamısından razı olsun.1 Osman, Rafe ibn əl-Müəlla, Xaricə ibn Zeyd, Əbu Hüzeyfə ibn Ütbə, Vəlid ibn Uqbə və ənsarın Bəni-Züreyq qəbiləsindən olan Osmanın iki oğlu; Səd və Üqbə isəqaçanların məşhurlarındandırlar. İbn Abbasdan ayənin (Ali-İmran surəsi, 155-ci ayənin) ilk üç nəfər (Osman, Rafe və Xaricə) barədə nazil olduğu nəql edilmişdir. Başqalarından isə başqa şəxslər barədə də nazil olduğu nəql edilmişdir. Hədislərdə bu şəxslər xüsusilə vurğulanmışlar. Bəlkə də xüsusi olaraq onların adlarının qeyd olunmasının səbəbi budur ki, onlar qaçmaqda mübaliğə etmişlər və yalnız bir müddət keçdikdən sonra Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yanına qayıtmışlar. Hətta onlar arasında üç gündən sonra qayıdıb gələn şəxslər də olmuşdur. Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) onlara belə dediyini iddia etmişlər: “Çox uzağa getdiniz!” Digər qaçanlara gəlincə isə, onlar həmin gün dağa toplaşmışdılar. Ömər ibn əl-Xəttab da – Allah ondan razı olsun – şiələrin etiqadından fərqli olaraq bu dəstədən idi. Hətta fərz etsək ki, (şiələrin dedikləri kimi Ömər birinci dəstədən olan qaçanlardan olmuşdur), yenə də Allah-təala hamını əfv etdikdən sonra kiməsə eyb tutula bilməz. Biz səhabələrin – Allah onlardan razı olsun – məsum olduqlarını iddia etmirik və məsumluğu xilafət üçün şərt bilmirik.
_____________________________________
1 Əlbəttə İmam Əli (əleyhis-səlam) istisna olmaqla bu şəxslərin həqiqətəndəmi Bəlxinin dediyi kimi olub-olmadıqları ayrı bəhsin mövzusudur. Biz burada faktı nəql etməklə kifayətlənirik. (Müt).

alt
alt
alt
 
Fotoşəkil: Mahmud əl-Alusi, Ruh əl-məani fi təfsir əl-Quran, c.4, s.99; "İdarə ət-Tibaa əl-Muniriyyə" və "Dar İhya ət-Turas əl-Ərəbi" nəşriyyatları

az.313news.net

Oxunub: 805 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (54) Davamı...

Həccdə uçan əhli-sünnə alimi
Bölmə: Şeyx Zəkəriyə - rəddiyələr

Oxunub: 986 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (59) Davamı...

Xəndək döyüşündə Ömərin qaçmağı düşünməsi (Səhih İbn Hibban)
Bölmə: Səhabələr

Biz İmran ibn Musa ibn Mucaşi xəbər verib dedi: bizə Osman ibn Əbu Şeybə nəql edib dedi: bizə Yəzid ibn Harun nəql edib dedi: bizə Muhəmməd ibn Əmr atasından, o babasından, o da Aişədən xəbər verib dedi: (Aişə demişdir:) “Xəndək günü (çadırımdan) çıxıb camaatın izinə düşdüm. Bu zaman arxamdan yerin tappıldadığını eşitdim. Dönüb baxdığımda qardaşı oğlu Haris ibn Ausla birgə Səd ibn Muazı gördüm. Haris Sədin qalxanını daşıyırdı. (Onları görüncə) yerə əyləşdim. Səd yanımdan keçdi. Onun üzərində dəmir bir zireh var idi. Sədin böyürləri zirehdən çöldə qalmışdı. Mən Sədin böyürlərinə görə qorxdum.1Səd ən iri cüssəli və ən uzun şəxslərdən idi. O, bu şəkildə rəcəz deyə-deyə yanımdan keçdi:

“Bir az gözlə, həməl2 döyüşə yetişsin... Əcəl gəldiyi vaxt ölmək nə gözəldir.”

Mən qalxıb bir bağa daxil oldum. Bu zaman bir dəstə müsəlmanın orada olduğunu gördüm. Ömər ibn əl-Xəttab da onlar arasında idi. Ömər (məni görüncə mənə) dedi: “Vay olsun sənə, nə üçün gəlmisən?! Vallahi canıma and olsun ki, sən cürətkar qadınsan! Ya bir bəla olsaydı, yaxud (döyüşdən) qaçış olsaydı (onda nə edərdin)?!

