Sorğu bazası

Seçilmişlərə əlavə et    Çap et

Domeni necə transfer etmək olar?

Əgər sizin başqa bir firmadan aldığınız domen adınız varsa, və onu bizim firmanın nəzarəti altına keçirmək istəyirsinizsə, o zaman domeni transfer etməlisiniz. Transfer prosesi domenlərin qeydiyyat prosesinə uyğundur və eyni məbləğdə qiymətləndirilir.

Bizim saytda qeydiyyatdan keçdikdən sonra "Yeni qeydiyyat" bölməsində "Domen Transferi" səhifəsinə keçib cari domeninizin adını yazıb yoxlamalısınız. Əgər müsbət cavab alsanız, transfer prosesinə davam etmək olar.

Proses uğurla başa çatsa, sizə həm bizim firmadan, həm də cari domeni qeydiyyatdan keçirmiş Domen Qeydiyyatçısından məktub gələcəkdir. Bu zaman Cari Domen Qeydiyyatçısının göndərdiyi məktubdakı təlimatı yerinə yetirərək transferə icazə verməniz vacibdir.

QEYD: Nəzərinizə çatdırırıq ki, əgər domenin vaxtının bitməsinə 45-60 gün qalıbsa, o zaman bir çox qlobal Domen Qeydiyyatçıları domenin transerindən imtina edə bilərlər. Eyni zamanda unutmayın ki, vaxtı bitmiş domenləri transfer etmək olmaz.



Bəli Xeyr

Oxşar məlumatlar