Ömər məni o qədər danladı ki, həmin vaxt yer yarılsın, yerin dibinə girim istədim. Həmin vaxt orada başı örtülü bir şəxs var idi. O şəxs örtüsünü üzündən çəkdi və bu zaman onun Təlhə ibn Ubeydullah olduğunu gördüm. O dedi: “Vay olsun sənə, ey Ömər! Sən bu gün bu sözü çox təkrar etmisən. Allahdan başqa hara qaçmaq olar?!”...

Hədisin sonunda kitabın mühəqqiqi Şueyb əl-Arnaut belə demişdir:

حديث حسن , أخرجه أحمد (6/141-142) و أبو بكر بن أبي شيبة (14/ 408-411) و ابن سعد (3/421-423) عن يزيد بن هارون , بهذا الإسناد.

Həsən hədisdir. Onu Əhməd (6/141-142), Əbu Bəkr ibn Əbi Şeybə (14/408-411) və İbn Səd (3/421-423) Yəzid ibn Harundan bu isnadla nəql etmişlər.
_____________________________________
1 Böyürlərini zireh örtmədiyinə görə döyüşdə zədə alacağından qorxdum. (Müt).
2 Həməl ya kiçik qoyun deməkdir, ya da ulduz adıdır. (Müt).
alt
alt
alt
alt
Fotoşəkil: İbn Hibban, əs-Səhih, c.15, səh.498-499, hədis 7028

az.313news.net

Oxunub: 951 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (61) Davamı...

Gülməli vəhhabi (sələfi) şeyxləri
Bölmə: Videolar

Oxunub: 900 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (64) Davamı...

Əhli-sünnə alimi - Şiədən başqası Cənnətə girməyəcək!
Bölmə: Videolar

Oxunub: 936 Müəllif: muslim313 8 sentyabr 2015 Şərhlər (72) Davamı...

Geri qayıt << 1 2 3 4 5 6 7 8 9 10 ... 86 >> Növbəti səhifə

Flag Counter
www.sayt.ws/antiselefi
Image by Cool Text: Free Graphics Generator - Edit Image
TORRENTWAY.COM

Giriş

İstifadəçi adı
Şifrə

Axtarış






Sorğu










Keçidlər

» Youtube-da kanalimiz
» dovodi.ru
» nasibilar.wordpress.com
» saqaleyn.wordpress.com
» xelil313.blogspot.com
» hadis.313news.net
» Salafi-Wahhabi Channel
» az.313news.net

Son şərhlər

cheap coach (21 may 2014 20:48)
» Müaviyyəni mənim minbərimdə görsəniz öldürün - İbn Adiy

cheap coach (21 may 2014 16:44)
» Ehlibeyt Mektebini Seçen Büyük Ehlisünnet Alimleri ve Aydınları (1)

cheap coach (21 may 2014 16:40)
» Türkiye’den Ehlibeyt Mektebini Seçen Hanımefendi: Hz. Ali b. Ebu Talib’in Seçtiği Hanımla Söyleşi

cheap coach (21 may 2014 15:47)
» Salafi(wahhabi) Imam: 'Allah is Human and He Smiles' - 100% Shirk

cheap coach (21 may 2014 15:43)
» Kurtubi: “cumhura göre Nisa 24 ayeti muta ayetidir”

el005hy (21 may 2014 06:59)
» Sələfi(Vəhhabi) Yalani - Peyğəmbər(s) başını Fatimənin(ə) sinəsinə qoyub?

el005hy (21 may 2014 06:55)
» Müaviyyəni mənim minbərimdə görsəniz öldürün - İbn Adiy

el005hy (21 may 2014 06:54)
» Səhаbələrin ədаləti (1)

el005hy (21 may 2014 06:51)
» ƏLLAMƏ ŞEYX MƏHƏMMƏD MƏRİ ƏMİR ƏNTAKİ - necə Şiə oldu

el005hy (21 may 2014 00:38)
» Ehlibeyt Mektebini Seçen Büyük Ehlisünnet Alimleri ve Aydınları (1)


       
 

     Ehli-beyt(a) mektebinin cavablari